Avropanın gender modelinə keçmək istəsək...
26.09.2024 [11:20]
Ailə institutumuzun təməli yerlə-yeksan olar!
Qədim zamanlardan Azərbaycanda qadına hörmətlə yanaşılıb. Buna misal olaraq, birinci dəfə müstəqilliyimiz elan edildikdən sonra hökumətin həyata keçirdiyi tədbirlərdən biri Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquqlar, həmçinin seçkilərdə iştirak etmək hüququnun verilməsini göstərə bilərik. Bu gün də dövlətimiz gender bərabərliyi, qadınların cəmiyyətdə öz yerini tutması üçün çalışır və bütün sahələrdə qadının rolunu vurğulayır.
Gender bərabərliyinə nail olmaq və qadın hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə dövlət milli mexanizmlərin yaradılması ilə yanaşı, bu sahədə QHT-lərin fəaliyyəti üçün də əlverişli şərait yaradıb. Hazırda Azərbaycan Respublikasında qadın problemləri ilə məşğul olan çoxsaylı QHT-lər mövcuddur. Yerli və beynəlxalq QHT-lər gender bərabərliyinin təmin olunması və qadınların vəziyyətinin yaxşılaşdırılması istiqamətində həm qanunvericilik aktlarının, həm də inzibati tədbirlərin hazırlanması və həyata keçirilməsinə fəal cəlb edilir. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz növbəsində yerli və beynəlxalq QHT-lərlə sıx əməkdaşlıq edir.
Ölkəmizdə gender bərabərliyi tamhüquqludur
Mövzu barədə “Yeni Azərbaycan”a danışan sosioloq Sahib Altay bildirib ki, Azərbaycanda ictimai həyatın siyasi sferalarında qadın və kişilərin hüquq bərabərliyi təmin edilir: “Ölkəmizdə gender bərabərliyini pozan, qadınlara qarşı ayrı-seçkiliyə səbəb olan qanun mövcud deyil. Azərbaycan dünyəvi və hüquqi dövlətdir. Dövlət müstəqilliyimiz bərpa edildikdən sonra ilk illər xalqımız üçün ağır keçsə də, Azərbaycan inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gender bərabərliyinin qorunması üçün ciddi addımlar atılıb, vacib istiqamətlər müəyyənləşdirilib. İndi ölkəmizin idarəçilik sistemində qadınların böyük pay sahibi olduğu açıq-aşkardır. Hazırda Azərbaycanda qadınlar dövlət və özünüidaretmə orqanlarında, eləcə də özəl sektorda yüksək vəzifələrə sahibdirlər. Vətəndaş cəmiyyətlərində, idman yarışlarında, beynəlxalq turnirlərdə də qadınların rolunu danmaq olmaz. Bir sözlə, Azərbaycan hüquqi və dünyəvi dövlət kimi inkişaf etməkdədir və ölkəmizdə gender bərabərliyi tamhüquqludur. Xanımların müxtəlif qurumlarda təmsil olunmaları, rəhbər vəzifələrdə çalışmaları Azərbaycanda gender balansının qorunduğunu təsdiq edir. Ölkədə məqsədyönlü şəkildə gender siyasəti aparılır və gender balansının tarazlaşdırılması dövlətin diqqət mərkəzindədir. Sözsüz ki, dövlətin və cəmiyyətin idarə olunmasında qadınların rolunun artırılması vacib məsələlərdəndir”.
Kişilər bərabər ailə modelinə üstünlük verirlər
Ekspertin sözlərinə görə, ailə modelləri cəmiyyətin özünün yaratdığı qanunlar çərçivəsində idarə olunur: “Cəmiyyət bunu yaradırdı, idarə edirdi, nəzarət və dəstək mexanizmi mövcud idi. Bunlar bir-birilərinə nəzarət edib idarə edirdilər və ailələrdə bugünkü problemlər ortaya çıxmır, uşaqlar da nəzarətdən kənarda qalmırdı. İndi o böyük icmaların aradan qalxması hazırda problemlər yaradır. Əvvəlki ailələrdə qohumlar bir-birilərinə dəstək verirdilər.
Kişilər arasında sorğu keçirərkən onların fikirlərindən belə çıxdı ki, kişilər daha çox bərabər ailə modelinə üstünlük verirlər. Amma bu bərabərliyin özündə olan yanlışlıq isə ondan ibarət idi ki, onlar qadının hər hansı bir hərəkətini itaətdənqaçma kimi qiymətləndirirdilər. Yəni şüurlarda bərabərliyi normal qəbul etsələr də, qadının rolunu və obrazını itaətkar kimi görürlər. Sonda isə qərarları özləri qəbul edirlər”.
Ailə institutumuzu dağıtmaq məqsədi...
Sosioloq qeyd edib ki, Azərbaycan cəmiyyətində qadın hüquqları xüsusilə 20-ci əsrdən etibarən yeni müstəviyə qədəm qoyub: “Təsadüfi deyil ki, Avropa cəmiyyətlərindən əvvəl məhz Azərbaycanda qadınlara seçki hüququ verilib. Yəni bunu qəfil qəbul edilən qərar kimi səciyyələndirmək olmaz. Bu, Azərbaycan cəmiyyətində qadına göstərilən qayğı və diqqətin məntiqi yekunu idi. Hazırda mövcud gender bərabərliyi modeli Avropanın təqdim etdiyi modeldən fərqli olsa da, Azərbaycan əxlaqının, milli mənliyinin və ailə institutunun üzərində qurulub. Əgər biz bu modeli zorakı şəkildə Avropa modeli müstəvisinə keçirmək istəsək, Azərbaycan ailələri və ailə institutunun təməli yerlə-yeksan olar. Bu, kifayət qədər həssas məsələdir. Aydındır ki, Qərb cəmiyyəti Azərbaycan cəmiyyətinin şüuruna və ictimai həyatına bu düşüncəni yeritməklə xalqımızın qayğısına qalmır. Bu, sadəcə olaraq, Azərbaycan xalqının təməlində dayanan və tarixin bütün keşməkeşlərindən bizi üzüağ çıxaran ənənəvi ailə institutunu dağıtmaq məqsədi daşıyır”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

