/ / Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
20.11.2018 [09:23]
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının 11-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətinə Baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edib.
Belarusun Baş nazirinin müavini Mixail Rusıy iclasda deyib ki, Minsk azərbaycanlı tərəfdaşlarla bütün səviyyələrdə, o cümlədən ikitərəfli hökumətlərarası komissiya formatında fəal qarşılıqlı fəaliyyəti davam etdirmək niyyətindədir. Azərbaycanla ticari-iqtisadi əməkdaşlığın dinamikasından məmnunluğunu ifadə edən M.Rusıy diqqətə çatdırıb ki, car ilin yanvar-sentyabr aylarında iki ölkə arasında əmtəə dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 3,3 faiz artaraq 331,5 milyon dollar təşkil edib. “İndi qarşılıqlı əmtəə dövriyyəsinin artımının dayanıqlı və uzunmüddətli hal alması üçün yeni birgə layihələr üzərində fəal iş aparmaq lazımdır. Biz sənaye və kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişlənməsinə, Gəncə avtomobil zavodunda traktorların, taxılyığan kombaynlarının, MAZ texnikasının və digər sənaye məhsullarının buraxılmasına böyük əhəmiyyət veririk. Artıq biz birlikdə kənd təsərrüfatı maşınqayırması sahəsini yaratmışıq”, - deyə Baş nazirin müavini qeyd edib.
Onun sözlərinə görə, Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılması üzrə istehsal iki ölkənin əməkdaşlığını yeni səviyyəyə yüksəldəcək. “Bu, üç ölkənin yeni perspektivli layihəsidir. Onun uğurla həyata keçirilməsi gələcəkdə regiondakı bazara birgə çıxışın təmin edilməsi sahəsində yeni təşəbbüslərimiz üçün yol açacaq”, - deyə M.Rusıy əlavə edib.
Belarusun Baş nazirinin müavini nəqliyyat və logistika, neft-kimya, farmasevtika sahələrində əməkdaşlığın da perspektivli olduğunu söyləyib. Belarus hökuməti, həmçinin qarşılıqlı ərzaq tədarükünü də fəal şəkildə dəstəkləmək niyyətindədir. “Belarusun ət və süd məhsulları, qənnadı məmulatları artıq Azərbaycan istehlakçısına yaxşı məlumdur. Biz ötən il Minskdə Azərbaycan Ticarət Evinin açılmasını və dostlarımızın digər analoji təşəbbüslərini alqışlayırıq, hökumətimiz tərəfindən onlara maksimal dərəcədə dəstək göstərəcəyik”, - deyə Mixail Rusıy vurğulayıb.
Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov ötən dövrdə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını qeyd edib. Vurğulayıb ki, Azərbaycan və Belarus prezidentlərinin şəxsi dostluq münasibətləri sayəsində iki ölkə arasında əlaqələr gündən-günə genişlənir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinin zəruriliyini qeyd edən Y.Eyyubov deyib ki, əmtəə dövriyyəsinin hazırkı səviyyəsi mövcud potensialımıza uyğun deyil. “Aramızda olan səmimi dostluq münasibətləri mühümdür. Bunun çox böyük dəyəri var”, - deyə Baş nazirin birinci müavini diqqətə çatdırıb.
Hökumətlərarası komissiyanın iclasının yekunlarına dair yeddi sənəd imzalanıb. Onlardan üçü Gəncə avtomobil zavodu ilə bağlıdır.
Sənədlərdən birində Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılması nəzərdə tutulur. “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyevin sözlərinə görə, müəssisənin 2019-cu ilin I rübündə işə başlaması planlaşdırılır. Türkiyədəki zavodun konveyerindən 5 minə qədər traktorun buraxılması nəzərdə tutulur. İlkin mərhələdə layihənin istehsal gücü 2,5 min ədəd miqdarında yerinə yetiriləcək.
Hökumətlərarası komissiyanın iclası çərçivəsində, həmçinin “Belarus dəmir yolu” Dövlət Birliyi (DB) və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında qarşılıqlı-faydalı əməkdaşlığa dair saziş imzalanıb. Sənədi “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və “Belarus dəmir yolu” DB-nin rəisi Vladimir Morozov imzalayıblar.
Vladimir Morozovun sözlərinə görə, Belarusla Azərbaycan arasında daha rahat, dayanıqlı nəqliyyat əlaqəsinin yaradılması nəzərdə tutulur. “Şimal-Cənub” dəhlizinin inkişafı, bu marşrutla Hindistan, İran, Azərbaycan, Rusiya və Belarusdan yüklərin daşınması üçün şərait yaradılması xüsusi əhəmiyyət kəsb edir. Sənəddə tarif və texnologiya istiqamətləri üzrə işçi qruplarının yaradılması da nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

