Vergi borcu olan ölkədən çıxa bilməz!
09.08.2022 [10:30]
Hansı halda təzminat tələb edə bilər?
M.BAYRAMLI
Düşünün ki, hava limanına gedibsiniz. Uzun zamandır ki, xəyallarını qurduğunuz səyahətin bir addımlığındasınız. Bu zaman sərhəd buraxılış məntəqəsində sizə səyahət qadağası qoyulduğu deyilir. Zamanla aydın olur ki, səbəb vergi borcu imiş. Amma sizə qoyulmuş qadağa ilə bağlı heç bir xəbərdarlıq edilməyib. Bu zaman vətəndaş nə etməlidir?
Eyni hadisə ilə nəinki biz, bir çox dünya ölkələrinin vətəndaşları da qarşılaşıb. Məsələn, ABŞ-da 2017-ci ilin yanvar ayında qüvvəyə minən qanunla (Fixing America’s Surface Transportation (FAST) Act) 52 min dollardan çox vergi borcu olanların ölkəni tərk etməsi qadağandır. Vergi, cərimə və faiz borcu olan şəxslər pasportlarından məhrum edilirlər. Pasportu olmayan şəxslər ölkə xaricinə çıxa bilmirlər. Qanun xaricdə müvəqqəti və ya daimi əsaslarla yaşayan amerikalılara da şamil edilir. Pasport olmadan xaricdə yaşayan ABŞ vətəndaşları bank əməliyyatlarını həyata keçirə, mehmanxanalarda qeydiyyatdan keçə, uşaqlarını xarici ölkələrə təhsil üçün göndərə bilmirlər.
Vergi verməyən 977 nəfərin taleyi...
Ölkəmizdə də şərtlər olduqca bəsitdir. Vergini ödəyə bilməyən şəxslərin Azərbaycandan çıxması qadağandır. Elə 2020-ci ilin statistikasına görə, 594 nəfər vergi borcuna görə Azərbaycan sərhədlərini tərk edə bilməyib. Ümumilikdə, sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 942-dən 977-yə çatıb. Bu kimi hallar vergi borcu vergi ödəyicisi tərəfindən vergi öhdəliyinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə və ya tam həcmdə yerinə yetirilməməsi nəticəsində yaranır. Vergi borcları vaxtında ödənilmədikdə, bu vergi ödəyicisi üçün məsuliyyətə səbəb olmamaqla yanaşı, vergi orqanları tərəfindən bir sıra inzibati tədbirlərin həyata keçirilməsi ilə müşayiət olunur. Zamanla ödənilməmiş vergi məbləğləri faizlərin hesablanmasına gətirib çıxarır. Əgər məlumatınız yoxdursa...
Qəzetimizə açıqlama verən iqtisadçı ekspert Elbrus Cəfərov deyir ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə görə, 3 ildən artıqdır ki, vergi borcları olan vətəndaşların xaricə çıxışında məhdudiyyətlər qoyulur. Bu problemlər ilə əsasən sahibkarlar qarşılaşırlar. Söhbət təbii ki, 40-50 manatlıq borcdan deyil, iri məbləğlərdən gedir. Onun sözlərinə görə, vergi borclarının olması ilə bağlı vətəndaşlara rəsmi xəbərdarlıq edilməlidir: “2019-cu ildən bəri Vergilər Nazirliyi tərəfindən sahibkarlara vergilərin zamanında ödənilməsi ilə bağlı maarifləndirici və tövsiyə xarakterli məlumatlar verilir. Problem odur ki, həmin şəxlərə rəsmi şəkildə xəbərdarlıq olunmur. Mən düşünürəm ki, sürücülərin cəriməsi ünvana yollanıldığı kimi vergi borcları da rəsmi şəkildə məktub və yaxud sms vasitəsilə göndərilməlidir. Əgər vətəndaşın məlumatı yoxdursa, bu zaman məsələni başa düşəcək. Buna görə də ölkədən kənara çıxmadan öncə şəxsiyyət vəsiqəsinin FİN kodu ilə Vergilər Nazirliyinin rəsmi internet səhifəsində borclarının olub-olmamasını yoxlamalıdılar. İstənilən halda qadağanı gözləmədən vergi ödənilməlidir. Mənim xəbərim yoxdur demək bəhanədir”.
Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında müvafiq qətnamə qəbul olunduqdan sonra məhdudlaşdırılmaya səbəb olmuş əsaslar aradan qalxdıqda, yəni vergi ödəyicisinin artıq vergi borcu qalmadıqda, vergi orqanı 2 iş günü ərzində müvafiq ərizə ilə aidiyyəti məhkəməyə müraciət edir və məhkəmə tərəfindən də 2 iş günü ərzində həmin məhdudlaşdırmanın götürülməsi barədə qətnamə qəbul edilir.
“Əgər borcu yoxdursa, bu zaman vətəndaşın məhkəməyə müaraciət etmək hüququ var. Məhkəmədə özünün haqlı olduğunu sübut edərsə, kompensasiya tələb edə bilər”, - deyə ekspert söyləyib.
Xəbər lenti
Hamısına baxSosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18

