Ölkəmizdə antikorrupsiya tədbirləri gücləndirilir
16.07.2011 [14:53]
Son dövrlərdə dünyada gedən qlobal proseslərə baxmayaraq ölkəmizin sabit, dayanıqlı iqtisadi inkişafı sürətlənməkdədir. Qlobal maliyyə-iqtisadi böhran nəticəsində bir çox ölkələrdə resessiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2011-ci ilin ötən 6 ayı ərzində də müşahidə olunub.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışı zamanı bütün bu uğurlarımızın təməlində uzun illər aparılan düşünülmüş iqtisadi siyasətin və islahatların dayandığını, həmçinin, bu inkişafın cari ildə də davam etdiriləcəyinə dair əminliyini ifadə edib: “ölkədə bütün proseslər müsbət istiqamətdə inkişaf edir və bu, bir daha onu göstərir ki, həm bizim seçdiyimiz yol düzgün yoldur, həm də apardığımız siyasət uğurlu inkişafı təmin edir. Xüsusilə indi dünyanın müxtəlif yerlərində yaşanan gərginlik, qarşıdurmalar, müharibələr, maliyyə və iqtisadi böhranlar göstərir ki, düzgün siyasət aparılan zaman bütün sosial və iqtisadi məsələlər uğurla öz həllini tapa bilər”.
Düzgün müəyyənləşdirilmiş iqtisadi siyasət strategiyası, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, neft gəlirlərinin səmərəli idarə edilməsi və valyuta ehtiyatlarının formalaşdırılması, regionların iqtisadi potensialının artırılması, özəl sektor və sahibkarlığa dövlət tərəfindən dəstəyin göstərilməsi istiqamətində işlərin görülməsi nəticəsində ölkə iqtisadiyyatının dayanıqlığı güclənib. Bütün bu göstəricilər hökumətin həyata keçirdiyi sosial-iqtisadi islahatların nəticəsidir. ölkəmizdə gerçəkləşdirilən sosial-iqtisadi islahatların səmərəliliyini artırmaq və şəffaf maliyyə sistemini gücləndirmək məqsədilə korrupsiyanın yayılmasının qarşısının alınması və hüquqpozmaların aradan qaldırılması dövlətin bu yöndə həyata keçirdiyi tədbirlərin başlıca istiqamətlərindən birini təşkil edir.
Məlum olduğu kimi, cari il yanvarın 14-də Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin iqtisadi inkişafına maneə ola bilən bütün neqativ halların aradan qaldırılmasına dair müvafiq tapşırıqlarından sonra bu istiqamətdə mühüm addımlar atılıb. İlk növbədə, dövlət orqanlarında korrupsiya əleyhinə mübarizə gücləndirilib, neqativ halların vaxtında aşkarlanması üçün nəzarət mexanizmi təkmilləşdirilib, “qaynar xətt” sisteminin tətbiqinə başlanılıb. Bir sözlə, fəaliyyətində ciddi nöqsanlara yol verən bir sıra bələdiyyə, polis, təhsil, səhiyyə, ədliyyə, DİN-nin işçilərinə qarşı görülən (cəza və ya inzibati xarakterli) tədbirlər ölkəmizdə korrupsiyaya qarşı mübarizənin hərtərəfli xarakter daşıdığını göstərir.
Prezident İlham Əliyev çıxışı zamanı bir daha rüşvət və korrupsiya hallarına qarşı operativ tədbirlərin görülməsinin vacibliyini, həmçinin, effektiv nəticələrin əldə edilməsinin dövlətimizin inkişaf tempinə müsbət təsir edən amil olduğunu bəyan edib: “ölkəmizdə, ümumiyyətlə, islahatların aparılması və şəffaf maliyyə sisteminin gücləndirilməsi sahəsində böyük işlər görülür. Onların arasında korrupsiya və rüşvətxorluqla mübarizə çox mühüm yer tutur. Bu istiqamətdə çox təsirli addımlar atılmışdır. Bütün sahələrdə çox ciddi mübarizə aparılır. Həm inzibati tədbirlər, cəza tədbirləri tətbiq olunur, eyni zamanda, institusional metodlardan da istifadə etməliyik”.
Eyni zamanda, dövlət başçısı korrupsi
yaya qarşı mübarizədə şəffaflığın artırılması üçün vətəndaşların qəbulunu asanlaşdırmaq, ərizə və şikayətlərə vaxtında və yerində baxmaq, xidmət sahəsində nöqsanlara yol verməmək və göstərilən xidmətin keyfiyyətini artırmaq məqsədilə elektron hökumət prinsiplərinə keçməyin mühüm və effektiv amil ola biləcəyini bildirib. Prezident İlham Əliyev bəyan edib ki, məmur-vətəndaş təmaslarının aradan qaldırılması, qeydiyyat, arayış və müxtəlif məlumatların əldə edilməsində elektron xidmətindən istifadə bu istiqamətdə müsbət nəticələr verəcək.
ümumiyyətlə, ölkəmizdə antikorrupsiya tədbirlərinin genişləndirilməsi və sərtləşdirilməsi bu prosesin kampaniya xarakteri daşımadığını göstərir. Sözsüz ki, şəffaflığın qorunmasına nəzarətin gücləndirilməsi, qanunu pozanlara qarşı cəza sisteminin tətbiqi neqativ halların və eyni zamanda, bu sahədə şikayətlərin azalmasına səbəb olur. Beləliklə, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, korrupsiya və rüşvətxorluqla mübarizənin nəticələri var, nəticələr yaxşıdır.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
04 Dekabr 12:34
Gündəm
04 Dekabr 12:22
Dünya
04 Dekabr 12:10
Gündəm
04 Dekabr 11:56
Gündəm
04 Dekabr 11:45
Siyasət
04 Dekabr 11:30
İqtisadiyyat
04 Dekabr 11:28
İqtisadiyyat
04 Dekabr 11:27
Hadisə
04 Dekabr 11:27
Siyasət
04 Dekabr 11:13
Siyasət
04 Dekabr 10:59
Siyasət
04 Dekabr 10:38
Siyasət
04 Dekabr 10:37
İqtisadiyyat
04 Dekabr 10:36
Siyasət
04 Dekabr 10:28
İqtisadiyyat
04 Dekabr 10:17
MEDİA
04 Dekabr 09:55
Hadisə
04 Dekabr 09:50
Analitik
04 Dekabr 09:38
Siyasət
04 Dekabr 09:15
Analitik
04 Dekabr 08:51
Analitik
04 Dekabr 08:36
Sosial
04 Dekabr 08:13
Dünya
04 Dekabr 08:05
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:04
Dünya
04 Dekabr 08:03
İqtisadiyyat
03 Dekabr 23:14
Dünya
03 Dekabr 22:48
Dünya
03 Dekabr 22:16
Dünya
03 Dekabr 21:54
Dünya
03 Dekabr 21:22
Dünya
03 Dekabr 20:51
İqtisadiyyat
03 Dekabr 20:19
İdman
03 Dekabr 19:45
Sosial
03 Dekabr 19:17
İdman
03 Dekabr 19:07
YAP xəbərləri
03 Dekabr 18:33
Xəbər lenti
03 Dekabr 17:36
Hərbi
03 Dekabr 17:36
YAP xəbərləri
03 Dekabr 17:22
Sosial
03 Dekabr 16:19
YAP xəbərləri
03 Dekabr 15:20
Hadisə
03 Dekabr 15:08
Sosial
03 Dekabr 15:06
Sosial
03 Dekabr 14:02
Xəbər lenti
03 Dekabr 13:38
İqtisadiyyat
03 Dekabr 12:40
Dünya
03 Dekabr 12:29
İdman
03 Dekabr 12:25
Sosial
03 Dekabr 12:23
Gündəm
03 Dekabr 11:59
Siyasət
03 Dekabr 11:45
Siyasət
03 Dekabr 11:40
İqtisadiyyat
03 Dekabr 11:39
Siyasət
03 Dekabr 11:29
Sosial
03 Dekabr 11:16
İqtisadiyyat
03 Dekabr 11:15
İqtisadiyyat
03 Dekabr 11:14
İqtisadiyyat
03 Dekabr 10:57
İqtisadiyyat
03 Dekabr 10:55
İqtisadiyyat
03 Dekabr 10:52
İqtisadiyyat
03 Dekabr 10:35
MEDİA
03 Dekabr 10:18
Analitik
03 Dekabr 09:57
Analitik
03 Dekabr 09:31
Analitik
03 Dekabr 09:16
Analitik
03 Dekabr 08:59
Sosial
03 Dekabr 08:36
Sosial
03 Dekabr 08:12

