Dövlət Neft Fondu vəsaitlərinin idarə olunmasından əldə etdiyi gəlir 9 faizdən çox artıb
23.07.2025 [22:25]
Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 9,6 faiz artaraq 3 milyard 89,8 milyon manat təşkil edib.
AZƏRTAC ARDNF-in ilk yarımili üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatına istinadən xəbər verir ki, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı fondun büdcədənkənar gəliri hesabat dövrü üzrə 9 milyard 468,7 milyon manat təşkil edib ki, bu da ötən illə müqayisədə 21,4 dəfə çoxdur.
Hesabat dövrü ərzində ARDNF-in 2025-ci il büdcəsinin icrası çərçivəsində 7 milyard 240,5 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.
2025-ci ilin yanvar-iyun aylarında aşağıdakı icrası davam edən layihələrə 24,3 milyon manat yönəldilib, o cümlədən:
- “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 4,2 milyon manat;
- “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə 20,1 milyon manat.
Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 13,8 milyon manat təşkil edib.
Məlumat üçün qeyd edək ki, ARDNF tərəfindən 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikası Mərkəzi Bankının vasitəçiliyi ilə həyata keçirilən hərraclarda 3 milyard 718,1 milyon dolları məbləğində vəsait satılıb.
İlk altı ay ərzində ARDNF-in aktivlərində müşahidə olunan artım əsasən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər və büdcədənkənar gəlirlər hesabına formalaşıb.
ARDNF-in borc öhdəliklərinə yatırımları ikinci rüb ərzində müsbət gəlirlilik nümayiş etdirib. Rüb ərzində dövlət istiqrazlarının gəlirlilik dərəcələrində müşahidə olunan volatillik rübün sonuna doğru nisbətən azalıb. Eyni zamanda, ABŞ və Avrozona iqtisadiyyatlarında inflyasiyanın müəyyən qədər səngiməsi müşahidə olunub. Borc öhdəlikləri altportfelinin gəlirliliyinə isə əsas töhfə faiz gəlirlərindən əldə olunub.
İkinci rüb ərzində qlobal səhm bazarlarında əsasən müsbət dinamika müşahidə edilib. Rübün əvvəllərində ticarət siyasəti ilə bağlı yaranmış volatilliyə baxmayaraq, xüsusilə ABŞ səhm bazarlarında qiymətlərin yüksəlişi qeydə alınıb. Belə ki, siyasi müstəvidə davam edən qeyri-müəyyənliklərə rəğmən, investorların bazar gözləntilərində müşahidə olunan yaxşılaşma əsas səhm indekslərinin müsbət gəlirlilik nümayiş etdirməsi ilə nəticələnib. Sözügedən tendensiyalar hesabat dövründə ARDNF-in səhm altportfelinin gəlirliliyinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.
Geosiyasi qeyri-müəyyənliklərin davam etməsi və mərkəzi bankların qızıla olan yüksək həcmdə davamlı tələbi fonunda, qızıl qiymətləri əhəmiyyətli artım göstərərək tarixi maksimum səviyyələrə çatıb. Bu əsasda hesabat dövrü ərzində ARDNF-in qızıl altportfelində əhəmiyyətli büdcədənkənar gəlir formalaşıb.
Xəbər lenti
Hamısına baxDünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36

