Pensiyalar artırılır
07.11.2023 [10:40]
Azərbaycanın Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən dərinməzmunlu sosial siyasəti ardıcıl səciyyə daşıyır. Belə ki, ölkənin iqtisadi və maliyyə imkanları genişləndikcə büdcənin xərc istiqamətində sosial sferaya daha böyük həcmlərdə vəsaitlərin yönəldilməsi təmin edilir. Artıq Milli Məclisdə müzakirələrinə başlanan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində də bu ənənə saxlanılıb. Bəhs olunan büdcə layihəsində sosial xərclərin 1 milyard 34,5 milyon manat artırılması planlaşdırılır ki, bu da insanların maddi rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək.
Sosial sfera ölkənin əsas prioritetlərindən biri kimi
Azərbaycanda yüksək rifah cəmiyyətinin qurulması ölkəmizin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Məlum olduğu kimi, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Minilliyin İnkişaf Məqsədləri Bəyannaməsi elan edilib. 2000-ci ilin sentyabrında Nyu-Yorkda BMT-nin təşkilatçılığı ilə 147 ölkənin dövlət başçısının iştirakı ilə keçirilən Minilliyin sammitində imzalanan sənədə əsasən, ölkələr yoxsulluğun azaldılması məsələlərini özlərinin 2015-ci ilə qədər öhdəlikləri kimi müəyyənləşdiriblər. Bəyannamədə göstərilən vəzifələri həyata keçirmək üçün 18 hədəfi və 48 göstəricini özündə əks etdirən 8 qlobal məqsəd müəyyənləşdirilib. Həmin qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tutur.
Minilliyin Bəyannaməsinə qoşulan bir ölkə kimi Azərbaycan da yoxsulluğun azaldılması istiqamətində davamlı tədbirlər görür. Reallaşdırılan tədbirlər sayəsində ölkəmizdə yoxsulluğun 20 il bundan əvvəlki təxminən 50 faizdən bu gün 5,5 faizə enməsini təmin edib. Ölkəmizdə hazırda işsizlik də cəmi 5 faiz səviyyəsindədir. Bunlar onu göstərir ki, respublikamızda hasil edilən və beynəlxalq bazarlara çıxarılan təbii sərvətlər lazımi qaydada idarə olunub, gəlirlərdən səmərəli şəkildə istifadə edilib. Yoxsulluğun və işsizliyin azaldılması əsas sosial indikatorlar kimi əslində ölkəmizin dayanıqlı inkişafının təzahürüdür.
Ötən 20 ildə dövlət büdcəsinin illik sosial müdafiə və sosial təminat xərcləri 20 dəfədən çox artıb. Ölkədə minimum əməkhaqqı 38 dəfə artırılaraq 345 manata, orta aylıq əməkhaqqı 12 dəfə artaraq 925,3 manata çatdırılıb.
Azərbaycanın sosial siyasətinin ən xarakterik cəhəti ondan ibarətdir ki, ölkəmizdə ədalətli resurs bölgüsü təmin edilir və qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənirlər. Bu siyasətə uyğun olaraq respublikamızda ünvanlı sosial yardım proqramı reallaşdırlır. Əhalinin müvafiq kateqoriyası üçün nəzərdə tutulan ünvanlı sosial yardım proqramı bilavasitə Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2006-cı ildən reallaşdırılır. Həmin ildən ötən dövrdə ünvanlı sosial yardımın hər ailəyə düşən orta aylıq məbləği 11 dəfə artaraq 478 manata çatıb.
Paralel şəkildə müvafiq kateqoriyadan olan ailələrin ünvanlı sosial yardım proqramına əlçatanlığının artırılması istiqamətində tədbirlər görülür. Son olaraq bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin tapşırığına əsasən, aztəminatlı ailələrin ünvanlı sosial yardıma əlçatanlığının artırılması, sosial yardımın təyinatı mexanizminin təkmilləşdirilməsi və yardımın təyin olunma meyarlarının yumşaldılması istiqamətində növbəti addım kimi Nazirlər Kabineti sosial yardımla bağlı Qaydalarda yeni dəyişikliklər edib. Bu dəyişikliklərə əsasən, ailələrin sosial yardım proqramına əlçatanlığı daha da artırılıb.
Bütövlükdə, son beş ildə 4 milyon vətəndaşı əhatə edən 4 sosial islahat paketi icra olunub. Bu islahatlar üzrə ayrılan illik əlavə vəsaitlər 7 mlrd. manata çatıb.
Ənənəvi hal alan artımlar
Azərbaycanda minimum pensiya son 20 ildə 10 dəfə artıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məlumatına görə, 2023-cü il 1 iyul tarixinə ölkədə 1 milyon 96 min nəfər pensiyaçı qeydiyyatda olub. Yəni ölkə əhalisinin 10.8 faizi pensiyaçılardır. Onların 64,1 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,3 faizi isə ailə başçısını itirməyə görə pensiya alır. Əməkhaqları kimi, pensiyalar da davamlı olaraq artırılır. Orta pensiya məbləği ötən ilin uyğun dövrü ilə müqayisədə 18,2 faiz artaraq 435,0 manat olub. Əmək pensiyasının minimum məbləği isə 16,7 faiz artırılaraq 2023-cü ilin 1 fevral tarixindən 280 manat müəyyən edilib.
Pensiyaların artırılması ənənəsinin 2024-cü ildə də davam edəcəyi gözlənilir. Bu günlərdə Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi ilə bağlı geniş müzakirələr aparılıb. Diqqətə çatdırılıb ki, “Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun tələblərinə və digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanıb. Fondun 2024-cü il üçün gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4% çoxdur.
Müzakirələrdə bildirldiyi kimi, orta aylıq əmək haqqının cari ilin sonuna 930 manat təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da gələn ildə pensiyaların orta hesabla 11% artırılmasını təmin etməyə imkan yaradacaq. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Dövlət Sosial Müdafiə Fondunun xərcləri ilə bağlı qeyd edib ki, Fondun gələn ilə proqnozlaşdırılan ümumi xərclərinin 96,6%-ni və ya 6 milyard 681 milyon 580 min manatını əhaliyə ödənişlər təşkil edəcək. Əhaliyə ödənişlər üzrə xərclərin 6 milyard 500 milyon manatı əmək pensiyalarının, 181,6 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin payına düşür. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) xərcləri dövlət büdcəsi xərclərinin təxminən 20 faizinə bərabər olmaqla 1 milyondan çox insana xidmət edir. Layihədə DSMF-nin gəlirlərinin növbəti ildə təxminən 10 faiz artırılması nəzərdə tutulub. Bu təklif isə gələn ildə iqtisadi artımla bağlı gözləntilərə tam uyğundur.
Müzakirələrdə bildirilib ki, əmək pensiyalarının orta aylıq məbləğinin 2024-cü ildə 483 manat olacağı proqnozlaşdırılır. Növbəti ildə yaşa görə pensiyanın orta aylıq məbləğinin cari ildəki 466 manatdan 50 manat artaraq 516 manata, əlilliyə görə pensiyanın orta aylıq məbləğinin cari ilin sonuna gözlənilən 367 manatdan 43 manat artaraq 410 manata, ailə başçısını itirməyə görə pensiyanın orta aylıq məbləğinin isə cari ilin sonuna gözlənilən 407 manatdan 47 manat artaraq 454 manata yüksəlməsi proqnozlaşdırılır. Cari və növbəti illərdə əvəzetmə əmsalı, yəni orta aylıq pensiya məbləğinin orta aylıq əmək haqqı məbləğinə nisbəti müvafiq olaraq 46,8% və 49,3% olmaqla Avropa Sosial Xartiyasının tələblərinə cavab verəcək.
Milli Məclisin iki komitəsinin birgə iclasında daha bir mühüm məqama diqqət çəkilib. Komitə sədri nəzərə çatdırıb ki, “Əmək pensiyaları haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, pensiyaçıların sosial rifahının qorunması məqsədilə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsis edilmiş əmək pensiyaçılarına ödənilən maddi yardımlar 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksləşdirilib.
Veriən məlumata görə, layihədə əmək pensiyalarının maliyyələşdirilməsi üçün 10 faizdən daha çox vəsait nəzərdə tutulub. Yaradılmış sığorta ehtiyatı, onun investisiyaya yönəldilməsi məsələsi ilə bağlı qeyd edilib ki, bu ilin avqust ayından başlayaraq, noyabrın 1-dək 600 milyon manat artıq investisiya kimi yerləşdirilib. Bu investisiyadan gələn gəlirlər pensiya və sosial islahatlara, şəhid ailələrinin, müharibə əlillərinin təminatına və digər sosial məqsədlərə yönəldiləcək.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
29 Noyabr 16:54

Xəbər lenti
29 Noyabr 16:49

Xəbər lenti
29 Noyabr 16:29

Xəbər lenti
29 Noyabr 16:26

Xəbər lenti
29 Noyabr 16:08

Xəbər lenti
29 Noyabr 15:52

Maraqlı
29 Noyabr 15:12

Sosial
29 Noyabr 14:53

Xəbər lenti
29 Noyabr 14:51

Xəbər lenti
29 Noyabr 14:42

Xəbər lenti
29 Noyabr 14:34

İqtisadiyyat
29 Noyabr 14:17

Gündəm
29 Noyabr 14:10

Xəbər lenti
29 Noyabr 13:58

Xəbər lenti
29 Noyabr 13:49

Xəbər lenti
29 Noyabr 13:40

Xəbər lenti
29 Noyabr 13:26

Dünya
29 Noyabr 13:03

Xəbər lenti
29 Noyabr 13:00

Xəbər lenti
29 Noyabr 12:37

Xəbər lenti
29 Noyabr 12:35

Xəbər lenti
29 Noyabr 12:07

Xəbər lenti
29 Noyabr 11:49

Xəbər lenti
29 Noyabr 11:43

Xəbər lenti
29 Noyabr 11:39

Mədəniyyət
29 Noyabr 11:22

Xəbər lenti
29 Noyabr 11:20

Sosial
29 Noyabr 11:16

Xəbər lenti
29 Noyabr 11:15

Analitik
29 Noyabr 11:08

Xarici siyasət
29 Noyabr 11:00

Dünya
29 Noyabr 10:58

Siyasət
29 Noyabr 10:55

Xəbər lenti
29 Noyabr 10:50

Xəbər lenti
29 Noyabr 10:50

Analitik
29 Noyabr 10:44

Siyasət
29 Noyabr 10:40

Xəbər lenti
29 Noyabr 10:38

MEDİA
29 Noyabr 10:35

Siyasət
29 Noyabr 10:31

Xəbər lenti
29 Noyabr 10:28

Gündəm
29 Noyabr 10:21

Xəbər lenti
29 Noyabr 10:16

Siyasət
29 Noyabr 10:10

Gündəm
29 Noyabr 10:00

Maraqlı
29 Noyabr 09:45

Xəbər lenti
29 Noyabr 09:39

Xəbər lenti
29 Noyabr 09:38

Xəbər lenti
29 Noyabr 09:29

Xəbər lenti
29 Noyabr 09:23

Xəbər lenti
28 Noyabr 21:16

Xəbər lenti
28 Noyabr 19:44

Siyasət
28 Noyabr 18:29

Xəbər lenti
28 Noyabr 18:10

Xəbər lenti
28 Noyabr 17:23

Xəbər lenti
28 Noyabr 17:20

Xəbər lenti
28 Noyabr 16:31

Xəbər lenti
28 Noyabr 16:08

Sosial
28 Noyabr 15:39

Xəbər lenti
28 Noyabr 15:33

İqtisadiyyat
28 Noyabr 15:17

Mədəniyyət
28 Noyabr 14:46

Siyasət
28 Noyabr 14:34

Avropa
28 Noyabr 14:27

Dünya
28 Noyabr 14:01

Xəbər lenti
28 Noyabr 13:50

Xəbər lenti
28 Noyabr 13:43

İdman
28 Noyabr 13:14

Xəbər lenti
28 Noyabr 13:13

Xəbər lenti
28 Noyabr 13:12
