Uşaqların mənəvi inkişafı...
18.01.2025 [09:17]
Ailə və məktəbəqədər müəssisələrin təsirləri
Uşaqların ilkin olaraq sosiallaşması ailədə həyata keçirilir və onun şəxsiyyət kimi formalaşmasının əsası qoyulur. Ailə uşaqda nizam-intizam və davranış qaydalarının formalaşmasında mühüm amildir. Valideynlər uşağa davranış qaydalarını təşviq etmək, pisləmək, habelə cəza tətbiq etməklə və ya davranışda məqbul dərəcədə sərbəstliyə icazə verməklə təsir göstərirlər. Uşağın idrak və yaradıcılıq fəaliyyətinin təşviqi, uğurlarının tanınması onda intellektual və yaradıcılıq qabiliyyətinin inkişafına kömək edir.
Məlumdur ki, uşağın inkişafı, eyni zamanda, ailədə ünsiyyətin necə təşkil olunmasından asılıdır. Şəxsiyyətlərarası münasibətləri anlamaq və dərk etmək uşaq üçün vacib məsələ hesab edilir. Uşaqlarda əxlaqi, iradi, estetik və s. keyfiyyətlər tərbiyə olunur , “yaxşı - pis”, “xeyir - şər”, “gözəl - çirkin”, “doğru - yalan” anlayışları, utanma hissi, ikrah hissi formalaşır. Uşaqlarda ictimai münasibət və ünsiyyət qaydaları formalaşır, ictimai davranış qaydaları və qadağaları başa düşürlər.
Uşaqların mənəvi inkişafı üçün əsas komponentlərdən biri
Mövzu barədə “Yeni Azərbaycan”a açıqlama verən psixoloq Aytən Ələkbərova bildirib ki, uşaqların sosiallaşmasında onları əhatə edən insanların təsiri böyükdür. Onun sözlərinə görə, uşaqlar adətən, təqlid etməyə, davranışları mənimsəməyə meyillidirlər: “Onların sosiallaşması bununla məhdudlaşmır. Məktəbəqədər yaşlı uşaqlar böyüklərin həyatı ilə bir çox cəhətdən - müşahidə etməklə, dinlədikləri nağıllar, şeirlər vasitəsilə tanış olurlar. Onun üçün nümunə başqalarının sevgisini, hörmətini qazanan insanların davranışıdır. Həmyaşıdlarının da davranışı uşaq üçün nümunə ola bilər. Müasir uşaqlar üçün 6-7 yaşa qədər məktəbəqədər uşaqlıq dövrü başa çatır. Ümid edək ki, əsas vəzifələrdən biri yerinə yetirilib - uşağın inkişaf edən şəxsiyyətində zəruri bilik və bacarıqlarla yanaşı, humanist, insani dəyərlər də yer alır. Bütün bunlar isə uşaqların mənəvi inkişafı üçün əsas komponentlərdən biridir”.
Valideynlərin diqqətli olması vacibdir...
Psixoloq ailə sistemində baş verənlərin uşağın emosional vəziyyətinə və inkişafına təsirləri ilə bağlı məqama da toxunub. O, qeyd edib ki, uşağın emosional vəziyyətinə, ümumiyyətlə, ailədəki münasibətlər, xüsusən də uşağın ailə üzvləri ilə münasibəti təsir göstərir: “Uşaq emosional reaksiyaları valideynlərindən və ailə üzvlərindən öyrənir. Yəni uşaqlar böyüklərdən ətrafdakı insanlarla qarşılıqlı əlaqənin əsas nümunələrini öyrənirlər. Uşaqların stressdən və gərginlikdən uzaq durmaları da mühüm məsələ kimi dəyərləndirilir. “Emosional stress” qeyri-spesifik adaptiv gərginlikdir və bədənin xarici mühitinin patogen təsirinə reaksiyaları, həddindən artıq güc və ya mənfi müddətlə vasitəçilik edən amildir. Bu amillərin hər biri də uşaqların mənəvi inkişafına təsirsiz ötüşmür. Ona görə də valideynlərin diqqətli olması vacibdir”.
Məktəbəqədər müəssisələrin də rolu böyükdür
A.Ələkbərova qeyd edib ki, ailə ilə yanaşı, məktəbəqədər müəssisələr də uşaqların əqli, fiziki, mənəvi, sosial-emosional inkişafında əhəmiyyətli rol oynayır: “İlk növbədə onların sosiallaşmasını təmin edir. Uşağın öz ailəsi xaricində güvənli bir mühitdə sosiallaşması olduqca vacibdir. Məktəbəqədər müəssisədə, xüsusilə ailənin tək övladı olan uşaqların həmyaşıdları ilə eyni şəraitdə paylaşmağı öyrənmələri asanlaşır. Beləliklə, uşaqlar dinləmək, hörmət etmək və kollektiv fəaliyyət göstərmək kimi təməl prinsipləri erkən yaşda qavraya bilirlər.
Məktəbəqədər yaş dövrünün sonunda uşaqların hissləri və təcrübələri daha mürəkkəb və fərqli olur. Emosionallığı və təəssürat qabiliyyətini qoruyub saxlayaraq, əvvəlki sadəlövhlük və inandırıcılıq artıq mövcud deyil. Özünənəzarət, özünütənqid, öhdəliklərin artması, günahkarlıq hissləri, ədalət, gözəl və çirkin kimi ifadələri anlamağa başlayırlar. Uşaqla münasibətlərdə böyüklər incə şəkildə emosional təsir formalarını seçməlidirlər. Uşağa emosiyaların müsbət və mənfi təsir formaları kortəbii olaraq yaranmamalı, bir növ ünsiyyət texnikasına çevrilməlidir. Burada əsas fon müsbət emosiyalardır və günahlandırma forması kimi istifadə olunur. Məktəbəqədər yaşlı uşağın şəxsiyyətinin inkişafında həmyaşıdları ilə ünsiyyətin ona göstərdiyi təsirin mühüm rolu var. Məktəbəqədər yaşlı uşağın sosial-emosional inkişafı ilə bağlı bir məqamı da vurğulayım ki, insanın dünyaya qayğı ilə baxmaq qabiliyyəti, xoşbəxt olmaq bacarığı məhz mənəvi keyfiyyətlərin aşılanması üçün mühüm məsələdir. Bu istiqamətdə ailə və məktəbəqədər müəssisə bir-biri ilə qarşılıqlı vəhdətdə prosesləri yerinə yetirməlidirlər”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına bax
Sosial
07 Fevral 23:42

Sosial
07 Fevral 23:37

Dünya
07 Fevral 23:18

Elm
07 Fevral 22:57

Dünya
07 Fevral 22:35

Sosial
07 Fevral 22:12

Dünya
07 Fevral 21:48

Sosial
07 Fevral 21:36

Dünya
07 Fevral 21:16

Dünya
07 Fevral 20:59

Hadisə
07 Fevral 20:38

Gündəm
07 Fevral 20:32

Sosial
07 Fevral 20:13

Dünya
07 Fevral 19:55

İqtisadiyyat
07 Fevral 19:32

Sosial
07 Fevral 19:11

Siyasət
07 Fevral 18:39

Sosial
07 Fevral 18:26

İdman
07 Fevral 17:54

Dünya
07 Fevral 17:37

Elm
07 Fevral 17:23

Dünya
07 Fevral 16:43

Siyasət
07 Fevral 16:21

YAP xəbərləri
07 Fevral 16:11

Siyasət
07 Fevral 16:10

YAP xəbərləri
07 Fevral 16:09

YAP xəbərləri
07 Fevral 16:07

Gündəm
07 Fevral 15:42

İdman
07 Fevral 15:29

İdman
07 Fevral 14:46

Dünya
07 Fevral 14:45

Sosial
07 Fevral 14:02

Gündəm
07 Fevral 13:32

Siyasət
07 Fevral 12:31

Sosial
07 Fevral 12:06

Hadisə
07 Fevral 12:00

Sosial
07 Fevral 11:09

İqtisadiyyat
07 Fevral 10:58

İqtisadiyyat
07 Fevral 10:53

Sosial
07 Fevral 10:33

Siyasət
07 Fevral 10:33

Sosial
07 Fevral 10:33

Sosial
07 Fevral 10:32

Xəbər lenti
07 Fevral 10:30

Siyasət
07 Fevral 10:21

Analitik
07 Fevral 10:12

Analitik
07 Fevral 09:56

Dünya
07 Fevral 09:43

Dünya
07 Fevral 09:24

Ədəbiyyat
07 Fevral 09:10

Gündəm
07 Fevral 09:00

Sosial
07 Fevral 08:57

MEDİA
07 Fevral 08:45

Sosial
07 Fevral 08:33

Dünya
06 Fevral 23:57

Dünya
06 Fevral 23:39

İqtisadiyyat
06 Fevral 23:15

Hadisə
06 Fevral 22:54

Dünya
06 Fevral 22:37

İdman
06 Fevral 22:13

Turizm
06 Fevral 21:50

Hərbi
06 Fevral 21:32

Xəbər lenti
06 Fevral 21:18

Sosial
06 Fevral 20:55

Dünya
06 Fevral 20:55

Elm
06 Fevral 20:37

Dünya
06 Fevral 20:12

İdman
06 Fevral 19:56

Dünya
06 Fevral 19:35

Dünya
06 Fevral 19:14
