/ / Avropa Yenidənqurma və İnkişaf Bankı ilə energetika sektorunda islahatlara dəstək məsələsi müzakirə edilib
Avropa Yenidənqurma və İnkişaf Bankı ilə energetika sektorunda islahatlara dəstək məsələsi müzakirə edilib
14.11.2018 [10:03]
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Azərbaycanın energetika sektorunda islahatlara dəstək məsələsi müzakirə olunub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlikdə Avropa Yenidənqurma və İnkişaf Bankının vitse-prezidenti Betsi Nelson, eləcə də qurumun Şərqi Avropa və Qafqaz regionu üzrə yeni icraçı direktoru Matteo Patrone ilə görüş keçirilib. Energetika nazirinin müavini Samir Vəliyev bankın Azərbaycandakı fəaliyyətində özəl sektorun inkişafına və ölkə üçün strateji əhəmiyyət kəsb edən layihələrə dəstəyini yüksək qiymətləndirib.
Nazir müavini hazırda energetika sahəsində islahatların yeni çağırışlara uyğun olaraq bazar münasibətlərinin formalaşdırılması, enerji resurslarından səmərəli istifadəni, qabaqcıl təcrübə və yeni texnologiyaların tətbiqi ilə yaşıl iqtisadiyyatın inkişafına nail olunması kimi istiqamətləri əhatə etdiyini diqqətə çatdırıb. O, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsində özəl sektorun iştirakının və bu məqsədlə cəlbedici mühitin yaradılmasının vacibliyini vurğulayıb. S.Vəliyev bu məsələlərdə EBRD ilə Energetika Nazirliyi arasında texniki dəstək çərçivəsində həyata keçirilən və planlaşdırılan layihələrdən bəhs edib. Bildirib ki, bərpaolunan enerjidən geniş istifadənin təmin edilməsi üçün şəbəkənin gücləndirilməsi layihəsinin həyata keçirilməsi üçün artıq məsləhətçi şirkət seçilib və fəaliyyətə başlanılıb.
Bundan başqa, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin fəaliyyətinə dəstəklə bağlı EBRD ilə əməkdaşlıq əlaqələrinə toxunulub. “Tənzimləyici haqqında” qanun layihəsinin hazırlanması məqsədilə tenderdə qalib gəlmiş məsləhətçi şirkətin yaxın vaxtlarda elan ediləcəyi qeyd olunub.
B.Nelson təmsil etdiyi bankın Energetika Nazirliyi ilə əməkdaşlığa önəm verdiyini və ölkədə enerji sektorunun inkişafında maraqlı olduqlarını bildirib. O, yaşıl iqtisadiyyat, enerji səmərəliliyi və bərpaolunan enerji mənbələrinin inkişafına dəstəyin Avropa Yenidənqurma və İnkişaf Bankının hazırlayacağı Azərbaycanda əməliyyatlar üzrə yeni strategiyasının üç istiqamətindən biri olduğunu vurğulayıb.
Görüşdə, həmçinin ikinci dərəcəli qanunvericilik aktlarının hazırlanması, eləcə də Azərbaycanla Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Şərqi Avropa Tərəfdaşlığı Fondu (E5P fondu) arasında əməkdaşlığın qurulması istiqamətində müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

