İnteqrasiyalı fəaliyyət
01.09.2022 [10:21]
Xərcləri azaldır, gəlirləri artırır, əlavə dəyər yaradır
M.FEYİZLİ
Son illərdə beynəlxalq səviyyəli şirkətə çevrilən SOCAR-ın fəaliyyətində istehsal və emal proseslərində innovativ yeniliklərin, müasir yanaşmaların tətbiqinə və idarəetmənin təkmilləşdirilməsinə və nəticə olaraq xərclərin optimallaşdırılmasına və gəlirlərin artırılmasına geniş yer verilir. Qurumda bəhs olunan istiqamətlərdə islahatlar Prezident İlham Əliyevin ötən ilin yanvarında imzaladığı “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” Fərmana uyğun həyata keçirilir. Ötən dövrdə Dövlət Neft Şirkətinin fəaliyyətində səmərəliliyi artırmaq, onun idarə edilməsini müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirmək məqsədilə SOCAR-ın Müşahidə Şurası yaradılıb. Müşahidə Şurası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. Əldə olunan uğurlar, o cümlədən maliyyə imkanlarının artması, reallaşdırılan layihələrin coğrafiyasının genişlənməsi bəhs olunan islahatların düzgün istiqamətdə həyata keçirildiyini təsdiqləyir.
Bütövlükdə, əvvəlcədən müəyyənləşdirilən hədəflərə hesablanan islahatların əhatə dairəsi kifayət qədər genişdir. SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi, təmir-baxım işlərinin koordinasiyası, xammal və aralıq məhsulun ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, habelə maliyyə resurslarının daha rentabelli idarə edilməsi məqsədilə 2019-cu ilin sonunda qurumun təsisçiliyi ilə “SOCAR Downstream Management” şirkəti yaradılıb.
Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) iki il bundan öncə “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilərək innovativ və beynəlxalq təcrübələrin tətbiqi, idarəetmə və əməliyyatların optimallaşdırılması istiqamətində mühüm tədbirlərin, o cümlədən biznes prosesləri, SƏTƏMM, aktivlərin idarə edilməsi, istehsalatın düzgün proqnozlaşdırılması və planlaşdırılması istiqamətində “Əməliyyat Mükəmməlliyi” proqramlarının icrasına başlanılıb. Hazırda, beynəlxalq təcrübəyə uyğun olaraq operativ idarəetmə mexanizmlərinin, vahid texnoloji prosesin yaradılmasının, emal zəncirinin dayanıqlı fəaliyyətinin təmin olunmasının, hazır məhsulun rəqabət qabiliyyətinin və SƏTƏM normativlərinə daha da ciddi riayət olunmasının gücləndirilməsi məqsədilə SOCAR-ın neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən digər emal müəssisələrinin də (“Azərikimya” İB, Karbamid zavodu, Metanol Zavodu, “SOCAR Polymer”, Qaz Emalı Zavodu və sair) qanunvericilik və nizamnamələr nəzərə alınmaqla “SOCAR Downstream Management” şirkətinin idarəetməsinə verilməsi prosesinə start verilib.
Bu proses şaquli inteqrasiya prinsipi əsasında həyata keçirilir. Belə ki, şaquli inteqrasiya çərçivəsində SOCAR-ın neft emalı və neft kimya müəssisələrinin dəyər zənciri üzrə bir-biri ilə inteqrasiyalı fəaliyyəti nəticəsində güclü sinerji yaradılaraq xərclərin optimallaşdırılması və gəlirlərin artırılması hədəflənir.
Hazırda Heydər Əliyev adına NEZ, “Azərikimya” İB və “SOCAR Polymer” müəssisələri vahid dəyər zənciri üzrə bir-birini xammal ilə təmin edir. Bu müəssisələr arasında şaquli inteqrasiya əsasında güclü sinerji yaradılaraq istehsalat prosesində səmərəliliyin artırılması, fasiləsiz istehsalatın təmin edilməsi, nəticədə SOCAR-ın xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması hədəflənir.
Emal və neft kimya müəssisələrinin vahid mərkəzdən idarə edilməsi, idarəetmədə səmərəliliyi artırmaqla yanaşı, layihələrin daha sürətli icrasına, əməyin təhlükəsizliyinin gücləndirilməsinə, rəqəmsal və innovativ texnologiyaların tətbiqinə, insan kapitalının yüksəlməsinə və əməkdaşların karyera inkişafının təmin edilməsinə zəmin yaradacaq.
2019-cu ilin noyabr ayında da SOCAR-ın Türkiyədəki törəmə müəssisələri olan “Petkim”, “STAR” NEZ, “SOCAR Petrol Ticarət” və “SOCAR Depolama” arasında şaquli inteqrasiyanın təmin edilməsi və güclü sinerjinin yaradılması məqsədilə “Neft-emalı və Neft-kimya Biznes Bölməsi” yaradılıb.
Pandemiya dövrünün çətinliklərinə və qlobal miqyasda təchizat zəncirində baş verən fasilələrə baxmayaraq, “Petkim” və “STAR” NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə hər iki müəssisə fasiləsiz istehsal prosesinə nail olub, rəqabət qabiliyyətini artırıb.
Hazırda “Petkim” və “STAR” NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində “Petkim” əsas xammal ehtiyacı olan yüngül nafta məhsulunu STAR NEZ-dən daha yüksək keyfiyyətdə tam təchiz edir. “STAR” NEZ-dən əvvəl isə “Petkim” yüngül nafta xammalının tamamını xarici ölkələrdən idxal edirdi. Beləliklə, “Petkim” yüngül nafta idxalı üçün sərf etdiyi nəqliyyat və idxal xərclərini tamamən aradan qaldıraraq rəqabət qabiliyyətini, daha keyfiyyətli və stabil yüngül nafta istifadəsi sayəsində isə gəlirlərini artırmağa nail olub.
Eyni zamanda, “Petkim” və “STAR” NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində istehsal prosesi daha səmərəli idarə olunmağa başlanıb. Qeyd edək ki, xammalın idxalı nəticəsində nəqliyyat və digər səbəblərdən yaranan gecikmələr istehsal proseslərinə birbaşa mənfi təsir göstərir ki, bu da məhsulun maya dəyərinin artmasına və hədəf bazarlarda rəqabət qabiliyyətinin azalmasına gətirib çıxarır. Bu hadisə ən çox pandemiya dövründə təchizat zəncirlərində yaranan fasilələrdə özünü bariz bir şəkildə göstərib.
“Petkim” və “STAR” NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində müxtəlif kateqoriyalarda, xüsusilə istehsalat, satınalma, ticarət, texniki xidmət, maliyyə, IT və korporativ xidmətlər sahəsində yaradılan əlavə maliyyə dəyəri 2019-2021-ci illər üzrə təqribən 100 milyon ABŞ dolları təşkil edib.
SOCAR-ın ölkə daxilində fəaliyyət göstərən neft-qaz emalı və neft-kimya müəssisələrinin inteqrasiyalı fəaliyyəti nəticəsində də əhəmiyyətli dərəcədə əlavə maliyyə dəyərinin yaradılması hədəflənir.
Xəbər lenti
Hamısına bax
Gündəm
02 Oktyabr 20:40

Xəbər lenti
02 Oktyabr 20:37

Xəbər lenti
02 Oktyabr 20:35

Xəbər lenti
02 Oktyabr 19:41

Xəbər lenti
02 Oktyabr 18:24

Xəbər lenti
02 Oktyabr 18:11

Xəbər lenti
02 Oktyabr 17:46

Xəbər lenti
02 Oktyabr 16:50

Xəbər lenti
02 Oktyabr 16:35

Xəbər lenti
02 Oktyabr 16:28

Siyasət
02 Oktyabr 16:26

Siyasət
02 Oktyabr 16:20

Xəbər lenti
02 Oktyabr 16:11

Xəbər lenti
02 Oktyabr 16:00

Xəbər lenti
02 Oktyabr 15:46

Xəbər lenti
02 Oktyabr 15:33

Xəbər lenti
02 Oktyabr 15:07

Xəbər lenti
02 Oktyabr 15:05

Xəbər lenti
02 Oktyabr 14:42

Xəbər lenti
02 Oktyabr 14:09

Xəbər lenti
02 Oktyabr 13:48

Xəbər lenti
02 Oktyabr 13:46

Siyasət
02 Oktyabr 13:42

Xəbər lenti
02 Oktyabr 13:39

Xəbər lenti
02 Oktyabr 13:13

Xəbər lenti
02 Oktyabr 13:10

Xəbər lenti
02 Oktyabr 13:08

Xəbər lenti
02 Oktyabr 12:48

Xəbər lenti
02 Oktyabr 12:35

Siyasət
02 Oktyabr 12:12

Xəbər lenti
02 Oktyabr 12:11

Xəbər lenti
02 Oktyabr 11:46

İqtisadiyyat
02 Oktyabr 11:38

Siyasət
02 Oktyabr 11:16

Xəbər lenti
02 Oktyabr 11:11

Xəbər lenti
02 Oktyabr 11:10

Xəbər lenti
02 Oktyabr 10:54

Gündəm
02 Oktyabr 10:51

Gündəm
02 Oktyabr 10:25

Xəbər lenti
02 Oktyabr 10:10

Xəbər lenti
02 Oktyabr 09:48

Xəbər lenti
02 Oktyabr 09:24

Xəbər lenti
02 Oktyabr 09:12

Dünya
01 Oktyabr 19:45

Xəbər lenti
01 Oktyabr 18:06

Xəbər lenti
01 Oktyabr 15:47

Xəbər lenti
01 Oktyabr 15:35

Siyasət
01 Oktyabr 14:29

Xəbər lenti
01 Oktyabr 14:09

Xəbər lenti
01 Oktyabr 13:36

Siyasət
01 Oktyabr 13:35

Gündəm
01 Oktyabr 13:31

Xəbər lenti
01 Oktyabr 11:51

Dünya
01 Oktyabr 11:49

Xəbər lenti
01 Oktyabr 11:16

Xəbər lenti
01 Oktyabr 11:00

Xəbər lenti
01 Oktyabr 10:28

Xəbər lenti
01 Oktyabr 10:20

Xəbər lenti
30 Sentyabr 14:52

Xəbər lenti
30 Sentyabr 12:06

Xəbər lenti
30 Sentyabr 11:59

Xəbər lenti
30 Sentyabr 11:42

Xəbər lenti
30 Sentyabr 11:41

Xəbər lenti
30 Sentyabr 11:36

Xəbər lenti
30 Sentyabr 11:35

Xəbər lenti
30 Sentyabr 11:33

Analitik
30 Sentyabr 11:32

Xarici siyasət
30 Sentyabr 11:30

Ədəbiyyat
30 Sentyabr 11:29

MEDİA
30 Sentyabr 11:27
