/ / Tahir Mirkişili: Kredit Zəmanəti Fondunun yaradılması kiçik və orta sahibkarlığın inkişafına xüsusi təkan verəcək
Tahir Mirkişili: Kredit Zəmanəti Fondunun yaradılması kiçik və orta sahibkarlığın inkişafına xüsusi təkan verəcək
20.09.2017 [10:48]
“Kiçik və orta sahibkarlığın inkişafı kütləvi iş yerlərinin yaradılması və işsizliyin səviyyəsinin aşağı salınmasında daha çevik və effektiv vasitə hesab olunur. Bunun əsas səbəblərindən biri odur ki, kiçik və orta sahibkarlıq fəaliyyəti daha çox əmək tutumludur və sadə texnologiyalardan asılıdır. İri sahibkarlıq isə yüksək dəyərli texnologiyalardan istifadə etməyə məhkumdur ki, bu da yeni iş yerləri yaratmağın dəyərini artırır”. Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
T.Mirkişili bildirib ki, dünyada bütün həyata keçirilən layihələrin 90 faizi kiçik və orta sahibkarlıq subyektləri tərəfindən icra edilir. Azərbaycanda qeydiyyatdan keçmiş sahibkarların 99 faizi kiçik və orta sahibkarlıq subyektlərinə aiddir. Onun sözlərinə görə, Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı mühüm məsələlər öz əksini tapmışdır.
“Aparılan araşdırmalar göstərir ki, kiçik və orta sahibkarlıq subyektləri təşkilati və texniki çətinliklərlə yanaşı, ən çox maliyyə çətinlikləri ilə üzləşirlər. Ənənəvi maliyyə mənbələrindən (kommersiya bankları) maliyyə vəsaitlərinin cəlb olunması kiçik və orta sahibkarlıq subyektləri üçün bir çox hallarda girov, prosedur və kredit faizi səbəblərindən mümkün olmur. Bir çox hallarda banklar iri sahibkarlıq subyektlərinə tətbiq etdiyi şərtləri (uzunmüddətli maliyyə tarixçələri, müxtəlif maliyyə sənədləri, risklərin qiymətləndirilməsi metodları və s.) kiçik və orta sahibkarlıq subyektlərinə də tətbiq edirlər ki, bu da nəticədə kredit sazişlərinin baş tutmamasına gətirib çıxarır. Həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə kiçik və orta sahibkarlıq subyektləri bu çətinliklərlə üzləşirlər. Onlara bu çətinliklərin həllində yardımçı olmaq üçün müxtəlif ölkələrdə dövlət tərəfindən Kredit Zəmanətlər Proqramları (istehsal və ixrac) həyata keçirilir. Aparılmış təhlillər göstərir ki, belə proqramlar çox səmərəli olur və nəticə etibarilə kiçik və orta sahibkarlığın sürətlə inkişafına səbəb olur. Azərbaycan Prezidenti tərəfindən imzalanan Fərman ilə Kredit Zəmanəti Fondunun yaradılması kiçik və orta sahibkarlığın inkişafına xüsusi bir təkan verəcək”, - deyə T.Mirkişili vurğulayıb.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

