/ / Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə 1-ci donor əlaqələndirmə görüşündə Aİ ilə əməkdaşlıq müzakirə olunub
Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı ilə 1-ci donor əlaqələndirmə görüşündə Aİ ilə əməkdaşlıq müzakirə olunub
17.03.2018 [09:43]
Martın 16-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin təşkilatçılığı və Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin həmsədrliyi ilə 1-ci donor əlaqələndirmə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə məqsəd yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyi və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək və bu istiqamətdə fikir mübadiləsi aparmaqdır.
Tədbirdə çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qurumun fəaliyyət istiqamətləri və vəzifələri barədə məlumat verib.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində nəhəng addımlar atıldığını deyən Q.Təhməzli bu islahatların əsasının Prezident İlham Əliyev tərəfindən qoyulduğunu və həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın dünya səviyyəsində yeni çağırışlara uğurla cavab verdiyini vurğulayıb: “Ölkədə aparılan islahatların tərkib hissəsi kimi kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsi hazırlanıb və icrasına başlanılıb. Bu məqsədlə Prezident İlham Əliyevin Fərmanı ilə Azərbaycanda qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlərlə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi yaradılıb”.
Sədr qeyd edib ki, agentliyin əsas vəzifəsi qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinin və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətinin və siyasətinin həyata keçirilməsidir. Qurumun fəaliyyətinin əsas istiqamətlərindən biri də beynəlxalq təcrübənin öyrənilməsi və mövcud standartların beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
Xarici qurum və təşkilatlarla aparılan danışıqlar haqqında da məlumat verən Qoşqar Təhməzli bu ilin may ayında ölkəmizdə keçiriləcək Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan 2018”in iştirakçıları arasında əməkdaşlıq əlaqələrinin qurulmasında mühüm platforma rolunu oynayacağını bildirib.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas qida təhlükəsizliyi sahəsindəki mövcud durum, Aİ və Azərbaycan arasında qida təhlükəsizliyi sahəsində qurula biləcək əməkdaşlığın gələcək imkanları haqqında məlumat verib.
Ölkəmizdə Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasını yüksək dəyərləndirən səfir Kestutis Yankauskas qeyd edib ki, ərzaq məhsullarının təhlükəsizliyi müasir dövrdə ən aktual problemlərdən sayılır.
Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycanda həyata keçirilən mütərəqqi islahatların iştirakçısına çevrilib və ötən 10 il ərzində bu islahatlar uğurla davam edib. Həmçinin nəzərə çatdırılıb ki, Avropa İttifaqı digər sahələrlə yanaşı, kənd təsərrüfatı sahəsində də ölkəmizlə qabaqcıl təcrübəsini bölüşməkdə maraqlıdır.
Görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti haqqında videoçarx təqdim olunub.
Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini Rüfət Rüstəmzadə agentliyin qarşısında qoyulan vəzifələr haqqında təqdimatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. Beynəlxalq donor təşkilatlar tərəfindən həyata keçiriləcək layihələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub.
Görüşdə beynəlxalq təşkilatların Azərbaycan üzrə nümayəndəliklərinin rəhbərləri, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və agentliyin məsul işçiləri iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25

