MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının növbəti iclası Bakıda keçiriləcək
21.11.2019 [10:05]
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov 2020-ci il üçün MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib. Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, noyabrın 20-də Moskvada MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının XXVI iclası keçirilib. İclasda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
Rusiya Federal Vergi Xidmətinin sədrliyi ilə keçən iclas “Rəqəmsal iqtisadiyyatın MDB ölkələrində vergi sisteminin inkişafına təsiri. Vergi inzibatçılığında elektron xidmətlər və onların rəqəmsal çatdırılma kanalları” mövzusuna həsr olunub.
Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin iclas iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Məktubda qeyd edilir ki, MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurası vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi, vergi sistemlərinin işinin və fiskal siyasətin səmərəliliyinin təhlili üçün sanballı platformadır. Rusiya Prezidenti əmin olduğunu bildirib ki, iclas iştirakçılarının aparacağı fikir mübadiləsi və qəbul edəcəyi qərarlar Birlik ölkələrində sahibkarlığın inkişafına, investisiyaların cəlb edilməsi üçün komfortlu şərtlərin irəli sürülməsinə şərait yaradacaq.
İclasda İqtisadiyyat naziri Mikayıl Cabbarov MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib. Şuranın növbəti iclasının Bakıda keçirilməsi barədə qərar qəbul edilib.
Nazir Mikayıl Cabbarov “Beynəlxalq meyillərin Azərbaycan vergi sisteminə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Nazir ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadi sahədə aparılan islahatlardan, MDB məkanında iqtisadi sahədə, o cümlədən vergilər sahəsində əməkdaşlıqdan danışıb.
Nazir jurnalistlərə müsahibəsində qeyd edib ki, hazırda qlobal səviyyədə vergi siyasətində kifayət qədər ciddi dəyişikliklər baş verir. “Bunun başlıca səbəbi rəqəmsal iqtisadiyyatın gündəmə gəlməsidir. Ənənəvi iqtisadi fəaliyyətin vergiyə cəlb edilməsi üçün son 100 ildə mövcud alətlər, qanunvericilik bu gün kifayət qədər sürətlə yenilənməlidir, çünki yeni iqtisadiyyatı təmsil edən elektron ticarət və elektron xidmətlərlə məşğul olan yerli və xarici şirkətlər tamamilə başqa iqtisadi modellərə və prinsiplərə uyğun olaraq fəaliyyət göstərirlər. Bu məsələ yalnız Azərbaycan vergi sistemi üçün deyil, ümumilikdə qlobal vergi çağırışı kimi qiymətləndirilir. Təsadüfi deyil ki, Əlaqələndirmə Şurasının builki iclası məhz rəqəmsal iqtisadiyyat dövründə vergi orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunub”, - deyə nazir bildirib.
Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin son illər genişləndiyini diqqətə çatdıran M.Cabbarov vurğulayıb ki, Rusiya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. İki ölkə arasında ticarət dövriyyəsinin sürətlə artdığını qeyd edən nazir bildirib ki, bu ilin ilk 9 ayının nəticələrinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 20 faiz artıb. O deyib: “Qeyri-neft sektorunun inkişafı, nəqliyyat əlaqələrinin genişləndirilməsi, ölkəmizdə Prezident İlham Əliyevin siyasəti nəticəsində inşa edilmiş müasir liman infrastrukturu, dəmir yolu şəbəkələri, logistika mərkəzlərinin daha çox fayda gətirməsi üçün Rusiya kimi böyük bir ölkə ilə əlaqələrimiz getdikcə daha dərinləşəcək”.
İclasın işində Rusiya Baş Nazirinin birinci müavini Anton Siluanov iştirak edib. İştirakçılar yeni informasiya texnologiyalarının tətbiqi və yeni layihələrin həyata keçirilməsi vasitəsilə vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində təcrübə mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59

