Naxçıvan Muxtar Respublikasında payızlıq taxıl əkini davam etdirilir
13.11.2014 [09:57]
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin Sərəncamı ilə təsdiq edilən “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın uğurlu icrası muxtar respublikada əkinçiliyin inkişafına da öz təsirini göstərib. Son illər dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, o cümlədən torpaq mülkiyyətçilərinə maliyyə və texniki dəstəyin göstərilməsi kənd təsərrüfatı məhsullarının istehsalını xeyli artırıb. Əsas strateji məhsul hesab olunan taxıl əkininin genişləndirilməsi, əhalinin çörək və un məmulatlarına olan tələbatının ödənilməsi də bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, noyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov “Bərəkət” Toxumçuluq Təsərrüfatının taxıl sahəsinə gəlib, taxıl əkininin gedişi ilə maraqlanıb.
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Elşad Əliyev payızlıq taxıl əkininin gedişi barədə məlumat verib. Qeyd olunub ki, artıq bir neçə gündür muxtar respublikada payızlıq taxıl əkini həyata keçirilir. Bu günədək 10 min hektar sahədə şum aparılıb. Şum aparılan ərazinin 5600 hektarında buğda, 1400 hektarında isə arpa əkilib. Taxıl əkini şırım üsulu ilə aparılır və hər hektara 180 kiloqram olmaqla buğda toxumu əkilir. Şırım üsulunun tətbiqi məhsuldarlığı yüksəldir, suvarma suyundan qənaətlə istifadəyə və torpaqların şoranlaşmasının qarşısının alınmasına imkan yaradır.
Bildirilib ki, “Bərəkət” Toxumçuluq Təsərrüfatı üçün ayrılan sahə 2 min hektardır. Əkin zamanı yerli iqlim şəraitinə uyğun yüksək reproduksiyalı “Quality” toxum sortundan istifadə olunur. Əkinə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin texnikaları cəlb olunub. Texnikanın gücündən səmərəli istifadə olunması səpin işlərinin optimal müddətdə başa çatdırılmasına imkan verəcək.
Ərazinin su təminatı Araz çayından qidalanan “Azərbaycan” nasos stansiyası vasitəsilə ödənilir. Bu məqsədlə nasos stansiyasından təzyiqli boru xətti çəkilib, supaylayıcı hovuz tikilib. Supaylayıcı hovuzdan su öz axımı ilə əkin sahələrinə verilir. Bu il supaylayıcı hovuzdan 3 min metr uzunluğunda özüaxımlı boru xətti çəkilib, boru xəttinin üzərində 6 suburaxıcı qoyulub. Yeni çəkilən boru xəttinin su sərfi saniyədə 800 litrdir.
Ali Məclisin sədri gələcəkdə əkin sahələrində qapalı suvarma şəbəkəsinin qurulması, payızlıq taxıl əkininin vaxtında başa çatdırılması, yaz əkin mövsümündə “Bərəkət” Toxumçuluq Təsərrüfatının sahələrində arpa əkilməsi barədə tapşırıqlar verib.
Xəbər lenti
Hamısına baxSosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17

