2025-ci ildə Çin tranzit daşımaları üçün Azərbaycana daha əlverişli şərait yaradacaq
20.12.2024 [14:38]
2025-ci ildə Çin tranzit daşımaları üçün Azərbaycana əlverişli şərait yaradacaq ki, bu da yaxınlıqdakı regionlardan Azərbaycan vasitəsilə Çinə daha böyük miqdarda materialın çatdırılmasını stimullaşdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao Azərbaycan ilə Çin arasında 2024-cü ildə əməkdaşlığın yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Biz unikal coğrafi üstünlüklərə, böyük tranzit potensialına və yaxşı infrastruktura əsaslanaraq Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə regional qarşılıqlı əlaqələrin dərinləşməsində getdikcə daha mühüm rol oynadığını, onun Avrasiyada mühüm nəqliyyat qovşağı kimi mövqeyinin daha da güclənməsini görməkdən şadıq. Marşrut boyu yerləşən ölkələrin statistikasına əsasən, bu ilin 10 ayında yuxarıda qeyd olunan marşrut üzrə yükdaşımaların həcmi 68 faiz artaraq illik 3,8 milyon ton təşkil edib. İllik rəqəmin rekord həddə çatacağı gözlənilir.
Çin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun regional qarşılıqlı əlaqələrin gücləndirilməsində, regional iqtisadi inkişafın təşviqində və qlobal istehsal və təchizat zəncirinin sabitliyinin təmin edilməsində mühüm roluna böyük əhəmiyyət verir. Keçən ilin oktyabrında Çin Xalq Respublikasının Sədri Si Cinpin “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə 3-cü Yüksək Səviyyəli Forumun açılış mərasimində 8 addım elan edib ki, bunlardan birincisi “Çin-Avropa” marşrutu üzrə konteyner qatarlarının yüksəkkeyfiyyətli inkişafının intensivləşdirilməsi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tikintisinə qoşulmaqdır”. Azərbaycan bu təşəbbüsün inkişafına dəstək verməyə hazır olduğunu bildirən ilk ölkələrdən biridir və hazırda bu təşəbbüsdə fəal iştirak edir. Çin tərəfinin irəli sürdüyü həmin təşəbbüslər Azərbaycanın Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu əsasında öz nəqliyyat potensialının inkişafına yönəlmiş inkişaf strategiyasına əhəmiyyətli dərəcədə uyğundur və Bakı tərəfindən müsbət cavab alıb.
Bu il “Bir kəmər, bir yol” və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun birgə tikintisinin inteqrasiyası sürətlənir və Çin-Azərbaycan nəqliyyat və logistika sahəsində əməkdaşlığı böyük nəticələr əldə edib. Bu il iyulun 3-də dövlət başçılarının Astanada keçirilən görüşü çərçivəsində “Çin-Avropa” yük qatarları üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafına dair Hökumətlərarası Memorandum imzalanıb ki, bu da Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi ətrafında nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi üçün mühüm istiqamətləri müəyyən edir. Bu ilin əvvəlindən Sian, Nankin, Çuncin, Urumçi, Lyanyunqan, İu və digər şəhərlər “Çin-Avropa” Trans-Xəzər yük qatarlarını işə salıb, orta hesabla hər gün azı bir qatar belə hərəkət edir. İl ərzində belə qatarların ümumi sayının 300-ü ötəcəyi gözlənilir ki, bu da ötən illə müqayisədə təxminən 31 dəfə çoxdur. Sakit okean sahilləri bpyunca yerləşən Yaponiya və Cənubi Koreya kimi ölkələr də yüklərin daşınması üçün Azərbaycandan tranzit keçən Trans-Xəzər “Çin-Avropa” qatarlarını seçiblər. İyul ayında Çin nəqliyyat vasitələri Bakı limanına ilk dəfə birbaşa avtomobil nəqliyyatı ilə gəlib. Noyabrın 24-də Bakıdan Çinə 62 konteynerdən ibarət yük qatarı yola salınıb. Beləliklə, Azərbaycan ilk dəfə olaraq Çinə dəmir yolu ilə mal ixrac edib ki, bu da Çin-Azərbaycan Trans-Xəzər nəqliyyat əməkdaşlığı çərçivəsində iki istiqamətdə yükdaşımaların həyata keçirilməsini qeyd edib. Sian şəhərində Azərbaycanın ən böyük logistika şirkəti olan “Abşeron” logistika mərkəzinin ilk filialı açılıb. Çin şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində multimodal daşımaların tikintisində fəal iştirak edir və Bakı limanının modernləşdirilməsi və transformasiyası, Xəzər dənizində gəmilərin istehsalı kimi məsələlərdə Azərbaycanla sıx əlaqə saxlayırlar”, - deyə Din Tao bildirib.
Çin sədri Si Cinpinin bu yaxınlarda “Bir kəmər, bir yol”un birgə tikintisinin yüksəkkeyfiyyətli inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd etdiyini xatırladan diplomat deyib: “Çin “Bir kəmər, bir yol”un yüksəkkeyfiyyətli birgə tikintisinin dəstəklənməsinə yönəlmiş səkkiz addımı rəhbər tutmaqda, qarşılıqlı əlaqəni əsas xətt kimi götürməkdə və daha yüksək, daha çevik və daha davamlı olacaq qarşılıqlı faqdalı inkişaf üçün yeni məkanı genişləndirməkdə davam edəcək. Çin marşrut boyunca yerləşən bütün ölkələrin xalqlarının rifahı naminə istehsal əlaqəsi və təchizat zəncirinin təhlükəsizliyini və sabitliyini birgə qorumaq üçün “Bir kəmər, bir yol”un yüksək keyfiyyətli birgə tikintisinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə daha dərin inteqrasiyasını təşviq etmək məqsədilə Azərbaycanla birgə işləməyə hazırdır”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 Yanvar 15:55
YAP xəbərləri
13 Yanvar 15:54
YAP xəbərləri
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:52
Dünya
13 Yanvar 15:27
Siyasət
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:45
Sosial
13 Yanvar 14:39
Hadisə
13 Yanvar 14:28
Gündəm
13 Yanvar 14:15
Gündəm
13 Yanvar 12:27
Dünya
13 Yanvar 12:16
Elm
13 Yanvar 12:13
Dünya
13 Yanvar 12:03
Sosial
13 Yanvar 11:36
Sosial
13 Yanvar 10:59
Hadisə
13 Yanvar 10:54
Dünya
13 Yanvar 10:53
Dünya
13 Yanvar 10:44
Dünya
13 Yanvar 10:35
Hadisə
13 Yanvar 10:16
Dünya
13 Yanvar 10:12
İqtisadiyyat
13 Yanvar 10:11
Dünya
13 Yanvar 09:51
Sosial
13 Yanvar 09:32
Dünya
13 Yanvar 09:18
Dünya
13 Yanvar 08:57
Sosial
13 Yanvar 08:35
Dünya
12 Yanvar 23:55
Hadisə
12 Yanvar 23:15
Dünya
12 Yanvar 22:41
Dünya
12 Yanvar 22:18
Dünya
12 Yanvar 21:57
İdman
12 Yanvar 21:15
Dünya
12 Yanvar 20:43
Hadisə
12 Yanvar 20:25
Dünya
12 Yanvar 19:52
İdman
12 Yanvar 19:16
Siyasət
12 Yanvar 18:50
İdman
12 Yanvar 18:10
Xəbər lenti
12 Yanvar 17:50
Dünya
12 Yanvar 17:15
Xəbər lenti
12 Yanvar 16:54
Hadisə
12 Yanvar 16:10
Dünya
12 Yanvar 15:50
Dünya
12 Yanvar 15:15
Xəbər lenti
12 Yanvar 14:50
Xəbər lenti
12 Yanvar 14:38
Dünya
12 Yanvar 13:52
Dünya
12 Yanvar 13:17
Dünya
12 Yanvar 12:45
Dünya
12 Yanvar 12:16
Dünya
12 Yanvar 11:47
Hadisə
12 Yanvar 11:23
İdman
12 Yanvar 10:51
Dünya
12 Yanvar 10:19
Hadisə
12 Yanvar 09:48
Dünya
12 Yanvar 09:12
Siyasət
12 Yanvar 08:31
Hadisə
11 Yanvar 23:42
İdman
11 Yanvar 23:16
Dünya
11 Yanvar 22:43
Dünya
11 Yanvar 22:19
Hərbi
11 Yanvar 21:44
İdman
11 Yanvar 21:15
İqtisadiyyat
11 Yanvar 20:51
Dünya
11 Yanvar 20:23
Hadisə
11 Yanvar 19:49
Siyasət
11 Yanvar 19:17
Ədəbiyyat
11 Yanvar 19:11