/ / Vüqar Bayramov: Konvensiya Azərbaycan da daxil olmaqla Xəzəryanı ölkələr üçün böyük iqtisadi dividendlər vəd edir
Vüqar Bayramov: Konvensiya Azərbaycan da daxil olmaqla Xəzəryanı ölkələr üçün böyük iqtisadi dividendlər vəd edir
15.08.2018 [09:01]
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tarixi əhəmiyyət daşımaqla yanaşı, Xəzəryanı ölkələr üçün yeni inkişaf imkanları açacaq. Bunun tarixiliyi sadəcə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsinin 22 ildən artıq zaman tələb etməsi deyil, əslində daha çox anlaşma imzalandıqdan sonra regiona gətirəcəyi təhlükəsizlik və eləcə də iqtisadi inkişafa verəcəyi töhfə ilə əlaqədardır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspert qeyd edib ki, Azərbaycan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsində aktiv və eləcə də konstruktiv iştirak edən tərəflərdən biridir: “Azərbaycan tərəfi beynəlxalq normalar çərçivəsində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi və buna uyğun olaraq da Xəzərin bölgüsünün həyata keçirilməsinin tərəfdarı idi. Bu Konvensiya nəticə etibarilə Xəzəryanı ölkələrin Xəzərdən daha faydalı şəkildə istifadəsinə, daha səmərəli şəkildə faydalanmasına imkan verəcək. Bu, bir tərəfdən imkan verəcək ki, Xəzəryanı ölkələr arasında əməkdaşlığı gücləndirmək mümkün olsun, digər tərəfdən isə Xəzərin beynəlxalq yükdaşımalarda rolunu və funksiyasını artıra bilsin. Çünki burada söhbət beynəlxalq yükdaşımalar, boru kəmərlərinin çəkilməsi və digər məsələlər üzrə razılıq almaqdan gedir. Nəticə etibarilə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi Xəzər üzərindən daşınan yüklərin kəmiyyətinə təsir göstərəcək”.
“Azərbaycan Xəzər üzərindən daşınan yüklərin payının artmasında maraqlıdır. Ələtdə Bakı dəniz limanının qurulması və Azərbaycanın mövcud infrastrukturu Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi kontekstində Azərbaycan və Xəzər üzərindən daha çox yüklərin daşınmasına imkan verəcək ki, bu da Xəzəryanı ölkələrin beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirin artmasına zəmin yaradacaq. Belə olan halda Azərbaycan da Xəzəryanı ölkə olduğu üçün beynəlxalq yükdaşımalardan əldə olunan gəlirin həcminin müəyyənləşdirilməsi baxımından faydalanan ölkələrdən olacaq. Çünki Azərbaycanda Bakı Beynəlxalq Dəniz Ticarət Limanının qurulması məhz elə ölkəmiz üzərindən daşınan yüklərin həcminə təsir göstərəcək. Bu da Azərbaycanın beynəlxalq yük daşımalardan əldə etdiyi gəlirin həcmini artıracaq. Beləliklə, Xəzəryanı ölkələr daxil olmaqla Xəzər üzərindən daşınan yüklərin həcmində artımlar müşahidə olunacaq və bu da sözügedən ölkələrin gəlirlərinin artması baxımından vacibdir”.
Konvensiyanın imzalanmasının boru kəmərlərinin çəkilməsi və bu istiqamətdə fəaliyyətin gücləndirilməsi, enerji resurslarının daşınması baxımından çox vacib olduğunu deyən V.Bayramov qeyd edib: “Bu, fərqli bazarlara çıxış imkanları deməkdir. Xəzəryanı ölkələrin fərqli bazarlara çıxış yolu əldə etməsi nəticədə enerji resurslarının daha məqbul qiymətə bazara çıxarılması baxımından vacib hesab olunur. Eləcə də Konvensiyaya əsasən, Xəzəryanı ölkələr sərhədlərin və xüsusən də Xəzərin dibindəki ehtiyatların istifadəsi ilə bağlı qarşılıqlı olaraq anlaşacaqlar. Azərbaycan artıq Rusiya və Qazaxıstanla belə bir anlaşma imzalayıb. Bu baxımdan söhbət Türkmənistan və İranla anlaşmanın əldə olunmasından gedir. İran Prezidenti Azərbaycanda səfərdə olarkən mübahisəli hesab olunan yataqların birgə işlənməsi ilə bağlı ilkin anlaşma imzalanmışdı. Bu isə o deməkdir ki, Azərbaycan əslində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi fonunda mübahisəli yataqların işlənməsi prosesində kifayət qədər pozitiv və eyni zamanda, konstruktiv mövqe nümayiş etdirən ölkələrdəndir. Azərbaycan Prezidentinin siyasəti də məhz Xəzəryanı ölkələrin Xəzərin ehtiyatlarından səmərəli və qarşılıqlı fayda əsasında istifadəsinə nail olmaqdan ibarətdir. Azərbaycan mübahisəli yataqların birgə işlənməsi ilə bağlı tərəflərlə müzakirələr aparıb, qeyd etdiyimiz kimi, İranla artıq razılıq əldə edilib, Türkmənistanla da oxşar razılığın əldə ediləcəyi gözlənilir. Bu isə o deməkdir ki, keçmiş SSRİ dağıldıqdan sonra uzun müddət gündəmdə olan məsələ praktik olaraq həllini tapdı. Bütün bu proseslər boyu Azərbaycan məhz Xəzərin statusunun müəyyənləşdirilməsi və bu istiqamətdə razılığın əldə edilməsində aktiv çıxış edən ölkələrdən biri kimi yadda qaldı”.
“Xəzərin statusunun müəyyənləşdirilməsinə Azərbaycan öz töhfəsini bəxş etməklə yanaşı, eyni zamanda, Xəzəryanı ölkələrin bu anlaşmadan faydalanması və nəticə etibarilə anlaşmanın sözügedən ölkələrə stabillik, sülh və iqtisadi gəlir gətirməsi anlamında təbii ki, anlaşmanı dəstəkləyən ölkələrdən biri kimi həm də Xəzəryanı regionun inkişafında maraqlı ölkədir. Bu Konvensiya Xəzəryanı ölkələr üçün yeni inkişaf imkanları vəd edir. Beynəlxalq yükdaşımaların həcminin, ölkələrin gəlirlərinin artması nəticə etibarilə yeni iş yerlərinin açılması, məşğulluğun təmin edilməsi baxımından çox vacibdir. Bütövlükdə, anlaşma, Azərbaycan da daxil olmaqla, Xəzəryanı ölkələr üçün böyük iqtisadi dividendlər vəd edir”, - deyə ekspert vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17

