40 faizədək artım...
11.05.2022 [10:08]
Qeyri-neft sektoru üzrə ixracda
Mübariz ABDULLAYEV
Ötən il pandemiyanın pik mərhələsindən sonra milli iqtisadiyyatımızda başlayan bərpa prosesi 2022-ci ilin birinci rübündə artımla müşayiət olunub. Belə ki, bəhs olunan dövrdə iqtisadiyyatımızda 6,8 faiz artım müşahidə edilib ki, bu da böyük nailiyyət kimi dəyərləndirilə bilər. Müqayisə üçün bildirək ki, dünyanın bir çox ölkələri hələ də pandemiyanın yaratdığı çətinliklərdən xilas ola bilməyib. Güclü potensiala malik Azərbaycan isə prevantiv tədbirlər görməklə, ələlxüsus da əhatəli dəstək mexanizmlərindən istifadə etməklə, maliyyə təminatını möhkəmləndirməklə öz iqtisadiyyatının rəqabətqabiliyyətliliyini qorumağa nail oldu.
Yüksək inkişaf dinamikası
Respublikamızda iqtisadiyyatın ayrı-ayrı seqmentləri üzrə isə artım daha böyük rəqəmlərlə ölçülür. Aydın şəkildə müşahidə edilir ki, ölkədə aparılan yeni nəsil islahatların, təşviq və dəstək tədbirlərinin məntiqi nəticəsi olaraq qeyri-neft sektoru iqtisadiyyatın drayverinə çevrilməkdədir. İlin əvvəlindən bəri respublikamızda qeyri-neft iqtisadiyyatı 10 faizdən çox artıb. Ən böyük artım isə 18 faizdən çox olmaqla qeyri-neft sənayesində qeydə alınıb. Dünyanın hansısa başqa bir ölkəsində qeyri-neft sənayesinin belə yüksək dinamika ilə artmasına rast gəlmək mümkün deyil. Ölkədə qeyri-neft sektorunun inkişafından məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılılığın azaldılması, həm ümumi daxili məhsuldakı payının, həm ixracdakı payının aşağı düşməsi - bütün bunlar reallıqlardır”.
Ölkədə qeyri-neft sektorunun inkişafı ixracda da öz əksini tapıb. 2022-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanın ixracı 11,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə isə 965,5 mln. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 268,6 mln. ABŞ dolları və ya 38,5% artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dərc etdiyi “İxrac icmalı”nın may buraxılışında məlumat verilib. Bildirlir ki, 2022-ci ilin yanvar-aprel ayları ərzində meyvə-tərəvəz məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 23,6 % artaraq 162,6 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 9,9 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 90,6%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 53,3%, pambıq iplik ixracı 19,8%, pambıq lifi ixracı isə 6,8 % artıb.
Büdcə daxilolmaları
Qeyri-neft sektorunun yüksək inkişaf dinamikasına adekvat olaraq bu sahədən büdcə daxilolmaları da mütəmadi qaydada artır. 2022-ci ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 5 mlrd. 35,4 mln. manat vergi daxil olub, proqnoza 150,5% əməl edilib.
DVX-dən verilən məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 55,2% və ya 1 mlrd. 791,5 mln. manat artıb. O cümlədən qeyri-neft-qaz sektorundan daxilolmalar 3 mlrd. 430,2 mln. manat olub, proqnoza 133,5% əməl edilib. Dövlət büdcəsinə proqnozdan əlavə 860,6 mln. manat vəsait yönəldilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 49,7% və ya 1 mlrd. 139,5 mln. manat artıb. O cümlədən regionlar üzrə daxilolmalar 391,0 mln. manat olmaqla, proqnoz 112,9% icra edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 23,8% artıb. Ödənilən vergilərin 68,1%-i qeyri-neft-qaz sektorunun, 31,9%-i isə neft-qaz sektorunun payına düşüb. Bütövlükdə, Vergi Xidmətinin xəttilə büdcə daxilolmalarında qeyri-neft sektorunun payı 80 faizi keçir. İlin əvvəlindən bəri Dövlət Gömrük Komitəsinin xəttilə qeyri-neft sektorundan büdcə daxilolmaları isə 30,6 faiz çoxalıb.
Ekspertlər qeyri-neft sektorundan belə yüksək büdcə daxilolmalarının daha çox müvafiq sahənin strukturu ilə bağlı olduğu qənaətlərini bölüşürlər. Bu xüsusda fikirlərini ifadə edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı vurğulayıb: “Vergi-gömrük inzibatçılığının təkmilləşməsi hesabına qeyri-neft sektorunda şəffaflaşma və gəlirlərin leqallaşması baş verir, üstəlik iqtisadi artım da öz sözünü deyir. Qeyri-neft sektorunun öz inkişaf tempindən daha yüksək sürətlə vergi-gömrük ödənişlərini həyata keçirməsi, həm də qeyri-neft sektorunun strukturu ilə bağlıdır. Belə ki, qeyri-neft sektorunda əsas drayver sənaye sahəsidir ki, burada daha böyük əlavə dəyər yaradılır və vergi bazası genişlənir”.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
28 May 23:18

Xəbər lenti
28 May 22:06

Gündəm
28 May 20:29

Xəbər lenti
28 May 19:47

Gündəm
28 May 19:43

Siyasət
28 May 19:40

Xəbər lenti
28 May 18:51

Gündəm
28 May 18:47

Xəbər lenti
28 May 18:05

Siyasət
28 May 17:39

Xəbər lenti
28 May 17:33

Gündəm
28 May 17:19

Gündəm
28 May 16:58

Xəbər lenti
28 May 16:28

Xəbər lenti
28 May 16:05

Siyasət
28 May 16:02

Gündəm
28 May 15:46

Xəbər lenti
28 May 15:42

Xəbər lenti
28 May 15:17

Siyasət
28 May 15:04

Gündəm
28 May 15:00

Xəbər lenti
28 May 14:09

Xəbər lenti
28 May 13:55

Sosial
28 May 13:00

Xəbər lenti
28 May 12:34

Xəbər lenti
28 May 12:30

Xəbər lenti
28 May 11:50

Gündəm
28 May 11:46

MEDİA
28 May 11:43

Ədəbiyyat
28 May 11:33

Xəbər lenti
28 May 10:48

İqtisadiyyat
28 May 10:41

Siyasət
28 May 10:34

Siyasət
28 May 10:19

Prezident bu gün
28 May 10:15

Siyasət
28 May 10:00

Siyasət
28 May 09:31

İqtisadiyyat
28 May 09:13

Xəbər lenti
28 May 00:22

Siyasət
28 May 00:19

Xəbər lenti
27 May 21:45

Siyasət
27 May 21:43

Gündəm
27 May 21:24

Xəbər lenti
27 May 19:07

Gündəm
27 May 18:49

Gündəm
27 May 18:47

Xəbər lenti
27 May 17:19

YAP xəbərləri
27 May 17:03

Xəbər lenti
27 May 16:56

Siyasət
27 May 16:38

Gündəm
27 May 16:36

Xəbər lenti
27 May 16:31

Xəbər lenti
27 May 16:30

Gündəm
27 May 16:26

Xəbər lenti
27 May 16:14

Siyasət
27 May 15:53

Xəbər lenti
27 May 15:53

Xəbər lenti
27 May 15:51

Gündəm
27 May 15:39

Siyasət
27 May 15:33

Siyasət
27 May 15:09

Gündəm
27 May 15:07

Xəbər lenti
27 May 14:53

Dünya
27 May 14:50

Xəbər lenti
27 May 14:41

Xəbər lenti
27 May 14:37

Xəbər lenti
27 May 14:29

Gündəm
27 May 14:25

Xəbər lenti
27 May 13:30

Xəbər lenti
27 May 13:20
