Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Qaradağ” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

“Qaradağ” quru yük gəmisi əsaslı təmirdən sonra istismara qaytarılıb

28.08.2025 [17:18]

“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) "Qaradağ" quru yük gəmisi əsaslı təmir edilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan proses çərçivəsində baş və köməkçi mühərrikləri, mexanizmlər, maşın şöbəsindəki nasoslar, hava kompressorlar, soyuducular, separatorlar, radionaviqasiya cihazları təmir olunub.

Bundan başqa, baş göyərtədə və maşın şöbəsində borular yenisi ilə əvəz olunub, gəmi üzrə gövdə qaynaq, avtomatika və elektrik-quraşdırma işləri görülüb.

Gəminin sualtı və suüstü hissələri, baş göyərtəsi, üst qurum və maşın şöbəsi, eləcə də yük anbarları qapaqları ilə birlikdə təmizlənərək rənglənib.

"Qaradağ" quru yük gəmisinin heyətinə məxsus yaşayış və xidməti otaqları, sanitar-məişət yerləri də əsaslı təmir edilib.

İşlər başa çatdıqdan sonra "Qaradağ" dəniz sınağına çıxarılıb. Müvəffəqiyyətlə başa çatan sınaq işlərindən sonra gəmi yenidən istismara qaytarılıb.

Paylaş:
Baxılıb: 125 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30