/ / Mətbuat işçiləri üçün inşa edilmiş binadakı mənzillərə dair kütləvi qaydada çıxarışlar təqdim olunub
Mətbuat işçiləri üçün inşa edilmiş binadakı mənzillərə dair kütləvi qaydada çıxarışlar təqdim olunub
25.12.2015 [09:45]
Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı ilə jurnalistlər üçün inşa edilmiş və istifadəyə verilmiş binada mənzil sahibi olan 100-dən çox jurnalistə Əmlak Məsələləri Dövlət Komitəsinin “Kütləvi çıxarış” kampaniyası çərçivəsində dekabrın 24-də binanın həyətində kütləvi qaydada dövlət reyestrindən çıxarışlar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbəri Vüqar Səfərli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkədə informasiya azadlığının və azad mətbuatın təmin olunması, milli mətbuata göstərilən dövlət dəstəyinin artırılması və media işçilərinin sosial rifahının yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də dövlət başçısı tərəfindən imzalanmış Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncama əsasən mətbuat işçiləri üçün yaşayış binasının tikilərək istifadəyə verilməsidir. Bu gün Azərbaycan xalqı üçün, eyni zamanda jurnalistlər üçün əlamətdardır, çünki 2013-cü ildə jurnalistlərə verilən evlərin son sənədləri təqdim olunur.
“Bu günün Prezident İlham Əliyevin ad gününə təsadüf etməsi də çox xoşdur. Mən, fürsətdən istifadə edib öz adımdan, bütün jurnalist kollektivi adından dövlət başçımızı təbrik edir və işlərində uğurlar arzu edirəm. Biz həmişə Prezident İlham Əliyevin yanında olmalıyıq. Analoqu olmayan bir addım atılıbdır. Dünyanın heç bir yerində jurnalistlərə dövlət tərəfindən ev hədiyyə olunmur. Biz 2013-cü ildə bu evləri 156 jurnalistin xidmətinə verdik. Bu, Prezident İlham Əliyevin jurnalistlərə hədiyyəsidir. Həmin gün 2013-cü il iyulun 22-də daha bir binanın təməli qoyulub. Həmin bina artıq tikilib başa çatmaq üzrədir, 2016-cı ilin sonunda jurnalistlərin istifadəsinə veriləcək”, - deyə Vüqar Səfərli bildirib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Azərbaycanda informasiya azadlığının və azad mətbuatın təmin olunması, kütləvi informasiya vasitələrinə dəstəyin göstərilməsi ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanılır. Jurnalistlər üçün inşa edilən bu yaşayış binası da dövlət başçısının mətbuat nümayəndələrinə olan diqqət və qayğısının bariz nümunəsidir.
Əflatun Amaşov deyib: “Jurnalistlər üçün binaların inşa edilməsi ideyası uzunmüddətli axtarişların nəticəsidir. Jurnalistləri mənzillə təmin etmək məqsədilə biz Prezident İlham Əliyevə müraciət etdik və dövlət başçısı bu binanın tikilməsi üçün Sərəncam imzaladı. Mən fürsətdən istifadə edib Azərbaycan Prezidenti İlham Əliyevə jurnalistlər adından təşəkkürümü bildirirəm”.
Mətbuat Şurasının sədri qeyd edib ki, Azərbaycan jurnalistikası təminatlı jurnalistikadır. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu Azərbaycan KİV-lərini vaxtaşırı maliyyələşdirir. Bu, dövlətin jurnalistikaya qayğısının nəticəsidir. Eyni zamanda, Azərbaycan jurnalistləri sosial baxımdan da təminatlıdırlar. Bu binanın istifadəyə verilməsi nəticəsində 156 jurnalist mənzillə təmin olunub. Növbəti bina isə 2016-cı ildə təhvil veriləcək və 250-dən çox jurnalist yeni mənzillə təmin olunacaq. Bütün bunlar Azərbaycan dövlətinin jurnalistlərə qayğısının bariz nümunəsidir.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi də öz növbəsində ölkədə media sahəsinin inkişafına, jurnalistlərin mülkiyyət hüquqlarının daha səmərəli təmin olunmasına öz dəstəyini göstərir. Bu gün məhz jurnalistlər binasının həyətində onlara kütləvi şəkildə dövlət reyestrindən çıxarışların verilməsinin də bu dəstəyin bir nümunəsi olduğu vurğulanıb. Komitə öz fəaliyyətindəki yenilikləri məhz media vasitəsilə geniş ictimaiyyətə çatdırır.
Xidmət rəisi bildirib ki, Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildən başlayaraq daşınmaz əmlak və torpaq sahiblərinə ilkin mülkiyyət sənədləri əsasında birbaşa ünvanlarda kütləvi qaydada çıxarışların verilməsi kampaniyasını həyata keçirir. Kampaniya həm paytaxtda, həm də regionlarda paralel olaraq təşkil olunur. Son bir neçə həftədə artıq Bakıda yeni inşa edilmiş çoxmərtəbəli binalardakı mənzil sahibləri də kampaniyaya cəlb olunub. Bu gün belə kampaniya məhz kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil edilib. Komitənin mobil ofislərində (xüsusi nəqliyyat vasitələrində) birbaşa ünvanda jurnalistlərə dövlət reyestrindən çıxarışlar verilir.
Xəbər lenti
Hamısına baxDünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41

