Milli maraqlarımızın qorunması üçün...
03.10.2024 [11:42]
Vətəndaş cəmiyyəti institutları nə etməlidir?
Dövlət iradəsini xalqdan alır. İstənilən bir ölkənin hərtərəfli inkişafı üçün əsas məqamlardan biri həm ictimai, həm də dövlət maraqlarının xalq tərəfindən müdafiə olunmasıdır. Çünki hər bir dövlət xalqın iradəsinə söykənərək onun milli maraqları üçün çalışır və buna uyğun siyasət həyata keçirir.
Azərbaycan bu sahədə uğurlu addımlar atıb. Müxtəlif zamanlarda ictimai maraqların dövlət maraqları ilə üst-üstə düşməsinin şahidi olmuşuq. Xalqımız hər zaman əl-ələ verərək bir yumruq halında birləşib, əzmlə mübarizə aparıb. Bütün bunların sayəsində müxtəlif, bir o qədər də böyük və şanlı qələbələrə imza atmışıq.
Mövzunu “Yeni Azərbaycan”a şərh edən politoloq İlyas Hüseynovun sözlərinə görə, ictimai və dövlət maraqlarının müdafiəsi cəmiyyətin əsas meyarı olmalıdır. Ekspert bunu hər bir vətəndaşın qarşısında duran mühüm vəzifələrdən biri adlandırıb: “Yəni hər bir vətəndaş kimliyindən asılı olmayaraq, dövlətin, ictimaiyyətin maraqlarına xidmət etməyə borcludur. Vətəndaşın ilk məqsədi dövlətin və dövlətçiliyin möhkəmlənməsinə çalışmaq olmalıdır. Bu gün dünyada baş verən siyasi-iqtisadi proseslər, geosiyasi dəyişikliklər, qloballaşma kimi amillər dövlət və ictimai maraqların mahiyyəti və təmin olunması ilə bağlı ortaya real çağırışlar qoyur. Dövlət və ictimai maraqlar arasında qarşılıqlı münasibət və ya bunların hansının daha üstün olması ilə bağlı fərqli siyasi düşüncələr, yanaşmalar var”.
“Canlı orqanizm” halında çalışmalıyıq...
İ.Hüseynovun sözlərinə görə, dövlət o vaxt dərin və sürətli inkişafla irəliləyir ki, burada xalqın dövlət maraqları ilə ictimai maraqları üst - üstə düşür: “Dövlətin milli maraqlarına söykənən siyasəti həm diplomatik meydanda, həm də hərb meydanında öz uğurlu nəticəsini verdi. Hər bir vətəndaş Vətən müharibəsi zamanı bir əsgər idi. Yaşından, cinsindən, irqindən asılı olmayaraq, özünü azərbaycanlı sayan hər kəs bir əsgərə dönərək, Vətənin qorunması üçün əlindən gələni etdi və bu gün dünyanın ən qürurlu xalqlarından birinə çevrildik. Təbii olaraq vətəndaşın mənafeyinin müdafiə olunması, onun maraqları üçün çalışmaq dövlətin bir nömrəli vəzifələrindən biridir. Bu mənada Azərbaycan hazırda sosial dövlət kimi bu siyasəti də uğurla aparmaqdadır.
Təbii ki, problemlər də var. Lakin bu problemlərin həll edilməsi üçün dövlətlə bərabər vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları, ictimai və digər icmalar, bələdiyyələr fəal şəkildə çalışmalı və dövlət maraqlarının müdafiəsi üçün vacib layihələri də icra etməlidirlər. Bu mənada siyasi birliyin vəhdətində çox böyük uğurlar qazandıq. Vətən müharibəsindən keçən bu dövr ərzində hətta siyasi partiyalar da vacib anlarda dövlətin maraqları çərçivəsində birləşdilər və öz siyasətlərini yalnız dövlətin uğuru üçün ortaya qoydular. Eyni anda qeyri-hökümət təşkilatları və vətəndaş cəmiyyəti də öz töhfələrini bu inkişafa vermiş oldular”.
Vətəndaş cəmiyyəti institutlarının üzərinə böyük iş düşür
İ.Hüseynov vurğulayıb ki, ictimai maraqlarımızın qorunmasında QHT-lərin və vətəndaş cəmiyyəti institutlarının üzərinə də böyük iş düşür: “İctimai maraq dedikdə cəmiyyəti narahat edən aktual məsələlərin həlli, əhalinin haqq və hüquqları, o cümlədən sosial, iqtisadi hüquqlar, xüsusən isə insan hüquq və azadlıqlarının, ətraf-mühitin qorunması kimi başa düşürük. Bu zaman vətəndaş cəmiyyəti institutları aktual hesab edilən məsələlərin qorunmasında tarazlığı bərpa edə bilər”.
İnkişaf yolunda birlikdə irəliləməliyik!
Politoloq qeyd edib ki, bu gün hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, o, qürurlu, müzəffər, şanlı ordusu olan, iqtisadiyyatı inkişaf etmiş dövlətin vətəndaşıdır: “Bu baxımdan ölkəmizin gələcəkdə də hərtərəfli inkişafında hər birimizin üzərinə düşən vəzifələr aydındır. Hər zaman olduğu kimi biz bir xalq olaraq bu gündən sonra da bütün problemləri birlikdə həll etməli və birlikdə inkişaf yolunda düzgün irəliləməliyik.”
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23

