Bank sektorunda risklər azdır
06.02.2025 [11:13]
“S&P Global Ratings” risk qiymətləndirməsini “sabit”dən “müsbət”ə dəyişib
Dünyanın nüfuzlu reytinq agentliyi olan “S&P Global Ratings” (“S&P) Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini yaxşılaşdırıb. Sahə riskinin qiymətləndirməsini “sabit”dən “müsbət”ə dəyişib. “S&P” analitiklərinin fikrincə, bu müsbət tendensiya ölkədə son iki ildə 2024-2026-cı illər üçün Maliyyə Sektorunun İnkişafı Strategiyası çərçivəsində maliyyə institutlarına nəzarət və tənzimləmənin yaxşılaşdırılması təşəbbüslərini əks etdirir. Bu təşəbbüslər effektiv şəkildə həyata keçirildiyi təqdirdə Azərbaycanda banklara nəzarət və tənzimləmənin daha da gücləndirilməsinə imkan verəcək.
Kredit portfeli 20 faiz artıb
“S&P Global Ratings” agentliyinin ekspert icmasının qənaətinə görə, Azərbaycanda bank aktivlərinin kefiyyəti yaxşılaşıb və bank sektoru kreditlərə tələbi stimullaşdıran və aktivlərin keyfiyyətini yaxşılaşdıran xammal qiymətlərinin yüksək olması fonunda əlverişli makroiqtisadi şəraitdən faydalanır. 2024-cü ildə kredit portfeli həm pərakəndə, həm də korporativ kreditlər hesabına təxminən 20 faiz artıb.
Qeyd edək ki, 2024-cü ilin yekununda Azərbaycanın bank sektorunun aktivləri 53 milyard manatdan çox olub ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz çoxdur. Mərkəzi Bankın məlumatına əsasən, ötən il bank sektorunun kredit portfeli 18,7 faiz artıb, aktivlərdə kreditlərin payı isə 44,4 faizdən 48,9 faizə yüksəlib. Hesabat dövründə bank sektorunun öhdəlikləri 7,6 faiz artaraq 46,3 milyard manata çatıb. Bank sektorunun xalis mənfəəti 1,4 milyard manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 3 faiz azdır. Ötən il bankların əməliyyat gəlirləri 17 faiz artaraq 5,6 milyard manata, əməliyyat xərcləri isə 25,6 faiz artaraq 3,9 milyard manata çatıb.
2025-ci ildə kredit reytinqləri müsbət çərçivədə qalacaq
“S&P Global Ratings” hesab edir ki, hazırkı müsbət dinamikanın davamlı qalacağı gözləniləndir. İqtisadi artım üçün əlverişli perspektivlər, kreditlərə yüksək tələbat, xüsusilə pərakəndə satış, yaxşı maliyyələşdirmə və likvidlik göstəriciləri, eləcə də sabit gəlirlilik 2025-ci ildə bankların kredit reytinqlərini də müsbət çərçivədə qərarlaşdırmağa imkan verəcək. İnfrastruktur investisiyaları və əsas faiz dərəcəsinin azalması 2025-2026-cı illərdə kredit portfelinin ikirəqəmli artımına səbəb olacaq. Bütün bunların fonunda bankların tikinti sektorunda və ipoteka kreditləşməsində məhdud iştirakı risk səviyyəsini qismən azaldır və tendensiya davam edəcək.
“S&P Global Ratings” vurğulayır ki, tənzimləyici qurum (Mərkəzi Bank) son iki ildə banklar üçün yeni korporativ idarəetmə standartlarını, əlaqəli tərəflərlə sövdələşmələri məhdudlaşdıran tənzimləməni, həmçinin Bazel III tələblərinə uyğun olan likvidliyin idarə edilməsi normalarını tətbiq edib. Bu təşəbbüslərin səmərəli şəkildə həyata keçirilməsi Azərbaycanda banklara nəzarət və tənzimləmə sistemini daha da gücləndirə bilər. Reytinq agentliyi hesab edir ki, ölkəmizdə bank sektoru üçün gözlənilən risklər qlobal iqtisadiyyatdakından daha azdır. Bank sektorlarında tənzimləmə, nəzarət və korporativ idarəetmə inkişaf edir.
COP29-un nəticələrinə əsasən yeni reytinq...
Qeyd edək ki, bir müddət əvvəl “S&P Global Ratings” (“S&P”) beynəlxalq reytinq agentliyi Azərbaycanda keçirilən COP29 Zirvə sammitində əldə edilmiş müsbət nəticələri nəzərə alaraq COP-la bağlı reytinq tərtibatına yenilənmiş yanaşma təqdim edib. Belə ki, COP29-da əldə olunan ən mühüm nəticələrdən biri kimi kollektiv iqlim maliyyələşdirilməsi və şəffaflıq platformasının yaradılması agentliyin reytinq baxışlarını da yeniləməyə sövq edib. “S&P Global Ratings” hesab edir ki, Bakıda iqlim ailəsi üçün geniş imkanlar aça biləcək maliyyə fondunun yaradılması, dövlət və özəl mənbələrdən hər il 300 milyard dollar məbləğində vəsaitin ayrılmasına dair anlaşmanın əldə olunması əvvəlki COP hədəfinin üç qatı olmaqla qlobal karbon emissiyasının azaldılması istiqamətində mühüm addım olacaq.
“S&P Global Ratings” hesab edir ki, COP29-dan sonra ölkələrin öz Milli Müəyyənləşdirilmiş Töhfələrini (NDCs) və iqlim dəyişikliyinə uyğunlaşma planlarını yenidən nəzərdən keçirəyi nəzərdə tutulub ki, bu addımlar fiziki iqlim risklərinə məruz qalan ölkələr üçün, orta və uzunmüddətli hədəflərə yönəldiləcək. “S&P” hesab edir ki, daha iddialı maliyyə hədəfləri ölkələri daha iddialı planlar hazırlamağa sövq edə bilər ki, bu da iqtisadiyyatın əsas sektorlarına, xüsusən də inkişaf etməkdə olan ölkələrdə əhəmiyyətli təsir göstərəcək. Dayanıqlı maliyyə infrastrukturunun qurulması ekoloji maneələrin aradan qaldırılması və xalis sıfır emissiya məqsədlərinə nail olunması yolunda mühüm töhfə verəcək.
“S&P”nin ekspert qrupu hesab edir ki, maliyyələşmə institunun fəaliyyətə başlaması iqlim dayanıqlılığına həssas ölkələrin borc alətlərinin də qiymətləndirməsinə yeni baxışı formalaşdırır. Bu baxımdan, iqlim fəsadlarına məruz qalan ölkələr üçün maliyyə donorluğunun təmin edilməsi həm də borcların restrukturizasiyasını meydana çıxarır ki, COP-un reytinq qiymətləndirməsində yanaşmanın dəyişdirilməsi zərurəti yaranır.
Göründüyü kimi, Azərbaycanın yaratdığıl yeni iqlim strategiyası beynəlxalq iqtisadi qurumların və reytinq agentliklərinin, o cümlədən “S&P”nin hesabatlarında da yeni iqlim dəyərləndirmələrini labüdləşdirib.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 Dekabr 21:25
İqtisadiyyat
16 Dekabr 20:43
Sosial
16 Dekabr 20:18
Xəbər lenti
16 Dekabr 19:51
YAP xəbərləri
16 Dekabr 19:36
Elm
16 Dekabr 19:20
Sosial
16 Dekabr 18:25
YAP xəbərləri
16 Dekabr 17:53
İdman
16 Dekabr 17:43
YAP xəbərləri
16 Dekabr 17:29
YAP xəbərləri
16 Dekabr 16:30
Dünya
16 Dekabr 16:14
Siyasət
16 Dekabr 15:32
Siyasət
16 Dekabr 14:33
Sosial
16 Dekabr 14:30
Dünya
16 Dekabr 14:20
Siyasət
16 Dekabr 14:05
Xəbər lenti
16 Dekabr 14:03
Dünya
16 Dekabr 13:41
Dünya
16 Dekabr 12:37
Hadisə
16 Dekabr 12:37
Sosial
16 Dekabr 12:35
Dünya
16 Dekabr 12:13
Siyasət
16 Dekabr 11:57
Gündəm
16 Dekabr 11:42
Siyasət
16 Dekabr 11:29
Siyasət
16 Dekabr 11:14
İqtisadiyyat
16 Dekabr 11:13
Siyasət
16 Dekabr 11:13
Sosial
16 Dekabr 11:00
İqtisadiyyat
16 Dekabr 10:58
Gündəm
16 Dekabr 10:58
İqtisadiyyat
16 Dekabr 10:42
İqtisadiyyat
16 Dekabr 10:41
İqtisadiyyat
16 Dekabr 10:37
Gündəm
16 Dekabr 10:22
Analitik
16 Dekabr 10:15
Xəbər lenti
16 Dekabr 09:56
MEDİA
16 Dekabr 09:52
Analitik
16 Dekabr 09:30
Analitik
16 Dekabr 09:12
Sosial
16 Dekabr 08:56
Sosial
16 Dekabr 08:24
Sosial
16 Dekabr 07:56
Dünya
15 Dekabr 23:42
YAP xəbərləri
15 Dekabr 23:15
Sosial
15 Dekabr 22:50
Yeni texnologiyalar
15 Dekabr 22:29
YAP xəbərləri
15 Dekabr 22:12
YAP xəbərləri
15 Dekabr 21:48
Dünya
15 Dekabr 21:33
Dünya
15 Dekabr 21:15
Dünya
15 Dekabr 20:57
Xəbər lenti
15 Dekabr 20:41
Dünya
15 Dekabr 20:33
YAP xəbərləri
15 Dekabr 20:16
Sosial
15 Dekabr 19:52
YAP xəbərləri
15 Dekabr 19:35
Dünya
15 Dekabr 19:13
YAP xəbərləri
15 Dekabr 18:43
Siyasət
15 Dekabr 17:57
Xəbər lenti
15 Dekabr 17:51
Din
15 Dekabr 17:50
Xəbər lenti
15 Dekabr 17:50
Dünya
15 Dekabr 17:48
Hadisə
15 Dekabr 17:44
YAP xəbərləri
15 Dekabr 17:38
Elanlar
15 Dekabr 16:51
YAP xəbərləri
15 Dekabr 16:37
Dünya
15 Dekabr 16:02

