Avropa ilə Asiya arasında yeni multimodal dəhliz
10.06.2022 [10:01]
Azərbaycan bu marşrutda da əsas halqanı təşkil edəcək
M.FEYİZLİ
Nəqliyyat-loqistika marşrutlarının şaxələndirilməsi həm regional, həm də qlobal səviyyədə böyük önəm daşıyır. Bu, bir həqiqətdir ki, qlobal iqtisadiyyatın aktivliyinin qorunub saxlanması maraqlı tərəflərin yeni nəqliyyat və logistika marşrutları tapmasından və bu marşrutların funksionallığının artırılmasından çox asılıdır. Azərbaycan beynəlxalq miqyasda aktuallığı artan bu çağırışa bütün parametrlər baxımından yüksək səviyyədə cavab verən ölkələr sırasında yer alır.
Ölkəmizin üstünlükləri
Respublikamızda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması da mühüm yer tutur. Son illərdə Azərbaycan Asiya ilə Avropa arasında əvəzolunmaz nəqliyyat-logistika habına çevrilməkdədir ki, bunu da şərtləndirən çoxsaylı amillər var. Regional və qlobal miqyasda müşahidə edilən geosiyasi proseslər, ələlxüsus da Rusiya-Ukrayna müharibəsi tranzit daşımaları üçün təhlükəsizlik amilinin nə qədər böyük önəm daşıdığını bütün ciddiliyi ilə gündəmə gətirib. Xatırladaq ki, müharibə səbəbindən Qara dənizin Ukrayna sahillərindəki limanlarının fəaliyyəti məhdudlaşıb. Eyni zamanda, müharibə tərəfi olan Rusiyadan daşımaların həcmində kəskin azalmalar müşahidə edilməkdədir. Bu reallıq fonunda daşıma və logistika şirkətləri stabil, təhlükəsiz məkan olan Azərbaycana üz tuturlar. Azərbaycan dövləti ölkə ərazisindən tranzit yüklərinin təhlükəsiz şəkildə daşınmasına təminatlar verir və bunu hər kəs təsdiqləyə bilər.
Yüksək səviyyəli müasir infrastruktur tranzit daşımaları baxımından Azərbaycana üstünlüklər qazandıran digər bir mühüm amildir. Son illərdə respublikamız Şərq-Qərb, Şimal-Cənub dəhlizləri üzrə yüksək standartlara cavab verən yol-nəqliyyat şəbəkəsi qurmağa nail olub. Əsas məqamlardan biri də ondan ibarətdir ki, ölkə ərazisindən keçən beynəlxalq marşrutlar bir-biri ilə inteqrasiya olunub. Bu, Azərbaycan ərazisində yüklərin müxtəlif istiqamətlərdən qəbul olunmasına və fərqli istiqamətlərə yola salınmasına imkan yaradır. Eyni zamanda, Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanı tikməyə nail olub. Hazırda limanın yaxınlığında azad iqtisadi zona yaradılır. Ölkəmiz Xəzərdə ən böyük və rəqabətqabiliyyətli yükdaşıma donanmasına malikdir. Respublikanın dəmir yolları xətlərində əsaslı yenidənqurma işləri aparılıb, maddi-texniki baza möhkəmləndirilib. Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa marşrutdur. Paralel şəkildə, respublikamızın müxtəlif regionlarında beynəlxalq səviyyəli hava limanları yaradılıb və hazırda bu proses 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə davam etdirilir.
Beynəlxalq daşımalar baxımından Azərbaycanın digər bir böyük üstünlüyü, heç şübhəsiz ki, ölkəmizin işğalçı Ermənistan istisna olmaqla, digər bütün qonşularla yüksək səviyyəli münasibətlər qurmasıdır. Prezident İlham Əliyev belə bir fikri dəfələrlə əsaslandırıb ki, ölkələrin tranzit potensialının reallaşdırılmasında qonşularla xoş mərama əsaslanan münasibətlər müstəsna önəm daşıyır. Qonşu dövlətlərlə belə yüksək münasibətlərin qurulmasının nəticəsidir ki, bu gün Azərbaycan İrandan, Rusiyadan, Türkiyədən, Gürcüstandan yüklərin qəbul edilməsində və həmin istiqamətlərə yola salınmasında hər hansı bir problemlə üzləşmir.
Beynəlxalq səviyyədə Azərbaycana verilən önəm
Azərbaycanın Avrasiya məkanında tranzit daşımaları üçün təqdim etdiyi imkanlar regional və qlobal səviyyədə yüksək dəyərləndirilir. Təsadüfi deyildir ki, son vaxtlarda ayrı-ayrı xarici ölkələrin müvafiq qurumlarının yüksək səviyyəli rəsmiləri Azərbaycana gələrək respublikamızın nəqliyyat-logistika imkanlarını öyrənirlər və bu imkanlardan bəhrələnmək istəklərini bildirirlər. Elə bu günlərdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Avtomobil Daşıyıcıları Assosiasiyası İttifaqının (BSEC-URTA) prezidenti Mehmet Uylukcunun rəhbərlik etdiyi nümayəndə heyəti respublikamızda səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin rəsmiləri ilə görüşlər keçirərək müzakirələr aparıb. Səfərin əsas məqsədi Azərbaycanın mövcud nəqliyyat-logistika imkanlarını müzakirə etmək, Azərbaycan üzərindən yükdaşımaların icrası üçün görülə biləcək işlərlə bağlı fikir mübadiləsi aparmaq olub. Mehmet Uylukcu deyib ki, mövcud geosiyasi vəziyyətdə yeni nəqliyyat koridorlarının işlənməsi prosesində Azərbaycan strateji ölkəyə çevrilib.
Yeni multimodal dəhliz
Rusiya-Ukrayna müharibəsi fonunda son vaxtlarda Trans-Xəzər marşrutunun funksionallığı əhəmiyyətli dərəcədə artıb. Bu zəncirdə Azərbaycan əsas halqanı təşkil edir. Hazırda həm Avropada, həm də Asiyada Orta Dəhlizlə yüklərin göndərilməsinə maraq göstərən ölkələrin sayı artmaqdadır. Son vaxtlardan Çindən, Finlandiyadan və digər ölkələrdən yola salınan konteyner qatarları məhz Trans-Xəzər marşrutu ilə təyinat məntəqələrinə çatdırılıb.
Hazırda isə bir sıra ölkələr yenə də Azərbaycanın əsas halqa olacağı yeni multimodal dəhlizin yaradılması ilə bağlı müzakirələr aparırlar. Söhbət Asiyadan - Çindən Avropaya Azərbaycan üzərindən uzanan marşrutdan gedir. Asiya-Sakit okean hövzəsini əhatə edəcək yeni layihənin iştirakçıları - Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Avropa ölkələri hazırda bu dəhlizlə daşımaların tariflərinin aşağı salınması imkanlarını müzakirə edirlər. Yeni multimodal marşrutla yüklərin əsasən konteynerlərlə dəmir yolu vasitəsilə daşınması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37

