Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Tariximiz və adət-ənənələrimizin təbliği...

Tariximiz və adət-ənənələrimizin təbliği...

25.04.2024 [10:47]

Hansı işlər görülməlidir?

Milli adət və ənənələr, onun əsasında formalaşan mənəvi dəyərlər sistemi hər bir xalqın mədəni siması deməkdir. Xalqımız öz adət-ənənələri, yüksək mənəvi dəyərləri ilə dünya xalqları içərisində hər zaman sayılıb-seçilib. Azərbaycan xalqının bu dəyərlərinə hər zaman hörmətlə yanaşılıb. Çünki millətimiz zəngin əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu sübut edən özünəməxsus adət və ənənələri var. Hansı ki, bu adət-ənənələr xalqımızın keçmişi ilə bu günü, eləcə də gələcəyi arasında sarsılmaz mənəvi bağlılığı əks etdirir.

Bu gün milli adət-ənənələrimiz yetişməkdə olan gənc nəslin yaddaşında dərin izlər buraxaraq güclü təsirə malikdir. Məhz adət-ənənələr gənclərin vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Sevindirici haldır ki, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin təbliği istiqamətində ölkədə vətəndaş cəmiyyəti, kütləvi informasiya vasitələri, hətta sıravi vətəndaşlar belə əllərindən gələni edirlər. Çünki dövlətçilik tariximizin, adət-ənənələrimizin, onun reallıqlarının, mənsub olduğu dəyərlərin dünyada tanıdılmasının vacibliyi başa düşülür. Elə bu səbəbdən də müstəqilliyimizi əldə etdiyimiz 30 ildən bir qədər artıq dövr ərzində Azərbaycan tarixi, adət-ənənələri və milli-mənəvi dəyərlərinin dünyada tanıdılmasına nail olub. Azərbaycanın qalib ölkə, regionda lider kimi tanınması və qəbul edilməsi, eləcə də dəyərlərimizə, mənsub olduqlarımıza hörmətlə yanaşılması heç də təsadüfi deyil. Bütün bunlar məhz dövlətçilik tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliği sayəsindədir.

Adət-ənənələlərimizin təbliği daim aktualdır

Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, qeyd olunan məqamlar orta və ali məktəblərdə, ümumiyyətlə, bütün təhsil ocaqlarında da nəzərə alınmalıdır. Ekspert qeyd edib ki, dövlətçilik tariximiz, milli adət-ənənələrimiz, elm və mədəniyyətimiz gənc nəslə tədris edilməli, öyrədilməli, onlar məlumatlandırılmalı, bilikləndirilməlidirlər: “Bu bilik, məlumatlılıq da öz növbəsində bizə məxsus olan dəyərlərin, qədim tarixə malik olan dövlətçilik ənənələrimizin, elm və mədəniyyətimizin, adət-ənənələrimizin təbliğinə əsaslı zəmin yaradır. Eyni zamanda vətəndaşlar özləri belə övladları ilə dövlətçilik tariximiz, adət-ənənələrimiz, elm və mədəniyyətimiz barədə söhbətlər aparmalı, bu ali dəyərləri təbliğ etməlidirlər. Belə bir cəmiyyət də, bu cəmiyyətin təmsil olunduğu dövlət də sarsılmaz olur. Bu baxımdan da dövlətçilik tariximizin, adət-ənənələrimizin, elm və mədəniyyətimizin təbliğinin hər zaman aktual olduğu təkzib edilə bilməz”.

Xalqımızın mənəvi dəyərlərimizə verdiyi önəm...

Ekspertin sözlərinə görə, Azərbaycan cəmi 44 gün ərzində öz gücü, qüdrəti hesabına işğal altında 30 ilə yaxın müddətdə saxlanılan torpaqları azad etdi, mükəmməl qələbəyə, Zəfərə imza atdı: “Çoxlu sayda könüllü bu yolda vətəndaşlıq borcunu hiss etdiyini təsdiq etdi. İstər şəhidlərimiz, istərsə də qazilərimiz təsdiq etdilər ki, bizə məxsus olan ali dəyərlərə cəmiyyətimiz nə qədər böyük önəm verir. Azərbaycan cəmiyyəti öz ali dəyərlərinə, torpaqlarına, dövlətçilik ənənələrinə, ümumiyyətlə, maddi və mənəvi irsinə hörmətlə yanaşdığı üçün 30 il müddətində işğal faktı ilə barışmadı. Şuşa kimi, ölkəmizin mədəniyyət paytaxtının, milli adət-ənənələrimizi özündə əks etdirən mədəniyyət ocağının düşmən tapdağından xilas edilməsi xalqımızın milli və mənəvi dəyərlərinə verdiyi önəmin təcəssümü idi. Bütün bunlar isə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği sayəsində oldu. Dövlətimiz bu istiqamətdə doğru, düzgün iş aparıb və dövlətçilik tariximizin, milli adət-ənənələrimizin təbliğinə xüsusi diqqət ayırıb, qayğı ilə yanaşıb”.

Davamlı təbliğat vacibdir...

N.İsrafilov qeyd edib ki, tarix boyu ermənilər bizə məxsus olanlara sahib çıxmağa çalışıblar: “İstər torpaqlarımızı, istər milli adət-ənənələrimizi, istərsə də elm və mədəniyyətimizi öz adlarına çıxmaq, mənimsəmək üçün hər zaman dəridən-qabıqdan çıxıblar. Bizə məxsus olan ərazilərdə ermənilər tərəfindən tarixi abidələrin saxtalaşdırılması, mədəniyyət abidələrimizin məhv edilməsi, yaşı çox olan qəbirlərin belə dağıdılması məhz həmin məqsəd daşıyıb. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği hər zaman aktual məsələ hesab olunur. Çünki tariximizi, milli adət-ənənələrimizi, elm və mədəniyyətimizi dərindən öyrənməli və təbliğ etməliyik ki, məkrli niyyət güdən düşmənlərin öz məqsədlərinə çatmalarına imkan verməyək. Bunun üçün də dövlətçilik tariximizə, milli adət-ənənələrimizə, elm və mədəniyyətimizə hər zaman sahib çıxmalı, onları davamlı olaraq təbliğ etməliyik”.

Y.SƏLİM

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli

adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 234 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31