Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Büdcə vəsaitləri hara xərclənəcək?

Büdcə vəsaitləri hara xərclənəcək?

24.09.2022 [10:29]

Mübariz FEYİZLİ

Nazirlər Kabinetinin Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən geniş iclasında Azərbaycan Respublikasının 2023-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2023-cü il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri müzakirə edilib. Bu barədə “Yeni Azərbaycan”a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Xatırladaq ki, bundan əvvəl Maliyyə Nazirliyi  “2023-cü ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədini təqdim edib. Mütərəqqi beynəlxalq praktika nəzərə alınmaqla hazırlanan sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi hədəf və proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini, büdcə qaydasına əsaslanan yeni makro-fiskal çərçivəyə uyğun olaraq icmal və dövlət büdcələrinin layihələrini əhatə edir.

Ölkənin müsbət reallıqları

İclasda vurğulandığı kimi, Prezident İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə 2023-cü ilin dövlət büdcəsinin hazırlanması ilə əlaqədar Hökumətə bir sıra tapşırıqlar vermişdi. Bəhs olunan sənədlər də dövlət başçısının tapşırıqları və hazırkı inkişaf səviyyəsində ölkəmizin müsbət reallıqları nəzərə alınmaqla hazırlanıb. Postpandemiya dövründə milli iqtisadiyyatımızda bərpa prosesi uğurla yekunlaşıb. Cari ilin 8 ayının nəticələri ölkəmizin hazırda öz inkişafını uğurla  davam etdirdiyini təsdiqləyir. İlin əvvəlindən bəri respublikamızda 5,8 faiz iqtisadi artıma nail olunub. Qeyri-neft sektoru üzrə bu göstərici 10,3, qeyri-neft sənayesində isə 9 faiz olub. Ölkənin xarici ticarət dövriyyəsi 35 milyard dollar təşkil edib. Cari ilin əvvəlindən bəri bütün ölkə üzrə böyük investisiya tutumuna malik layihələrin icrası davam etdirilib, eyni zamanda, həssas əhali qrupundan olan insanların gəlir imkanlarının artırılmasını hədəfləyən geniş sosial paketlər reallaşdırılıb. Qeyd olunan istiqamətlərə əlavə vəsaitlərin yönəldilməsinə baxmayaraq, ölkənin strateji valyuta ehtiyatları 2,7 milyard dollar artıb. Qeyd olunduğu kimi, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 56 milyard dollara yaxınlaşıb ki, bu da kifayət qədər böyük rəqəmdir.

Milli iqtisadiyyatımızda müşahidə edilən bu kimi artım göstəriciləri 2023-cü il üzrə dövlət və icmal büdcə layihələrinin, həmçinin sonrakı üç il üçün icmal büdcənin layihələrinin ölkəmizin yeni strateji mərhələ üçün müəyyənləşdidiyi prioritetlərə uyğun hazırlanmasına imkan verib. Aparılan müzakirələrdə 2023-cü il dövlət büdcəsi layihəsi barədə ümumi məlumat verən Baş nazir büdcə gəlirlərinin 30,7 milyard manat, xərclərinin isə 33,3 milyard manat səviyyəsində nəzərdə tutulduğunu diqqətə çatdırıb. Bildirilib ki, büdcə kəsirinin ümumi daxili məhsula nisbəti 2,4 faiz təşkil edir.

Sosial sferanın prioritetliyi

Müzakirələri aparılan sənədlərdə 2023-cü ildə və sonrakı dövrdə Azərbaycanın əsas xərc istiqamətləri müəyyənləşdirilib. Bu xərc istiqamətləri respublikamızın inkişaf prioritetləri ilə adekvatlıq təşkil edir. Azərbaycan sosial dövlətdir. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ölkəmizdə aparılan siyasətin mərkəzində vətəndaşların maraqları dayanır. Respublikamızda əhalinin, o cümlədən də şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Gələn il və sonrakı mərhələ üçün hazırlanan büdcə sənədlərinin layihələrində də Azərbaycanın sosial dövlət konsepti əsas götürülüb. Sosial sferada islahatların davam etdirilməsi, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri cari illə müqayisədə 9,2 faiz çox nəzərdə tutulub. Müzakirələrdə bildirilib ki, əhalinin sağlamlığının qorunması, icbari tibbi sığortası, dərman preparatlarına olan tələbatın ödənilməsi, müayinə, müalicə və reabilitasiyasının həyata keçirilməsi və bu sahənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə növbəti ildə səhiyyə sisteminin təminatına da diqqət artırılacaq.

Orduya yönəldiləcək xərclər

Müharibə şəraitində yaşayan Azərbaycanda ordu quruculuğu həmişə dövlət siyasətinin prioritetləri sırasında olub. Bunun nəticəsidir ki, respublikamız nisbətən qısa zaman kəsiyində güclü Ordu formalaşdırmağa nail olub. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə, hazırda respublikamızın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu siyahısında yer alır. Azərbaycan məhz güclü Ordusunun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində böyük Qələbəyə imza ataraq özünün ərazi bütövlüyünü təmin etdi. Ancaq müharibə başa çatsa da, Ermənistan respublikamıza qarşı təhdidləri davam etdirməkdədir. Son günlərdə Ermənistana məxsus hərbi birləşmələrin iki ölkə arasındakı şərti sərhəddə intensiv təxribatlar törətməsi buna əyani sübutdur. Yaxşı haldır ki, Silahlı Qüvvələrimiz düşmən təx?ibatlarının qarşısını qətiyyətlə alır. Bu kimi səbəblərə görə də Azərbaycan özünün müdafiə qabiliyyətini möhkəmlətməkdə davam edəcək. Layihələrdən göründüyü kimi, ölkəmizin müdafiə potensialının və Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı və hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması hər zaman büdcədə  əsas xərc istiqamətlərindən biri olacaq. Bu istiqamətdə gələn ilin büdcəsində 5,3 milyard manatdan artıq vəsaitin ayrılması  nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 479 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31