Maliyyə islahatlarının yeni hədəfi
19.11.2025 [11:25]
IFMIS konsepsiyası büdcənin rəqəmsallaşmasına töhfə verəcək
Azərbaycanda yeni İnteqrəolunmuş Maliyyə İdarəetmə Sistemi (IFMIS) konsepsiyasının hazırlanması nəzərdə tutulur. Bu barədə Maliyyə Nazirliyinin aparat rəhbəri Natiq Həsənov Cənubi Koreyanın Fiskal İnformasiya Xidməti ilə birgə keçirilən “Koreya-Azərbaycan IFMIS Seminarı”nda bildirib. Qeyd edib ki, yeni layihənin məqsədi maliyyə idarəçiliyinin rəqəmsallaşdırılması prosesini sürətləndirmək, dövlət maliyyə nəzarətinin daha da gücləndirilməsi üçün qabaqcıl beynəlxalq təcrübələrlə tanış olmaq və tətbiq etməkdir. Bu prosesin həyata keçirilməsində Koreyanın Fiskal İnformasiya Xidməti Azərbaycana öz dəstəyini göstərəcək. Xidmət IFMIS konsepsiyasının hazırlanması və “dBrain+” təcrübəsinin öyrənilməsində yaxın tərəfdaş seçilib.
Rəqəmsal büdcə idarəçiliyi
Maliyyə sektorunda aparılan genişmiqyaslı rəqəmsallaşma prosesi idarəçilikdə də bir sıra mühüm meyarları nəzərə almağı tələb edir. Ölkə başçısının “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq fərmanına uyğun olaraq maliyyə idarəetməsi sahəsində rəqəmsal islahatların daha da sürətləndirilməsi üçün hüquqi və institusional bazanın formalaşdırılması nəzərdə tutulub. Sənədə əsasən, ölkəmizdə fiskal siyasətin təkmilləşdirilməsini, dövlət maliyyəsi, mühasibat uçotu, dövlət xəzinədarlığı və dövlət maliyyə nəzarəti sahəsində islahatlar aparılması, dövlət büdcəsi gəlirlərinin formalaşma mənbələrinin təkmilləşdirilməsi, dövlət büdcəsi xərclərinin optimallaşdırılması, habelə rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə səmərəli icra və nəzarət mexanizminin yaradılması nəzərdə tutulur. Eyni zamanda, büdcə planlaşdırılması və icrası, mühasibat uçotu, dövlət borcunun idarə olunması və auditi əhatə edən proseslərin vahid yanaşma əsasında təmin edilməsi də bu strateji prioritetə daxildir.
Dövlət maliyyəsinin səmərəli idarə edilməsində əsas meyarlardan biri rəqəmsal idarəçilikdir. Bu məqsədlə maliyyə sistemində “Rəqəmsal dövlət maliyyəsi” elektron resursları yaradılmaqdadır. Həmin resurslarda büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının və səhmlərinin nəzarət zərfi dövlətə məxsus hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin və digər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin hərəkəti üzrə ən kiçik informasiyalar bu resurslarda yerləşdiriləcək. Əsas məqsəd bu bazada yerləşən maliyyə-fiskal büdcə hərəkətlərinin şəffaf izlənilməsi və nəticədə səmərəli idarəetmə arxitekturasının qurulmasıdır.
IFMIS hesabatlılığı və şəffaflığı təmin edir
“Rəqəmsal dövlət maliyyəsi” konsepti ilə bərabər, yeni Maliyyə İdarəetmə Sistemi də büdcə siyasətinin optimallaşdırılmasında mühüm yer tutur. Belə ki, IFMIS müasir rəqəmsal strategiya kimi gəlir və xərcləri izləmək, investisiyaları optimallaşdırmaq, riskləri azaltmaq və uzunmüddətli maliyyə sabitliyini təmin etmək məqsədi daşıyır. Maliyyə idarəetməsi sadəcə gəlir və xərcləri izləməklə məhdudlaşmır. O, eyni zamanda, büdcə planlamasını, vergilərin idarə edilməsini, borc və aktivlərin düzgün bölüşdürülməsini, investisiya qərarlarının verilməsini və risklərin qiymətləndirilməsini əhatə edir. Bu baxımdan IFMIS büdcə və maliyyə ilə bağlı qısamüddətli və uzunmüddətli maliyyə hədəflərini müəyyən etməyə, maliyyə sabitliyini möhkəmləndirməyə, riskləri azaltmağa və gəlirliliyi artırmağa töhfə verir. Eləcə də, xərclərə nəzarət və optimallaşdırma baxımından əhəmiyyət kəsb edir. Həmçinin, borc və öhdəliklərin idarə edilməsi, borc yükünün azaldılmasında bu sistemin əhəmiyyəti böyükdür. Bundan başqa, IFMIS mükəmməl alət kimi düzgün investisiya strategiyalarının tətbiq edilməsinə imkan verir. Ən mühüm üstünlüklərdən biri də sistemin hesabatlılığın və şəffaflığın təmin edilməsində roludur.
Cənubi Koreyanın dəstəyi ilə...
Qeyd edilən meyarlara əsaslanaraq ölkəmizdə IFMIS-ə keçid istiqamətində addımlar atılmaqdadır. Yeni sistemin tətbiqi üçün Maliyyə Nazirliyinin əməkdaşları bir neçə ay əvvəl Koreyaya ezam edilərək “dBrain+” sistemlərini mənimsəyib. Habelə, Cənubi Koreyanın Fiskal İnformasiya Xidməti ilə institusional idarəetmə modelinin tətbiqi barədə razılıq əldə edilib. Bu gün dövlət maliyyəsinin idarə edilməsində müasir rəqəmsal alətlərin həllində aparıcı dövlətlərdən biri olan Cənubi Koreya ilə əməkdaşlıq hökumətin maliyyə resurslarının idarə edilməsi üçün yeni baxışlarına əsaslanır. Xüsusilə də Koreya Fiskal İnformasiya Xidmətinin rəqəmsal büdcə sahəsində təcrübəsi beybəlxalq sistemdə böyük maraq doğurmaqdadır. Xidmətin prezidenti Seok Ho Yoon vurğulayıb ki, ölkəsinin müvafiq qurumları Azərbaycanla təcrübə və qabaqcıl texnoloji həllərin paylaşılması prosesinə yaxından dəstək göstərməyə hazırdır. Bu baxımdan Koreya təcrübəsi əhəmiyyət daşıya bilər.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

