Böyük Qayıdışa doğru...
11.12.2021 [10:05]
İşğaldan azad edilmiş ərazilər yenidən canlanır
Prezident İlham Əliyev 10 dekabr 2021-ci il tarixində “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb.
İşğaldan azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin olunması 2021-2030-cu illəri əhatə edən yeni strateji mərhələdə Azərbaycanın əsas prioritetləri sırasında yer alır. Söhbət bütünlüklə dağıdılmış ərazilərin minalardan təmizlənməsindən, şəhər və kəndlərin bərpasından, zəruri infrastruktur qurulmasından gedir. Döyüş meydanında düşməni diz çökdürən və kapitulyasiyaya məruz qoyan qalib Azərbaycan bərpa və zəruri infrastruktur quruculuğunu da qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Ötən bir ildə reallaşdırılan layihələr onu deməyə əsas verir ki, respublikamız işğaldan azad olunmuş ərazilərin bərpası, soydaşlarımızın məskunlaşdırılması ilə bağlı qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək.
İqtisadiyyatı altı əsas istiqamət üçün geniş imkanlar mövcuddur
Postmüharibə mərhələsində qarşıda duran əsas vəzifələrdən biri də işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlıdır. Bəhs olunan ərazilər iqtisadi resurslarla zəngindir. Mütəxəssislər burada iqtisadiyyatı altı əsas istiqamət, o cümlədən aqrar biznes, ərzaq sənayesi, dağ-mədən sənayesi, yaşıl enerji, nəqliyyat-logistika və turizm sektorları üzrə inkişaf etdirmək üçün geniş imkanlar olduğunu bildirirlər. 200 min hektar kənd təsərrüfatı sahəsi və bundan da çox örüş sahəsi, həmçinin keçmiş cəbhə xətti boyunca istifadəsiz qalan on minlərlə hektar torpaq sahəsi aqrar biznesin resurs əsasını təşkil edir. Hesablamalar göstərir ki, ortamüddətli perspektivdə Qarabağ bölgəsi ölkənin kənd təsərrüfatına 10,4 faiz töhfə verəcəkdir. 167 faydalı qazıntı ehtiyatı hesabına Qarabağda dağ-mədən sənayesinin inkişafı planlaşdırılır. Xüsusən də Söyüdlü yatağının hesabına Kəlbəcərin bölgədə dağ-mədən sənayesinin mərkəzinə çevrilməsi imkanları genişdir. Qarabağ bölgəsinin ölkəmizdə mədənçıxarma sənayesinə təsiri 5,3 faiz, emal sənayesinə isə 4,3 faiz ola bilər. İşğaldan azad olunmuş ərazilər enerji və su mənbələri ilə zəngindir. Ərazinin coğrafi mövqeyi tranzit daşımaları üçün geniş imkanlar yaradır. Zəngəzur dəhlizinin açılması ilə Avrasiyada qısa marşrutla yük daşımalarına maraq artacaq.
Ölkənin uzunmüddətli inkişaf prioritetlərinə uyğun tədbirlər həyata keçiriləcək
Azərbaycan dövləti bu kimi amilləri nəzərə alaraq, işğaldan azad edilmiş ərazilərin ölkənin digər bölgələrinə reinteqrasiyasına qısa müddətdə nail olunmasına güclü siyasi iradə sərgiləyir. Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədə əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması həm bəhs olunan ərazilərin iqtisadi potensialından səmərəli şəkildə istifadə edilməsi, həm də reinteqrasiya proseslərinin sürətləndirilməsi baxımından xüsusi önəm daşıyır. Prezidentin dünən imzaladığı sənəddə işğaldan azad edilmiş ərazilərdə müxtəlif istiqamətlərdə genişmiqyaslı tədbirlər həyata keçirildiyi nəzərə çatdırılır və vurğulanır ki, bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaqdır. Sərəncamda vurğulanıb: “Sözügedən ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət-özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir”.
Dövlət başçısının imzaladığı Sərəncamda bəhs olunan ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsini hədəfləyən tədbirlər öz əksini tapıb. Məsələn, sənəddə Nazirlər Kabinetinə işğaldan azad edilmiş ərazilərdə iqtisadi resursların və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi güzəştlərinin, sosial sığorta və digər güzəştlərin tətbiqi ilə bağlı üç ay müddətində təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Təkliflər, həmçinin işğaldan azad edilmiş ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiyaların təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən olunmasını əhatə edəcək. Dövlət başçısının imzaladığı sənədə əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara dəstək tədbirlərinə kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi də daxildir.
Sahibkarların maliyyə resurslarına çıxış imkanları genişləndiriləcək
Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin bərpasını innovativ tətbiqlər və yeni yanaşmalar əsasında həyata keçirilməsinə güclü siyasi iradə sərgiləyir. Hazırda bəhs olunan ərazilərdə “yaşıl iqtisadiyyat” quruculuğu, “ağıllı kənd” və “ağıllı şəhər “ layihələrinin icrası istiqamətində işlər aparılır. Bu layihələrin reallaşdırılmasında yüksək səviyyəli mütəxəssislərə böyük ehtiyac var. Bu ehtiyac nəzərə alınmaqla sənəddə hökumətə müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğaldan azad edilmiş ərazilərə cəlb edilməsi, habelə əmək miqrasiyası kvotasının müəyyən edilməsi və iş icazələrinin verilməsi prosedurunun təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq tapşırılıb. Hazırlanacaq təkliflər əsasında işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanları genişləndiriləcək və bu istiqamətdə zəruri dövlət dəstəyi gücləndiriləcək. Sərəncamda işğaldan azad edilmiş ərazilərdə ekoloji təmiz texnologiyaları tətbiq edən, “yaşıl artım” yaradan və bərpa olunan enerji mənbələrindən istifadə edən investorların dəstəklənməsi nəzərdə tutulub. Hazırlanacaq təkliflərin bir qismi isə işğaldan azad edilmiş ərazilərdə yaşayış massivlərinin inşası ilə bağlı dövlət-özəl sektor tərəfdaşlığının inkişafını əhatə edəcək.
Göründüyü kimi, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin bərpasına və iqtisadi inkişafının sürətləndirilməsinə kompleks yanaşma nümayiş etdirir. Sənəddə nəzərdə tutulan tədbirlərin reallaşdırılması işğaldan azad edilən ərazilərin iqtisadi resurslarından istifadə olunması və Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadiyyata reinteqrasiyasına geniş imkanlar açacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

