Qarabağda yeni yol
21.04.2022 [13:04]
Körpü də inşa edilir
Postmüharibə dövründə Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilərdə reallaşdırdığı layihələrin böyük bir qismi müasir yol infrastrukturunun qurulmasını əhatə edir. Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində müharibənin başa çatmasından sonra işğaldan azad olunan ərazilərdə yüksək səviyyədə həyata keçirilən çoxsaylı yol layihələrindən məmnunluqla söhbət açıb. Dövlət başçısı bildirib ki, tarixdə heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə keçən il 700 kilometrə yaxın yollar çəkilib. Yəni, Azərbaycan-Ermənistan sərhədinə qədər bu yollar çəkilib.
Sözügedən ərazilərin bərpası proqramı çərçivəsində
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində dövlətimizin başçısının tapşırığı ilə icra olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan çəkilən yoldur. Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə yol infrastrukturunun qurulması xüsusi yanaşma əsasında reallaşdırılır. Belə ki, bütün avtomobil yolları iri yaşayış məntəqələrindən kənar keçməklə layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrinin gələcək sakinlərinin, eləcə də yoldan istifadə edəcək vətəndaşların rahatlığı baxımından önəmli aspektlərdən biridir. Laçın şəhərinə daxil olmadan çəkilən yolun layihəsində də bu prinsip nəzərə alınıb.
Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil edir. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edəcək.
Hazırda yolboyu genişmiqyaslı tikinti işləri aparılır. Layihəyə uyğun olaraq torpaq yatağının tikintisi, suni qurğuların inşası işləri görülür.
Yol çətin relyefə malik ərazilərdən keçir. Bu amil müəyyən çətinliklər yaratsa da, inşaatçılar tikinti işlərinin sürətini azaltmırlar. Yol boyunca suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və müxtəlif süni qurğuların tikintisi də icra olunur. Yolun 22-ci km-də körpünün inşası layihələndirilib. Uzunluğu 139.5 metr olan 4 aşırımlı bu körpünün inşası da artıq tamamlanmaq üzrədir. Bütövlükdə yolun tikintisinin cari ildə tamamlanması nəzərdə tutulub.
Mübariz
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52

