Azərbaycan regionun iqtisadi coğrafiyasını zənginləşdirir
20.02.2025 [10:45]
Ərəb Ölkələri Liqası-Mərkəzi Asiya-Azərbaycan iqtisadi bloku yaradılır
Fevralın 26-dan 27-dək BƏƏ-nin paytaxtı Əbu-Dabidə ərəb biznesmenləri və investorları - Mərkəzi Asiya və Azərbaycan formatında 1-ci konfrans keçiriləcək. Ərəb Ölkələri Liqası, BƏƏ-nin İqtisadiyyat Nazirliyinin dəstəyi ilə baş tutacaq konfransda iştirakçı ölkələrin iqtisadiyyat nazirləri, ərəb təşkilatlarının rəhbərləri və digər nümayəndə heyətləri iştirak edəcəklər.
Konfrans çərçivəsində dəyirmi masaların və görüşlərin təşkil olunacağı gözlənilir. Doha Bəyannaməsinə əsasən, təşkil olunacaq konfransın məqsədi Ərəb ölkələri ilə Mərkəzi Asiya dövlətləri və Azərbaycan arasında iqtisadi, ticari, investisiya əməkdaşlığını möhkəmləndirmək, özəl sektorla biznes icması arasında səmərəli əməkdaşlıq imkanlarını artırmaqdır.
Körfəz ölkələrindən Azərbaycana böyük sərmayələr
Azərbaycanın xarici iqtisadi əlaqələrində son illər Ərəb və Mərkəzi Asiya regionu ölkələri ilə təmasların intensivliyi artmaqdadır. İqtisadi əlaqələr əvvəlki illərdə əsas etibarilə neft-qaz və ənənəvi enerji sahələrinə söykənirdisə, son 2 ildə iqtisadi coğrafiya həm sahələr üzrə, həm də dinamika baxımdan xeyli genişlənib. Münasibətlərin ritmində qeyri-neft sektoru ön plana çıxmaqla biznes blokları arasında işgüzar təmasları da şaxələndirib. Hazırda Səudiyyə şirkətləri ölkəmizin sənaye, nəqliyyat, rabitə, İKT, infrastruktur, turizm, rəqəmsal innovasiyalar, əmək, məşğulluq və digər sahələrdə təmsil olunmaqla iqtisadi panoramını zənginləşdirib.
Azərbaycanla Ərəb fondları arasında imzalanmış Anlaşma Memorandumu prioritet sahələr üzrə layihələrin maliyyələşdirilməsi üzrə dərin zəmin yaradıb, ərəb sərmayəçiləri sənaye və aqar sahələrdə bir sıra layihələrə maliyyə ayrılmasını təmin edib. Azərbaycan hökuməti ilə körfəz ölkələrinin inkişaf fondları və şirkətləri ilə imzalanmış anlaşma memorandumları ticarət mübadiləsinin həcmini əhəmiyyətli dərəcədə böyüdüb. 2024-cü ildə Azərbaycan ilə Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 30 faizə yaxın artaraq 250 milyon dollara yaxınlaşıb. Eyni zamanda, tərəflərin investisiya qoyuluşlarında da artımlar müşahidə edilir, hazırda KƏŞ ölkələri tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılmış investisiyaların həcmi 4 milyard dollardan çoxdur.
“Yaşıl enerji” ittifaqı
Hazırda Ərəb və Mərkəzi Asiya ölkələri ilə respublikamız arasında daha çox sərməyə təşviqlərinə səbəb olan “yaşıl enerji” gündəliyi uğurla icra olunmaqdadır.Ərəb ölkələrinin “yaşıl enerji” sahəsində nüfuzlu şirkətlərinin Azərbaycanda həyata keçirdiyi layihələr bu sahədə sərmayə imkanlarını daha da təşviq edir. Səudiyyə Ərəbistanının “ACWA Power”, BƏƏ-nin “Masdar” şirkəti ilə “yaşıl enerji” sahəsi üzrə imzalanmış müqavilələr investisiya tutumu 2 milyard dollardan artıqdır. Azərbaycanın Mərkəzi Asiya ilə tranzit-logistika imkanlarının əlaqələndirilməsi, habelə Mərkəzi Asiya-Azərbaycan- Qara dəniz-Avropa “yaşıl enerji” dəhlizinin çəkilişi ərəb ölkələrinin də bu prosesə inteqrasiyasını təmin etməklə əməkdaşlığın coğrafiyasını genişləndirə bilər. Bu baxımdan konfransda bərpa olunan enerjinin yeni trendləri üzrə səmərəli razılaşmaların əldə oluncağı istisna deyil.
Ərəb kapitalı azad ərazilərdə...
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və bərpa proseslərini, “Böyük Qayıdış” proqramını diqqətlə izləyən və bu bölgənin reinteqrasiya proseslərində xarici iş adamlarına yaradılan əlverişli iş imkanlarını qiymətləndirən ərəb iş adamları investisiya qoyuluşunda iştirak məsələsini istisna etmirlər. Bu prosesdə Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri daha fəallığı ilə diqqəti cəlb edir. 2022-2023-cü illərdə hər iki ölkənin böyük bir nümayəndə heyəti ölkəmizdə səfəri çərçivəsində azad edilmiş ərazilərə baş çəkərək bölgənin resursları və investisiya imkanları ilə yaxından tanış olub. Həmin səfər zamanı ərəb iş adamları Qarabağın bərpa prosesində iştirak etmək niyyəti və investisiya fondlarının bu prosesə qoşulacağı bildirilib.
Beləliklə, Ərəb Ölkələri Liqası-Mərkəzi Asiya- Azərbaycan formatındayeni iqtisadi-investisiya blokunun formalaşması bölgədə yeni iqtisadi coğrafiyanın təsis edilməsi, iqtisadi-ticari mübadilənin genişlənməsi və böyük bir inkişaf bumunun qurulmasına töhfəsini verəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25

