Neftin qiyməti necə dəyişəcək?..
16.09.2022 [10:37]
Fərqli proqnozlar
Nicat PAŞA
Hazırda dünyada cərəyan edən geosiyasi proseslərin gedişatından asılı olaraq neftin dünya bazarlarında qiymətində mütəmadi olaraq dəyişikliklərin baş verdiyinə şahidlik edirik. Hadisələrin iqtisadi-siyasi nöqteyi-nəzərdən sürətlə dəyişdiyinə görə müvafiq sahənin araşdırılması ilə məşğul olan ekspertlər iki qütbə bölünüblər. Mütəxəssislərin bir hissəsi neftin qiymətinin enəcəyi qənaətindədirsə, digər qism “qara qızıl”ın yaxın gələcəkdə bahalaşacağından əminlik ifadə edir.
Məsələn, ABŞ-ın iri maliyyə holdinqi olan “JPMorgan Chase & Co.”nun proqnozuna görə, tələb təklifi üstələdiyi, təbii qaz və bərpa olunan enerji mənbələri kimi alternativ enerji daşıyıcıları defisiti qarşılaya bilmədiyindən neft qiymətləri artacaq. Bu barədə “JPMorgan”ın baş neft-qaz analitiki Kristian Malek bildirib. Onun sözlərinə görə, neftin orta qiyməti bir barel üçün 150 ABŞ dollarınadək yüksələ bilər.
Malek bildirib ki, qlobal istehsal artımı istehlak artımından geri qalır. Qlobal neft şirkətləri yeni yataqların işlənməsinə kifayət qədər sərmayə qoymur və bazar Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ölkələrinin tədarükündən həddən artıq asılıdır.
Bununla yanaşı, neftin qiymətinin ucuzlaşacağı ehtimalları da kifayət qədər yüksəkdir.
Deyilənlərdə həqiqət payı varmı? Neftin qiyməti necə dəyişəcək?
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə danışan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, neftin dünya bazarlarında qiyməti yalnız iqtisadi faktorlara deyil, eyni zamanda, siyasi səbəblərlə müəyyənləşir: “Konfliktlər, siyasi dəyişikliklər neftin qiymətinə təsir göstərir. Son zamanlar neftin qiymətində müəyyən azalmalar müşahidə etsək də, qiymət yenə də yüksək olaraq qalmaqdadır. Amma OPEC+ un son iclasında hasilatın azaldılması razılaşdırılmadı, hətta hasilatda mərhələli olaraq müəyyən artımlar həyata keçirildi. Bu da birbaşa olaraq onunla bağlıdır ki, uzun müddət hasilatın azaldılması qiymətlərə kəskin təsir göstərmişdi”.
V.Bayramov bildirib ki, OPEC+ əslində, daha stabil qiymətlərdə maraqlıdır: “Amma burada fərqli ssenarilər var. Rusiya-Ukrayna müharibəsi daha uzunmüddətli dövrü əhatə edərsə və xüsusən nəzərə alsaq ki, Rusiya neftinin Avropaya çıxarılmasındakı məhdudiyyətlər reallaşıb, təbii ki, bu halda qiymətlərdə artımların olması mümkündür. Avropa İttifaqı alternativ mənbələrə üstünlük verməyə çalışır və bu da təbii ki, əvvəlki dövrdə müşahidə edilən qiymət artımlarının sonradan dayanmasına səbəb oldu. Digər tərəfdən, İranla danışıqlar da neft bazarı üçün təsirlidir. Çünki İrana qarşı tətbiq olunan sanksiyaların aradan götürüləcəyi halda neftin qiymətində azalmaların olacağı istisna deyil”.
İqtisadçı ekspert qeyd edib ki, qeyd olunan səbəblərdən çox fərqli ssenarilər və proqnozlar var: “Hətta bəzi proqnozlarda neftin qiymətinin növbəti ilin ikinci yarısında 65 dollara qədər enəcəyi istisna edilmir. Rusiya-Ukrayna müharibəsinin genişlənəcəyi halda neftin qiymətinin artacağı da qeyd olunur. Ona görə də burada artıq iqtisadi səbəblərdən daha çox siyasi səbəblər bazara öz təsirini göstərir. Amma mövcud tələb və təklifi nəzərə alsaq, əslində neftin dünya bazarında qiyməti üçün stabil interval 90 dollar ətrafıdır. Və bu, istehsalçılar və istehlakçılar üçün də məqbul qiymətdir”.
“Növbəti ildə neftin qiymətinin necə dəyişəcəyi məhz qlobal iqtisadiyyatdakı vəziyyətlə yanaşı, həm də siyasi qərarlardan asılı olacaq. Çünki qlobal resessiya davam edir, bu da neftə olan tələbi azaldır. Amma siyasi proseslər, xüsusən də Rusiya-Ukrayna müharibəsi neft bazarına təsir göstərməkdədir”, - deyə V.Bayramov fikirlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxSosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40

