Hədəf rəqabətli insan kapitalına əsaslanan cəmiyyət quruculuğudur
12.02.2025 [09:37]
Hazırda dünyada keyfiyyətli insan kapitalı uğrunda rəqabət dərin xarakter alıb və insan ən zəngin kapital kimi dünya innovasiya inkişafının əsas fundamentini təşkil edir. İnsan kapitalı təhsil, elm, səhiyyə, mədəniyyət, incəsənət, informasiya xidmətinə əsaslanmaqla formalaşır. İnsan kapitalı kompleks sahələri əhatə etməklə istər iqtisadi, istər sosial, istərsə də siyasi-hüquqi sahəyə geniş təsir imkanlarına malikdir. Biznes mühitinin yaxşılaşdırılmasında insan kapitalı amilinin rolu çox önəmlidir. Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Bakıda keçirilən İnsan İnkişafı Forumunda bildirib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 5 əsas prioritetindən biri məhz rəqabətli insan kapitalına əsaslanır. Bu yöndə əlverişli mühit və ekosistemin yaradılmasına nail olunub. Biznes mühitinin yaxşılaşdırılması məqsədilə fəaliyyət göstərən beynəlxalq reytinqlər üzrə konvensiya isə insan inkişafına aid üç xüsusi işçi qrupun işini tənzimləyir.
İqtisadi tərəqqi və insan zəkası
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə bildirib ki, hazırda ölkələr arasında rəqabətin artması insan kapitalı fonunda daha qabarıq tərzdə nəzərə çarpır. Müxtəlif ölkələr insan kapitalının formalaşmasına böyük önəm verir, davamlı sərmayələr yatırır. Yüksək inkişaf etmiş ölkələrin bügünkü uğurlu və davamlı iqtisadi tərəqqiyə çatması da məhz insan kapitalının məqsədyönlü inkişafı hesabına əldə edilib. Müasirləşən cəmiyyətlərdə bilik və bacarıqlar kapital sayılır və iqtisadiyyatın əsas resursuna çevrilir. Hazırda iqtisadi tərəqqi kapital və təbii sərvətlərdən deyil, insan zəkası və innovasiyalardan asılıdır. Onun sözlərinə görə, rəqabətədavamlı innovativ iqtisadiyyat quruculuğu yolunda öz qətiyyətli islahatları ilə irəliləyən Azərbaycanda ötən illərdə biznes mühitinin daha da yaxşılaşdırılması üçün mühüm işlər görülüb, əhəmiyyətli islahatlar həyata keçirilib, bu proses davam etməkdədir: Ölkəmizdə insan kapitalının inkişafı və beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılması məqsədilə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi qrupunun fəaliyyəti bu sırada xüsusi əhəmiyyət kəsb edir. İşçi qrupunda təmsil olunan KOBİA strateji qərarların qəbuluna və praktik həllərin tətbiqinə töhfə verir ki, bu da sahibkarlıq sektoru üçün yeni imkanların əldə edilməsi deməkdir. Sahibkar üçün yalnız biznes bilikləri deyil, eyni zamanda düşüncə tərzi, xarakter və praktiki təcrübə də vacib olduğundan qeyd edilən platformalar biznes icması üçün yeni innovasiyaların mənimsənilməsinə töhfə verir.
KOB-ların rəqəmsal bacarıqları dəstəklənəcək
İnsan kapitalının inkişafında rəqəmsal transformasiya, süni intellekt və digər innovasiyalar ənənəvi biznesin müasir biznes modellərinə keçidində də mühüm rol oynayır. Xüsusilə də hazırda rəqəmsal transformasiya kiçik və orta biznesdə (KOB) innovasiyaları sürətləndirmək və bununla da rəqabət qabiliyyətini gücləndirmək üçün əsas vasitə kimi ön plana çıxır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda kiçik və orta biznesin (KOB) inkişafının yeni və daha səmərəli stimullarla təşviqi, rəqəmsal cəmiyyətə tam inteqrasiya üçün yeni strateji hədəflər müəyyən edilib. Bu məqsədlə yeni hazırlanan kiçik və orta sahibkarlığın rəqəmsallaşması proqramı bu istiqamətdə nəzərdə tutulan prioritetləri özündə əks etdirir. Biznesin yeni rəqabədavamlı məhsullar istehsalı və bazarlara çıxışı, qlobal dəyər zəncirinə inteqrasiyası, öz innovativ fəaliyyətini yüksəltməsi baxımından yeni proqram mühüm əhəmiyyət kəsb edir. Bu çərçivəyə əsasən, KOB-ların rəqəmsal alətlər, strategiyalar və qabaqcıl təcrübələr haqqında təlim proqramları təşkil olunacaq, ən innovativ təşəbbüslərə cəlb edilməklə bacarıqların artırılması dəstəklənəcək.
Müasir iqtisadiyyat quruculuğunda ön planda yer alan gənclərin intellektual bilik və bacarıqlarının artmasında xarici maliyyə təşkilatları ilə birgə icra edilən layihələr də xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan bu innovasiya yönümlü layihələrdə əsas tərəfdaşlardan biri kimi Dünya Bankına (DB) xüsusi önəm verir. Dövlət Məşğulluq Agentliyi ötən il DB-nin maliyyə dəstəyi ilə həyata keçirdiyi özünüməşğuluq proqramına 2500 gənci cəlb edib. Ötən il təqribən 16 minə yaxın gənc müxtəlif peşə kurslarına cəlb edilib, müasir peşə yönümlü xidmətlərdən faydalanıblar. “DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi” də gənclərin potensialının inkişaf etdirilməsində müasir platformalardan biri kimi əhəmiyyət daşıyır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Hadisə
23 Mart 23:34

Sosial
23 Mart 22:41

Dünya
23 Mart 21:18

Dünya
23 Mart 20:31

Dünya
23 Mart 19:26

Dünya
23 Mart 18:51

İdman
23 Mart 18:45

Dünya
23 Mart 17:22

Dünya
23 Mart 16:53

Dünya
23 Mart 16:40

Sosial
23 Mart 15:34

Dünya
23 Mart 15:29

Dünya
23 Mart 14:43

Dünya
23 Mart 13:38

Dünya
23 Mart 12:27

Dünya
23 Mart 11:42

Gündəm
23 Mart 11:17

Sosial
23 Mart 11:15

İdman
23 Mart 10:47

Sosial
23 Mart 10:23

Dünya
23 Mart 09:52

Siyasət
23 Mart 09:37

Dünya
23 Mart 09:11

Dünya
23 Mart 08:54

Dünya
23 Mart 08:30

Siyasət
23 Mart 08:19

Dünya
23 Mart 07:16

Dünya
22 Mart 23:41

Hadisə
22 Mart 22:34

Sosial
22 Mart 21:16

Dünya
22 Mart 20:17

Dünya
22 Mart 19:35

Dünya
22 Mart 18:43

Hadisə
22 Mart 17:32

Sosial
22 Mart 16:30

İqtisadiyyat
22 Mart 15:18

Dünya
22 Mart 14:43

Dünya
22 Mart 14:37

Dünya
22 Mart 13:25

Dünya
22 Mart 12:22

Gündəm
22 Mart 11:29

Siyasət
22 Mart 10:36

İdman
22 Mart 09:45

Xəbər lenti
22 Mart 08:33

Dünya
21 Mart 23:37

İdman
21 Mart 22:22

Dünya
21 Mart 21:17

Dünya
21 Mart 20:24

Dünya
21 Mart 19:31

Dünya
21 Mart 18:35

Hadisə
21 Mart 18:03

Dünya
21 Mart 17:29

Dünya
21 Mart 16:41

Xəbər lenti
21 Mart 15:46

Gündəm
21 Mart 15:03

Gündəm
21 Mart 14:51

Dünya
21 Mart 14:28

Dünya
21 Mart 13:34

Dünya
21 Mart 12:43

Dünya
21 Mart 11:42

İdman
21 Mart 11:16

Dünya
21 Mart 10:51

İdman
21 Mart 10:20

Sosial
21 Mart 09:49

Hadisə
21 Mart 09:14

Dünya
21 Mart 08:37

Dünya
20 Mart 22:14

Hadisə
20 Mart 21:23

Sosial
20 Mart 20:42

Hərbi
20 Mart 20:15
