Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Həyat sığorta ilə rahatdır

Həyat sığorta ilə rahatdır

01.07.2022 [10:17]

Sığorta sektoru yarım ili uğurla başa vurub

Güclü sığorta güclü iqtisadiyyat, güclü iqtisadiyyat isə güclü dövlət deməkdir

Mübariz ABDULLAYEV

Ölkəmizdə tətbiq edilən yeni iqtisadi inkişaf modeli bütün sektor və seqmentlərə öz müsbət təsirini göstərməkdədir. Xüsusilə post-pandemiya və post-müharibə tədbirləri çərçivəsində iqtisadi sabitlik və maliyyə dayanıqlığının təmin olunması məqsədi ilə icra olunan layihələr daha güclü bir Azərbaycan vəd edir. Reallaşdırılan məqsədyönlü tərəqqi tədbirləri fonunda inkişafı gözəçarpan istiqamətlərdən biri də məhz maliyyə sisteminin önəmli alətlərindən olan sığorta sektorudur. Bu sektor, son dövrlər istər Ümumi Daxili Məhsulda (ÜDM) yüksələn payı ilə, istər xidmətlərə əlçatanlığın təmin olunması ilə, istərsə də qurulan səmərəli beynəlxalq əməkdaşlıqla özünün yeni yüksəliş mərhələsini yaşayır. Sektorla bağlı dövri olaraq açıqlanan icmal rəqəmləri də onu deməyə əsas verir ki, yerli sığorta bazarında stabil böyümə tendensiyası təmin olunub. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev “Yeni Azərbaycan”a açıqlamasında qeyd edib ki, bazarın böyüməsində icbari sığorta növləri ilə yanaşı, könüllü sığorta növləri də aktiv rol oynayır.

Daşınmaz əmlakın icbari sığortasına artan maraq

Fikirlərinə davam edən Elmar Mirsalayev vurğulayıb: “Azərbaycan Mərkəzi Bankının açıqladığı, cari ilin yanvar-may aylarını əhatə edən sığorta icmalından görürük ki, yerli bazarda stabil artım tempi davam edir. Belə ki, hesabat dövrü ərzində 426.6 milyon manat sığorta haqqı təmin edilib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 28.6 milyon manat çoxdur. Maraqlıdır ki, sığorta ödənişlərində azalma qeydə alınıb. Cari ilin yanvar-may ayları ərzində baş verən hadisələrə görə ümumilikdə 129 milyon manat sığorta ödənişi həyata keçirilib. Təbii ki, bu azalmanın da başlıca səbəbi ondan ibarətdir ki, mövcud sığortalılar sığorta bilikləri ilə yanaşı, həm də sığorta predmetinə qarşı qarşısıalınma tədbirlərinə ciddi riayət edirlər.

Sevindirici haldır ki, hesabat dövrünə aid ümumi sığorta yığımlarında icbari növlərlə yanaşı, könüllü növlər də əhəmiyyətli dərəcədə rol oynayıb. Belə ki, ən böyük artım məhz könüllü sığorta növü olan həyatın yaşam sığortası üzrə qeydə alınıb. Daha çox investisiya aləti kimi tanınan bu sığorta növü üzrə yığımlar 41.9 milyon manat artıb. Yığımlarında artım müşahidə edilən daha bir istiqamət isə tibbi sığorta növüdür. Bu növ üzrə yığımlarda artım 6 milyon manata yaxındır.

İş dünyası üçün nəzərdə tutulmuş sığorta növlərindən olan istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə yığımlardakı artım 5 milyon manata yaxınlaşıb. Cari icmaldan onu da görürük ki, vətəndaşlar və sahibkarlar üçün daim aktual olan daşınmaz əmlakın icbari sığortası növünə maraq artıb. Belə ki, adıçəkilən növ üzrə sığorta yığımları 2.3 milyon manat artıb ki, bu da sığorta növünün stabil artım tempi üzrə irəlilədiyinin bariz göstəricisidir.

Onu xüsusilə vurğulamaq istəyirəm ki, yerli sığorta bazarında müşahidə olunan böyümə trendi sığorta sektoruna nəzarətedici orqan olan Azərbaycan Mərkəzi Bankının sektorda təmin etdiyi uğurlu və səmərəli nəzarət mexanizmi sayəsində əldə olunmuş nəticələrdəndir.”

Genişmiqyaslı sığorta maarifləndirməsi işləri

Maarifləndirmə tədbirlərinin təşkili həm təşviqat, həm də sektorial savadlılığın təmin olunması baxımından çox əhəmiyyətlidir. Bu istiqamətdə sığorta sahəsində də ciddi addımlar atılmaqdadır. ASA-nın icraçı direktoru Elmar Mirsalayev deyir ki, ölkə səviyyəsində sığorta maarifləndirməsi işlərinin aparılması üçün 3 illik konsepsiya müəyyənləşdirilib: “Hələ 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanıb. Müvafiq memorandum çərçivəsində layihənin gerçəkləşdirilməsi üçün 3 illik konsepsiya müəyyənləşdirilib. Maarifləndirmə tədbirlərinin ilk mərhələsi 2021-ci ildə icra olundu. Bu ilk mərhələdə sığorta sektoru iştirakçıları olaraq əhalidə və sahibkarlarda risk fərqindəliyinin formalaşdırılması, risklərin idarə edilməsində sığortanın rolu barədə məlumatlılıq təmin olundu. Məhz bu layihəmizin ilk mərhələsinin uğurlu nəticəsi idi ki, yerli sığorta bazarı 2021-ci ili 16% böyümə ilə başa vurdu və bununla da sığorta sektorunun ÜDM-dəki payı 1%-ə yüksəldi.

Biz artıq cari ildən layihənin ikinci mərhələsini icra edirik. Bu mərhələdə mövcud və potensial sığortaolunanlar əsasən sığorta sinifləri barədə maarifləndirilirlər. Layihənin ikinci mərhələsinin birinci etapı məhz Daşınmaz əmlakın icbari sığortası növünə həsr olunub. Artıq 6 aydır ki, icbari daşınmaz əmlak sığortası ilə bağlı kütləvi təbliğat tədbirləri həyata keçirilir ki, bunun da uğurlu nəticələri dövri sığorta icmallarındakı rəqəmlərdə özünü göstərir”, - deyə Elmar Mirsalayev bildirib.

Dünya təcrübəsi yerli sığorta bazarına gətirilir

Müasir çağırışlar və daim yenilənən çağdaş meyillər fonunda beynəlxalq münasibətlərin formalaşdırılması və dünya təcrübəsindəki yeni trendlərin araşdırılıb öyrənilməsi inkişafa təkan verən başlıca drayverlərdəndir. Xüsusilə son illər yerli sığorta bazarının beynəlxalq əməkdaşlığa ciddi önəm verdiyi, qarşılıqlı münasibətlərin qurulduğu müşahidə olunur. ASA rəhbəri bildirir ki, sığorta sektorunda beynəlxalq əməkdaşlığın sistemli şəkildə formalaşması prosesinə 2020-ci ildən start verilib. Bu xüsusda ətraflı məlumat verən Elmar Mirsalayev bildirib: “Təbii ki, ilk müraciət etdiyimiz təcrübə də məhz qardaş ölkənin - Türkiyənin sığorta bazarı oldu. Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Türkiyə Sığorta Birliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında Memorandum imzalandı. Bu memorandum ona imkan yaratdı ki, yerli bazar iştirakçıları Türkiyənin sığorta məhsullarını, eyni zamanda, təkrarsığorta təcrübəsini öyrənib, bununla yanaşı qarşılıqlı kadr, təcrübə və məlumat mübadiləsini təmin etdi. Heç təsadüfi deyil ki, qardaş Türkiyə ilə yeni layihələrdə birgə təşəbbüslə çıxış etdik. Bunlardan biri və ən önəmlisi Türk Dünyası Sığorta Birliyidir. Türkiyə Sığorta Birliyi ilə əldə etdiyimiz ortaq razılıq nəticəsində bu ilin may ayında 6 türkdilli ölkənin sığorta birliklərinin iştirakı ilə Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Sığorta Konqresi çərçivəsində baş tutan zirvə toplantısında Türk Dünyası Sığorta Birliyi yaradıldı. Bu birlik türkdilli ölkələrin sığorta bazarları arasında qarşılıqlı kadr, təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsinə, təkrarsığorta istiqamətlərinin inkişaf etdirilməsinə, eyni zamanda, ortaq sığorta hovuzunun yaradılmasına səbəb olacaq.

Sığortaçılar Assosiasiyası olaraq biz Avropanın sığorta təcrübəsinin öyrənilməsi üçün nüfuzlu beynəlxalq sığorta təşkilatı olan Sığorta Assosiasiyaları Qlobal Federasiyasına (GFIA) da üzv olmuşuq. Federasiyanın işçi qruplarında aktiv iştirak edərək dünya sığorta trendlərini izləyə bilirik. Hətta yaxın günlərdə, üzvü olduğumuz GFIA-in illik assambleyasında da iştirak etdik. Bu kimi tədbirlər və əməkdaşlıqlar bizə dünya təcrübəsini yaxından öyrənməyə və nəticədə isə bu təcrübəni yerli bazarda tətbiq etməyə geniş imkanlar yaradır.”

Böyümə trendi davam edəcək

ASA-nın icraçı direktoru Elmar Mirsalayev sığorta bazarının gələcəyinə nikbin baxır. Qeyd edir ki, sığorta sektorunda həyata keçirilən bu və digər layihələr öz müsbət təsirini zamanla və davamlı şəkildə göstərəcək. “Əminliklə söyləmək mümkündür ki, bu gün Azərbaycanın sığorta bazarı yeni inkişaf və yüksəliş mərhələsini yaşayır. Belə ki, apardığımız müşahidələrə əsasən, deyə bilərəm ki, mövcud və potensial sığortaolunanlarda sığorta xidmətlərinə olan konspirativ və konservativ yanaşma tədricən və mərhələli şəkildə aradan qalxır, sığorta xidmətlərinə inam formalaşır. Bu, çox sevindirici haldır. Qürur hissi ilə deyə bilərəm ki, bu gün yerli bazarın təklif etdiyi elə sığorta növləri var ki, onların penetrasiya səviyyəsi 100% həcmindədir. Bizim başlıca istəyimiz və proqnozumuz digər sığorta növlərində də penetrasiyanın yüksəldilməsi, sığorta bazarı üzrə yığımların ÜDM-dəki çəkisinin bir qədər də artırılması və sığorta əlçatanlığının tam təmin olunması yönündədir. Ümid edirəm ki, yaxın gələcəkdə sığorta sektoru ilə bağlı bütün nikbin proqnozlar özünü doğruldacaq. Çünki sığorta sistemi risklərin idarə edilməsində ən unikal və təsirli mexanizmdir. Sığorta, həm də cəmiyyətlər üçün sosial-iqtisadi müdafiə sipəridir. Hesab edirəm ki, güclü sığorta güclü iqtisadiyyat, güclü iqtisadiyyat isə güclü dövlət deməkdir. Təcrübə və reallıq da onu göstərir ki, həyat, sığorta ilə rahatdır”, - deyə Elmar Mirsalayev vurğulayıb.

Paylaş:
Baxılıb: 152 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

12 Avqust 10:29

İqtisadiyyat

MEDİA

Gender bərabərliyi

12 Avqust 10:21

Yeni texnologiyalar

Xəbər lenti

4 ildən sonra...

12 Avqust 10:16

Siyasət

Siyasət

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Dünya

Ədəbiyyat

Ədəbiyyat

Sosial

Siyasət

Xəbər lenti

Karantin qayıdacaq?

11 Avqust 10:19

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

11 Avqust 10:09

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31