Özümüzü tərbiyə etməliyik...
27.09.2024 [10:07]
Uşaqların mənəvi inkişafının formalaşmasında yol verilən səhvlər
Ölkəmizdə bütün sahələrdə olduğu kimi, uşaq və gənclərin fiziki-mənəvi inkişafına da xüsusi diqqət var. Bəllidir ki, uşaqlara təlim- tərbiyənin düzgün verilməsi onların şəxsiyyət kimi formalaşmasında başlıca amildir. Respublikamızda uşaq və gənclərin mənəvi- əxlaqi inkişafının yüksək səviyyədə olması üçün mütəmadi olaraq müxtəlif tədbirlərin həyata keçirilməsi bir ənənəyə çevrilib. Bu məsuliyyətli işdə mədəniyyət ocaqlarının, teatrların, muzeylərin, kitabxanaların, radio və televiziya kanallarının, bütün kütləvi informasiya vasitələrinin imkanlarından kifayət qədər istifadə olunur.
Etiraf edək ki, uşaqların mənəvi inkişafında müəllim və valideynlər əhəmiyyətli rola malikdirlər. Mütəxəssislər hesab edir ki, övladı ilə əlaqələrinin yaxşı olmasını istəyən valideynlər arada olan hörməti, güvəni qorumaq üçün onları yersiz tənqid etməməlidir. Bir sözlə, valideyn övladı ilə ilk növbədə dost olmalıdır. Onlar elə situasiya yaratmalıdır ki, övlad ana və atadan çəkinməsin, hər şeyi açıq şəkildə onlara danışsın, heç nə gizlətməsin. Bu cür hallarda uşaqların mənəvi inkişafı, onların bir şəxsiyyət kimi formalaşması kifayət qədər yüksək səviyyədə davam edəcək.
Ancaq psixoloqların əksəriyyəti düşünür ki, uşaqların tərbiyəsi, onların mənəvi cəhətdən zəngin inkişafı üçün müəllim və valideynlər birgə səy göstərməlidirlər. Məktəbdə olan təlim-tərbiyə evdə də davam etdirilməlidir. Mütəxəssislər adətən uşaqların öz yaşına uyğun olmayan informasiyaları almasını, onlara hədsiz məsuliyyətlərin yüklənməsini tamamilə yanlış hesab edirlər. Onların fikrincə, belə hallar uşaq və gənclərin inkişafına, onların uğur qazanmasına səbəb olmur. Əksinə, onların istər tədris prosesində, istərsə də hər hansı bir idman sahəsində uğursuzluğuna şərait yaradır.
Uşaqları rəqib kimi yarışdırırlar...
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən psixoloq Aytən Ələkbərovanın sözlərinə görə, bu gün uşaqlara demək olar ki, hər bir mövzu barədə məlumat verilir, onlara hər şey öyrədilir. Psixoloq təəssüf hissi ilə bildirir ki, bəzən sanki müəllimlər və valideynlər uşaqlar arasında rəqabət hissi yaratmağa çalışır, uşaqları rəqib kimi yarışdırırlar: “Onları müxtəlif xidmətlərə yazdırır, daha çox elmi nailiyyət əldə etsinlər deyə çalışırlar. Uşaqlara erkən yaşlarından daha tez və daha çox bilgilər öyrədilir. Amma bunları edərkən hər zaman bir şeyi unudurlar-mənəvi inkişafı... Uşaqların mənəvi inkişafı bu gün valideynlərin nəzərə aldıqlarından, narahat olduqlarından və önəmli saydıqları məqamlardan qat-qat vacibdir. Səbəb budur ki, uşaq hansı peşə sahibi olursa olsun, mütləq həmin peşədə vicdanlı, iş əxlaqı olan, insanlara faydalı və mənəvi keyfiyyətləri zəngin insan olmalıdır”.
Müəllim və valideynlərin birgə səyi
Psixoloq bildirib ki, buna görə də uşaqlara mütləq mənəvi keyfiyyətlər aşılanmalı və onlara dostluq, barış, sevgi, sədaqət, mehriban və gözəl vətəndaş olmaq kimi duyğular aşılanmalıdır: “Hər bir uşağa artıq özünü dərk edəndən, hətta iki-üç yaşından etibarən mütləq bu keyfiyyətlər ötürülməlidir. Burada həm valideynlərin, həm də müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Çünki məktəbdə verilən tərbiyə evdə davam etməlidir”.
“Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”
A.Ələkbərovanın sözlərinə görə, uşaqlara mənəvi keyfiyyətlərin aşılanmasının ən yaxşı yolu onlara nümunə olmaqdır: “Çünki uşaqlar deyilənlərdən çox, gördüklərini daha tez qavrayırlar. Belə bir atalar sözümüz var, “yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Bu, çox yerində deyilmiş bir misaldır. Ona görə də bütün valideynlər həmin məqama xüsusi diqqət yetirməlidirlər. Məsələn, valideyn evdə uşağın yanında yalan danışdıqdan sonra ona “yalan danışma” deyə bilməz. Sinifdə isə müəllim hər hansı bir yanlış hərəkət edib, uşaqdan onun əksini istəyə bilməz. Əgər uşaqlarımızın mənəvi keyfiyyətlərinin yüksək olmasını istəyiriksə, mütləq şəkildə özümüzdəki davranışlara xüsusi diqqət yetirməliyik. Çünki uşaqlar mənəvi keyfiyyətləri görüb-götürürlər. Nəticə etibarilə onlarda mənəvi keyifyyətləri inkişaf etdirərək düzgün tərbiyə etmək istəyiriksə, ilk olaraq özümüzü tərbiyə etməliyik”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

