Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Əməkdaşlığa uzanan əllər...

Əməkdaşlığa uzanan əllər...

29.06.2022 [10:00]

İlk iclas və Bakı Bəyannaməsi

Mübariz ABDULLAYEV

Azərbaycan, Türkiyə və Qazaxıstan üzərindən Avrasiya coğrafiyasını birləşdirən ən qısa və ən rahat yollar

44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyan və yeni reallıqlar yaradan Azərbaycan öz imkanlarını təqdim etməklə regionun əməkdaşlıq və təhlükəsizlik məkanına çevrilməsinə böyük səy göstərir. İndiyədək respublikamız bu istiqamətdə bir sıra yeni təşəbbüslərlə çıxış edib. Elə bu günlərdə yenə də ölkəmizin təşəbbüsü ilə Bakıda Azərbaycan, Qazaxıstan və Türkiyənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin ilk üçtərəfli görüşü keçirilib. Görüşdə yaranan yeni geosiyasi reallıqlar və müasir çağırışlar kontekstində aktual müzakirələr aparılıb və yekun olaraq Bakı Bəyannaməsi imzalanıb.

Yeni imkanlar

Azərbaycan, Türkiyə və Qazaxıstanın iştirakı ilə formalaşan üçtərəfli format yeni olsa da, onun əsasında ölkələrimizin və xalqlarımızın tarixin dərin qatlarından gələn ənənələri və dostluğu dayanır. Bakıda baş tutan tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bildirdiyi kimi, bu 3 ölkə arasında qardaşlıq münasibətləri mövcuddur. Ölkələrimiz bu qardaşlıq münasibətlərinə əsaslanmaqla əməkdaşlığı dərinləşdirməyə böyük səy göstərirlər. Hər üç ölkə həm siyasi, həm də iqtisadi baxımdan bəhs olunan coğrafiyanın çox önəmli aktorları qismində çıxış edirlər. Azərbaycan, Qazaxıstan və Türkiyə arasında sıx ikitərəfli əməkdaşlıq mövcuddur, habelə bu dövlətlər regional əməkdaşlıq kontekstində, o cümlədən Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər regional təşkilatlarda qarşılıqlı-faydalı əməkdaşlıq həyata keçirirlər. Hazırda Türkiyə 761.4, Qazaxıstan 181.7, Azərbaycan isə 48 milyard dollar nominal ÜDM-ə malikdirlər.

Azərbaycan-Türkiyə əlaqələri regional əməkdaşlıq üçün yaxşı nümunədir. İki ölkə arasında iqtisadi və digər sahələrdə əməkdaşlıq əlaqələri siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq inkişaf etdirilir. Bu gün iki dövlət arasında qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. Ölkələrimiz qarşıya 2023-cü ilədək ticarət dövriyyəsinin həcmini 15 milyard dollara çatdırmaqla bağlı real hədəf qoyublar. Hazırda Azərbaycanın Türkiyəyə yatırdığı sərmayələrin məbləği 20 milyard dolları keçib. Öz növbəsində Türkiyə Azərbaycan iqtisadiyyatına təxminən 13 milyard dollar həcmində sərmayə yönəldib.

Uzun illər ərzində keçmiş ittifaqın tərkibində eyni siyasi-iqtisadi və coğrafi məkanı bölüşən müstəqil Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə yaradılıb. Bu gün Azərbaycanla Qazaxıstan arasında siyasi dialoq yüksək səviyyədədir. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlıq da çoxvektorludur. Bura enerji, sənaye və kənd təsərrüfatı kimi istiqamətlərdə əməkdaşlıq əlaqələri daxildir.

Üçtərəfli format Xəzər-Qara dəniz hövzələri regionunda yeni əməkdaşlıq imkanları formalaşdırır. Şübhə yoxdur ki, üç ölkənin birgə ardıcıl səyləri ilə yeni yaradılan bu format həm regional, həm də daha geniş səviyyədə təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın gücləndirilməsi baxımından effektiv mexanizm kimi özünü doğruldacaq.

Üçtərəfli əməkdaşlığın prioritet istiqaməti - nəqliyyat sektoru

Nəqliyyat sektoru Azərbaycan Türkiyə və Qazaxıstan arasında formalaşan üçtərəfli əməkdaşlığın çox mühüm istiqamətini təşkil edir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən əlverişli coğrafi mövqe sözügedən üç dövləti Avropa ilə Asiyanı birləşdirən əsas tranzit ölkələri kimi gündəmə gətirir. Bu ölkələrdən keçən Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Rusiya-Ukrayna müharibəsi fonunda son vaxtlarda Trans-Xəzər marşrutunun funksionallığı əhəmiyyətli dərəcədə artıb. Hazırda həm Avropada, həm də Asiyada Orta Dəhlizlə yüklərin göndərilməsinə maraq göstərən ölkələrin sayı artmaqdadır. Son vaxtlardan Çindən, Finlandiyadan və digər ölkələrdən yola salınan konteyner qatarları məhz Trans-Xəzər marşrutu ilə təyinat məntəqələrinə çatdırılıb. İndiki geosiyasi reallıqlar şəraitində Orta Dəhlizin funksionallığının artmasında yeni platformada birləşən Azərbaycan, Türkiyə və Qazaxıstan mühüm rol oynayırlar. Hər üç ölkə Orta Dəhlizlə daha çox yükün daşınmasına qətiyyətli siyasi dəstək verərək koordinasiyalı fəaliyyət göstərirlər. Görüşdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov üç qardaş ölkənin xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci görüşünün əhəmiyyətindən danışıb. Qeyd edilib ki, bu görüş həm ikitərəfli, həm də çoxtərəfli platformalarda yüksək səviyyədə tərəfdaşlıq münasibətlərini bölüşən üç ölkənin nəqliyyat və bağlantılar sahəsində əməkdaşlığının daha da genişləndirilməsi imkanlarının müzakirəsinə şərait yaradıb. “Müzakirələr zamanı Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişaf etdirilməsinə, bu istiqamətdə mövcud olan yük daşımalarına diqqət yetirdik. Mövcud problemlər, dar boğazların aradan qaldırılması istiqamətində bu coğrafiyada nəqliyyat və kommunikasiya əməkdaşlığımızın genişləndirilməsi istiqamətlərinə xüsusi nəzər saldıq, digər tərəfdən çox maraqlı yeni dəyərli fikirlər və təkliflər səsləndirildi” - deyə xarici işlər naziri Ceyhun Bayramov diqqətə çatdırıb.

Xatırladaq ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa da qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif, “Bir pəncərə” prinsipi tətbiq olunur.

Hazırda Azərbaycanın, Türkiyənin və Qazaxıstanın mühüm halqalar təşkil etdiyi yeni multimodal dəhlizin yaradılması ilə bağlı müzakirələr aparırlar. Söhbət Asiyadan - Çindən Avropaya uzanan marşrutdan gedir. Hər üç dövlət tranzit potensialının artırılmasında “Trans-Xəzər Şərq-Qərb Orta Dəhliz” - Azərbaycan, Qazaxıstan və Türkiyə ərazilərindən keçən multimodal nəqliyyat marşrutuna xüsusi önəm verir.

Şərqi Zəngəzur regionunda dəhlizin inkişaf etdirilməsinin önəmi

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə sayəsində yaratdığı yeni reallıqlar regionun tranzit imkanlarından səmərəli istifadə olunması üçün geniş perspektivlər açıb. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyanatda və digər sənədlərdə respublikamızın əsas hissəsi ilə blokada şəraitində qalan Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısının yaradılması nəzərdə tutulur. Bu marşrut Naxçıvandan Türkiyəyə və oradan daha geniş coğrafiyaya uzanacaq. Sonradan Prezident İlham Əliyev nəzərdə tutulan kommunikasiya bağlantısını “Zəngəzur dəhlizi” adlandırdı və bu termin beynəlxalq səviyyədə qəbul olundu. Yeni nəqliyyat bağlantısı Çimal-Cənub, Şərq-Qərb dəhlizlərinə, eləcə də Orta Dəhlizə inteqrasiya ediləcək. Beləliklə, bütün region dövlətləri yeni imkanlar qazanacaqlar. Təsadüfi deyildir ki, görüşdə və imzalanan Bakı Bəyannaməsində Şərqi Zəngəzur regionunda dəhlizin inkişaf etdirilməsinin önəminə xüsusi diqqət çəkilib. Xüsusilə Bakı Bəyannaməsində qeyd olunub ki, nazirlər yeni təklif edilmiş dəhlizlərin tam istismarına ehtiyac olduğunu vurğulayıblar.  “Nazirlər Azərbaycan, Ermənistan və Rusiya arasında 9/10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əksini tapan dəmir yolu və avtomobil dəhlizlərinin yaradılması da daxil olmaqla regionda əlaqəni gücləndirəcək yeni təklif edilmiş dəhlizlərin tam istismarının zəruriliyini bəyan etdilər.

Nazirlər Şərqi Zəngəzur regionu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikasını əlaqələndirən dəhlizin inkişafının vacibliyini Orta Dəhlizin perspektiv hissəsi kimi bəyan etdilər”, - deyə sənəddə qeyd olunub.

Paylaş:
Baxılıb: 122 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31