İqtisadiyyat naziri Türkiyə nümayəndə heyəti ilə görüşüb
27.12.2019 [10:23]
Azərbaycan-Türkiyə işgüzar görüşü keçirilib
Dekabrın 26-da İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Türkiyənin Ticarət naziri Ruhsar Pekcanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə M.Cabbarov hər iki ölkənin dövlət başçılarının səmimi münasibətlərinin Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafını şərtləndirən əsas amillərdən olduğunu və qarşılıqlı hörmətə, dostluğa, qardaşlığa əsaslanan əlaqələrimiz yüksələn xətlə inkişaf etdiyini vurğulayıb. Nazir qeyd edib ki, Türkiyə və Azərbaycan region və dünya üçün böyük əhəmiyyət daşıyan enerji və nəqliyyat layihələrini uğurla həyata keçirir. O, Azərbaycanda həyata keçirilən davamlı islahatlar, əlverişli biznes və investisiya mühiti barədə qonaqlara ətraflı məlumat verib, iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətlərini diqqətə çatdırıb.
Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Türkiyənin Ticarət naziri R.Pekcan iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb və iqtisadi əməkdaşlığın inkişafı perspektivləri barədə fikirlərini bölüşüb. O, ölkəsinin Azərbaycanla qarşılıqlı ticarət dövriyyəsinin artırılmasında maraqlı olduğunu, Naxçıvan Muxtar Respublikasında Türkiyənin ticarət müşavirinin fəaliyyətə başlamasının ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini bildirib.
Görüşdə, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət, nəqliyyat-tranzit, gömrük, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı, nou-hauya əsaslanan bilik mübadiləsinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Həmin gün İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə işgüzar görüşü keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, turizm və digər sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri M.Cabbarov diqqətə çatdırıb ki, işgüzar görüşdə iki ölkənin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarının təmsil olunması qarşılıqlı əməkdaşlığa böyük marağı ifadə edir. Prezident İlham Əliyevin qardaş Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinə böyük önəm verdiyini vurğulayan nazir iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılmasının hədəf kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb. Bildirilib ki, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün böyük imkanlar var və bu istiqamətdə tədbirlər davam etdirilir.
İkitərəfli əməkdaşlıqda ticarət sahəsinin əhəmiyyətini vurğulayan İqtisadiyyat naziri qeyd edib ki, Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin artım tendensiyası davam edir. Bununla yanaşı, həyata keçirilən tədbirlər ticarət dövriyyəsinin daha da artmasına, strukturunun şaxələndirilməsinə geniş imkanlar yaradacaq. İki qardaş ölkə arasında iqtisadiyyatın bir çox sahələrində, o cümlədən investisiya, enerji, sənaye, nəqliyyat, İKT, kənd təsərrüfatı, ticarət, təhsil və sair sahələrdə əməkdaşlıq imkanlarının geniş olduğunu diqqətə çatdıran M.Cabbarov iş adamlarını bu imkanlardan yararlanmağa dəvət edib.
Bildirilib ki, 2020-ci ilin fevralında Azərbaycan və Türkiyə iş adamlarının iştirakı ilə ölkəmizin sərmayə imkanlarının təqdimatının keçirilməsi nəzərdə tutulur ki, bu da ticarət əlaqələrinin inkişafında önəmli rol oynayacaq.
Türkiyənin Ticarət naziri R.Pekcan iqtisadi-ticarət tərəfdaşlığının inkişafı üçün geniş potensial olduğunu vurğulayıb, bugünkü görüşün, aparılan müzakirələrin biznes dairələri arasında əlaqələrin genişləndirilməsində əhəmiyyətini qeyd edib. Türkiyəli nazir sahibkarları daha fəal əməkdaşlığa, qarşılıqlı sərmayə qoyuluşlarını artırmağa dəvət edib.
Görüşdə iştirak edən Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) sədri Nail Olpak ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı perspektivləri barədə fikirlərini bölüşüb.
Tədbir çərçivəsində sahibkarlar biznes əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14

