Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığı müzakirə edilib
01.02.2019 [09:51]
Enerji sahəsində Azərbaycan-Almaniya əməkdaşlığına dair müzakirələr aparılıb.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nazirlikdə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat və Energetika Nazirliyində dövlət katibi Tomas Baraysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Energetika naziri Pərviz Şahbazov iki ölkə arasında münasibətlərin gələcəkdə daha da inkişafının vacibliyini və bu istiqamətdə Alman-Azərbaycan Xarici Ticarət Palatası, Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupu, eləcə də Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyinin Menecer Təlimi Proqramının mühüm rolunu qeyd edib.
Nazir deyib ki, enerji sahəsində Almaniya ilə çoxşaxəli əməkdaşlıq mövcuddur və bu əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar var. Bildirilib ki, Azərbaycanın Almaniyaya ixracında əsas payı neft və neft məhsulları təşkil edir. Belə ki, ötən il SOCAR tərəfindən Almaniya istiqamətində 2 milyon 283 min ton xam neft təchiz edilib. Bundan başqa, “Uniper” şirkəti ilə neft-qaz istehsalında enerji səmərəliliyinin artırılması, Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin müasirləşdirilməsi, eləcə də elektroenergetika sektorunda “Siemens” və digər alman şirkətləri ilə həyata keçirilən layihələrdən danışılıb.
Ölkədə elektrik stansiyalarının diaqnostika və auditinin aparılması, generasiya güclərinin və elektrik enerjisinin ötürücü sisteminin optimallaşdırılması və bərpası proqramlarının hazırlanmasında Almaniyanın “VPC”, “Enerco” kimi şirkətləri ilə əməkdaşlıq yüksək qiymətləndirilib.
Hazırda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilərək, “SimensGamesa” şirkətinin nümunəsində bu sahədə Almaniya ilə əməkdaşlığa maraq ifadə edilib.
Görüşdə təmsil olunan “Uniper”, “EWE”, “Vito” və digər alman şirkətləri isə enerji sahəsində əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər.
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

