İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin iştirakı ilə yüksəksəviyyəli dəyirmi masa keçirilib
24.09.2025 [17:02]
Bu gün Əmək Mərkəzinin Baş Assambleyasına hazırlıqla bağlı yüksəkvəzifəli rəsmilərin görüşü olub.
AZƏRTAC xəbər verir ki, həmçinin İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin və nümayəndə heyətlərinin Bakıya səfəri çərçivəsində yüksəksəviyyəli dəyirmi masa keçirilib.
“Dəyişən İş Dünyasında İnnovativ Əmək və Məşğulluq Strategiyaları: Qlobal Çağırışlar – Milli Həllər” mövzusunda təşkil edilən tədbirin açılış sessiyasında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Bakının xalqlar arasında dostluq və əməkdaşlığa xidmət edən daha bir mühüm tədbirə ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. O, Azərbaycanın əmək münasibətləri sahəsində İƏT ilə səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdırıb, Prezident İlham Əliyevin tapşırıqları ilə son illər əmək, məşğulluq və sosial müdafiə sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib. Ölkəmizdə layiqli əməyin təmin olunması, məhsuldarlığın artırılması, sabit və keyfiyyətli iş yerlərinin yaradılması, işçi qüvvəsinin peşəkarlığının yüksəldilməsi, təhlükəsiz və sağlam əmək şəraitinin təmin edilməsinin əmək, məşğulluq sahəsində həyata keçirilən siyasətin prioritet istiqamətlərini təşkil etdiyini vurğulayıb.
İƏT Əmək Mərkəzinin baş direktoru Azər Bayramov mərkəzin məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı istiqamətində üzv ölkələr arasında əlaqələndirmə missiyasını uğurla yerinə yetirdiyini bildirib.
Səudiyyə Ərəbistanı Krallığının insan resursları və sosial inkişaf nazirinin müavini Abdullah Nasser M.Abuthnain “Əmək və Məşğulluq Sistemlərinin Transformasiyası: Çağırışlardan İmkanlara” mövzusunda çıxış edərək fikirlərini bölüşüb.
Növbəti sessiyalarda İƏT-ə üzv ölkələrdə qeyri-formal məşğulluqla mübarizə, işçi qüvvəsinin səmərəli idarəsi və bacarıqların müasir iş dünyasının tələblərinə uzlaşdırılması, həmçinin əmək mobilliyinin artırılması kimi bir sıra çağırışlar müzakirə olunub. Peşə təhsili, məşğulluq proqnozlaşdırması və regional əməkdaşlıq sahəsində müzakirələr aparılıb. Azərbaycanın DOST və “Əmək və məşğulluq” alt sistemi (ƏMAS) kimi innovativ təcrübələri təqdim edilib.
Tədbir çərçivəsində İƏT Əmək Mərkəzinin Baş Assambleyasına hazırlıqla bağlı sənəd layihələri və hesabatların müzakirəsi məqsədilə yüksək vəzifəli rəsmilərin görüşü də olub.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

