Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Kəlbəcərdə logistika mərkəzləri yaradılacaq

Kəlbəcərdə logistika mərkəzləri yaradılacaq

24.12.2021 [11:40]

44 günlük müharibə nəticəsində Azərbaycan ordusu öz ərazilərini təxminən 30 illik işğaldan azad etdi. Bu qələbə regional təhlükəsizliyi, yeni imkanları, ayrı-ayrı ölkələrin və ümumilikdə regionun inikişaf perspektivlərini əks etdirir.

Trend-in məlumatına görə, bunu Prezidentin Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilən (Şuşa istisna olmaqla) ərazilər üzrə xüsusi nümayəndəsi Emin Hüseynov Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə keçirilən "Qarabağ: Cənubi Qafqazdan dünyaya açılan yeni mənzərə" adlı elmi-praktiki konfransda "İşğaldan azad edilən ərazilərin bərpası və "Böyük Qayıdış" proqramı mövzusunda çıxışı zamanı deyib.

"30 ilə yaxın işğal altında olmuş ərazilər analoqu olmayan dağıntılara, etnik təmizləmələrə məruz qalıb. Bundan başqa, ekologiya və təbii ehtiyatlara ciddi ziyan vurulub. Ərazilərin minalanma səviyyəsi və partlamamış sursatların sayı da dünya tarixində analoqu olmayan həddədir", - deyə o bildirib.

E.Hüseynov əlavə edib ki, hazırda Qarabağda iri innovasiya layihələri icra olunur və dünyanın bir çox ölkələri bu layihələrə maraq göstərir.

"2020-ci il noyabrın 24-də Qarabağda işlərin aparılması və tənzimlənməsi üçün müvafiq orqan yaradılıb. Bu işlər 11 istiqamət üzrə aparılır. Orada görüləcək işlərin həcmi köçürüləcək əhalinin sayından asılı olacaq. Ağdam rayonunun təbii ehtiyatları 3,5 milyard manat həcmində dəyərləndirilir. Fermer və kənd təsərrüfatı fəaliyyəti üçün böyük ərazilər mövcuddur. İnkişafın əsas aparıcı qüvvəsi Ağdam sənayə parkının və Araz vadisi iqtisadi zonasının yaradılması olacaq", - E. Hüseynov deyib.

O əlavə edib ki, eyni zamanda bir sıra obyektlərin bərpası üzrə işlər davam edir.

"Bunların arasında məktəbləri, tibb müəssisələrini və digər sosial obyektləri qeyd etmək olar. Ağdamda sənaye parkları və sənaye zonaları, Kəlbəcərdə logistika mərkəzləri yaradılacaq", - deyə o bildirib.

Paylaş
Baxılıb: 158 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Müsahibə

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31