Türk dövlətlərinin “yaşıl maliyyə” hədəfləri
12.09.2025 [11:21]
“Türk Dünyasına Yaşıl Baxış” kommünikesi vahid maliyyə siyasətinin həyata keçirilməsini nəzərdə tutur
Qazaxıstanın Astana şəhərində keçirilən Türk Dövlətlərinin Yaşıl Maliyyə Şurasının Birinci Toplantısında “Türk Dünyasına Yaşıl Baxış”adlı kommünike imzalanıb. Sənəddə “yaşıl” maliyyə alətlərinin inkişafı, dayanıqlı maliyyə strategiyaları və taksonomiyalarının işlənib hazırlanması, həmçinin əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və biliklərin ötürülməsinin asanlaşdırılmasının vacibliyi vurğulanır. Üzv dövlətlər “yaşıl maliyyə” sahəsində regional əməkdaşlığın dərinləşdirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirmək niyyətlərini ifadə edib.
Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadənin iştirak etdiyi toplantıda Türk dövlətlərinin rəqəmsal mərkəzə çevriləcək “yaşıl maliyyə” platformasının qısa zamanda fəaliyyətə başlaması üçün təşəbbüslər yekdilliklə dəstəklənib.
Xatırladaq ki, Türkdilli Ölkələrin Yaşıl Maliyyə Şurası 2024-cü il noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü çərçivəsində imzalanmış Anlaşma Memorandumu əsasında təsis olunub. Şuranın yaradılmasında əsas başlıca hədəf TDT ölkələrinin mərkəzi bankları arasında səmərəli əməkdaşlığın gücləndirilməsi, pul-kredit siyasətinin tənzimlənməsi, maliyyə sabitliyinin təmin olunması, ödəniş sistemlərinin inkişafı, maliyyə və rəqəmsal texnologiyaların tətbiqi və digər sahələrdə həyata keçirilən siyasətlərin vahid platformada əlaqəndirilməsi, təcrübə mübadiləsi məqsədilə birgə məsləhətləşmələr və tədqiqatların aparılmasıdır. Şura üzv təşkilatlar arasında ekoloji, sosial və idarəetmə (ESG) sahələrində investisiyaları təşviq etmək, “yaşıl” və davamlı maliyyənin inkişafı üçün dəstəkləyici praktiki addımlar atmaq və digər rəqəmsal proqramlarda birgə iştirak üçün əlaqələndirici rol oynamaq öhdəliyini üzərinə götürüb.
Rəqəmsal bank platforması - Fintex Alyansı...
TDT-nin bank sahəsində əməkdaşlığının yeni istiqamətlərindən biri kimi Fintex Alyansında bir araya gəlmələri də mühüm əhəmiyyət kəsb edir. Alyans maliyyə texnologiyalarının inkişafı, qanunvericilik və tənzimləmə, maliyyə inklüzivliyinin artırılması, startap ekosisteminin dəstəklənməsi, beynəlxalq ödənişlərin və köçürmələrin asanlaşdırılması, kibertəhlükəsizlik və bir sıra digər sahələrdə daha sıx əməkdaşlıq, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu, TDT-nin Mərkəzi Banklar Şurasının təşəbbüsləri və planlarının bir hissəsi sayıla bilər.
Türk dövlətləri fintex ailəsində birləşməklə “yaşıl maliyyə” texnologiyaları sahəsində vahid rəqəmsal ödəniş infrastrukturu da yaratmaqda qərarlıdır. Həmin infrastrukturların qurulması sayəsində türkdilli ölkələrin müasir elektron bank məhsulları və arxitekturasının imkanları əlaqələndirilə, o cümlədən rəqəmsal valyutaların tətbiqi imkanları, ani ödəniş sistemlərindən istifadənin artırılması, açıq bankçılıq modelinin tətbiqi, habelə yaşıl bank xidmətərindən birgə istifadə, mərkəzi banklar arasında kibertəhlükəsizlik sahəsində məlumat mübadiləsinin genişləndirilməsi mümkün olacaq.
Türk İnvestisiya Fondu sərmayələri təşviq edir
TDT-nin maliyyə-bank strategiyasının əsas şaxələrindən biri də üzv ölkələr arasında qarşılıqlı maliyyə və investisiyaların hərəkətini stimullaşdırmaq, birgə sərmayə yatırımlarını təşviq etməkdir. Bu baxımdan həmin iqtisadi baxışı özündə əks etdirən və vahid maliyyə platformasına çevrilən Türk İnvestisiya Fondu (TİF) 2024-cü il noyabrın 1-dən fəaliyyətə başlayıb. 500 milyon dollar portfeli olan fond ilk layihələrin icrasına start verib və yeni sahələrdə sərmayə qoyuluşları planlarını nəzərdən keçirir. İnvestisiya fondu türkdilli ölkələrin iqtisadi-maliyyə-sərmayə baxışlarını və gələcək investisiya planlarını müəyyən etmək və həyata keçirmək üçün vahid donorluq funksiyasını üzərinə götürüb. Fondun məqsədi regiondaxili ticarəti genişləndirmək və iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.
Fondun investisiya fəaliyyəti beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlığı təmin etmək, nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək, mikro, kiçik və orta müəssisələrin layihələrini maliyyələşdirmək, rəqəmsal iqtisadiyyatı təşviq etmək və digər prioritetlərə fokuslanıb. Strateji yol xəritəsinə əsasən, TDT üzvləri ilə yanaşı, üçüncü dövlətlərin də TİF-nun layihələrində iştirakı nəzərdə tutulur ki, burada türk dövlətləri ailəsinin strateji proqramlarında yer alan ölkələrin, o cümlədən Macarıstan, Rumıniya, Gürcüstanın bu maliyyə zəncirinə qoşulması deməkdir.
Bu məqsədlərə çatmaq üçün fondun maliyyə portfelinin növbəti mərhələdə daha da artırlaraq 1 milyard dolları ötəcəyi istisna olunmur. Türk İnvestisiya Fondunun maliyyələşdirmə strukturunun formalaşmasında üzv dövlətlərin birbaşa kapital resursları ilə yanaşı, fiziki və ya hüquqi şəxslərin də maliyyəsinin cəlb edilməsi nəzərdə tutulub ki, bu da türk dövlətlərinin iri şirkətlərinin, sahibkarlar icmasının bu prosesdə fəal rol oynaması deməkdir.
Beləliklə, Türk Dövlətlərinin Yaşıl Maliyyə Şurasının yaradılması türk maliyyə və bank ailəsinin xarici bazar iştirakçıları ilə rəqabətdə mövqelərini möhkəmləndirə bilər. Bu platforma Asiya və Avropa regionunda böyük bir yeni maliyyə ekosisteminin əsasını qoymaqla, türk ölkələrinin təşəbbüskarlığı sayəsində Çindən Avropaya qədər uzanan “yaşıl maliyyə” coğrafiyasının formalaşmasında da təşviqedici rol oynayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09

