Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Avtomobil bazarının yeni trendi

Avtomobil bazarının yeni trendi

06.08.2022 [12:05]

Çin avtomobillərinə güvənə bilərikmi?

Nicat PAŞA

Əhalinin böyük qisminin maraqlandığı, hər zaman fərqliliklərlə dolu olan sahələrdən biri də avtomobil bazarıdır. Dövrün tələblərinə, dünyada baş verən iqtisadi proseslərə uyğun olaraq avtomobil bazarı demək olar ki, hər gün dəyişir, yenilənir. Son günlər sürücülərin, eləcə də bu sahə ilə əlaqəsi olan digər şəxslərin diqqətini cəlb edən məsələlərdən biri də Azərbaycan avtomobil bazarında Çin avtomobillərinə marağın sürətlə artmasıdır. 2014-cü ildən etibarən ölkəmizin avtomobil bazarına daxil olan Çinin avtomobil markalarına məxsus avtomobillər xarici görünüşü, daxili komfortu və büdcəyə uyğun qiyməti ilə diqqəti üzərinə çəkməyi bacarır. Buna baxmayaraq, uzun illərdir insanların beynində formalaşmış “Çin məhsulu” və ona tərəddüdlə yanaşma fikirləri hələ də bəzilərimizdə ciddi narahatlıq doğurur.

Çin avtomobillərinin sükanı arxasında əyləşməkdə niyə tərəddüd edirik?

Alıcıların tərəddüd etməsinin müəyyən səbəbləri var. Kiçik bir araşdırma etdikdə məlum olur ki, sürücülər Çin istehsalı olan avtomobillərin elektronika sisteminə bir o qədər də güvənmirlər. Bazarda görünüş, komfort, fərqli dizayn baxımından diqqət çəkən, lakin istehsal zamanı bir çox funksiyalarının əsasən rəqəmsallaşdırıldığı bu avtomobillərin elektronika sistemində tez-tez nasazlığın yaranması və ya başqa sözlə, yaranması ehtimalı istehlakçıları narahat edən əsas məqamlardandır.

İstismar müddətində bu və ya digər texniki nasazlığın yaranması tam təbiidir. Bu isə önəmli olan digər sualların (və ya problemlərin) meydana çıxmasını zəruri edir: ölkəmizdə bu sahədə ixtisaslaşmış, savadlı mütəxəssislər - avtomobil ustaları varmı?

Mütəxəssis rəyi

Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı da yerli avtomobil bazarında Çin istehsalı olan avtomobillərə marağın artması fikirlərini təsdiq edib. Mütəxəssis bunun səbəblərini açıqlayıb: “Hazırda Azərbaycan avtomobil bazarında Çin avtomobillərinə maraq getdikcə artmaqdadır. Çünki son vaxtlar ölkəmizə gətirilən Çin avtomobillərinin müasir avtomobil konsepsiyasına uyğunlaşdırıldığını görürük. Eyni zamanda, hesab edirəm ki, müasir görünüş, daxili komfort kimi bəzi məsələlər öz sözünü deyir. Əvvəllər məsələyə standart yanaşma var idisə, artıq son vaxtlar fərqlilik görünür. İnsanların marağı az idi. Sonradan artıq bazar öz sözünü dedi. Bazara yeni avtomobillər daxil oldu”.

Ekonom avtomobillərdir

E.Muradlı ekonom avtomobillərin əsas seqmentinin Çin istehsalı olan avtomobillər olduğunu da diqqətə çatdırıb: “Avtomobil alarkən hər kəs komfort, rahatlıq istəyir, bununla bərabər ekonom avtomobillərə daha çox üstünlük verir. Ekonom avtomobillərin əsas seqmenti də Çin avtomobilləridir. Çünki onların tərtibatına baxanda görürük ki, daha çox aşağı mühərrikli avtomobillərdir. Bu da təbii ki, insanlarda maraq yaradır”.

Kiçik həcmli mühərrik, daha az yanacaq sərfiyyatı

Avtoekspert yerli avtomobil bazarına yeni daxil olan, qısa zaman kəsiyində yüksək tələbatla qarşılanan bu avtomobillərə olan böyük marağın səbəbləri sırasında yanacaq xərclərinin azalmasını da istisna etməyib: “Son vaxtlar Avropa, Yaponiya və digər ölkələrdə istehsal olunan avtomobillərə baxdıqda mühərriklərinin həcmi böyük olur, komfortu daha yüksək olduğuna görə bir az da baha olur, belə olan halda insanlar yeni və ucuz avtomobillərin axtarışına çıxırlar. Belə olduqda alternativ variant kimi Çin avtomobilləridir”.

Şirkətlər təkmilləşməlidir

“Bu gün Çin avtomobili istehsal edən bir çox şirkətlər var ki, həmin avtomobillər bazarda kifayət qədər tanınır, alınır” deyən E.Muradlı Çin istehsalı olan avtomobillərə üz tutmaq istəyən sürücülərə də səslənərək bildirib ki, keçmişdən bəri formalaşmış fikirləri kənara qoymağın vaxtı çatıb. Bu gün Çin texnoloji yeniliklər edən ölkələr sırasındadır və təbii ki, istehsal etdiyi yeni nəsil avtomobillər müasir və güvənli texnologiyalarla zəngindir. Onun sözlərinə görə, Çin avtomobillərinin satışı ilə məşğul olan dilerlər də yerli şirkətlərdir və onlar da istəyirlər ki, bazara təqdim etdikləri avtomobillər özünü doğrultsun: “Çünki bu avtomobillər satılarkən təbii ki, onlara zəmanət verilir və bu müddətdə əlavə xərclər çıxmasın deyə şirkətlər də öz işlərini daha ciddi qururlar”.

Paylaş:
Baxılıb: 92 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Maraqlı

444 il əvvəl...

09 Avqust 11:20

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

09 Avqust 11:00

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xarici siyasət

İqtisadiyyat

Siyasət

Xarici siyasət

Gündəm

Beşinci zəng...

09 Avqust 10:00  

Xəbər lenti

Neft cüzi ucuzlaşıb

09 Avqust 09:57

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

08 Avqust 11:08

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31