Regionlara investisiya cəlb edilməsi prioritetdir
07.04.2022 [10:10]
Yeni qanun layihəsi regionlarda iqtisadi inkişafı sürətləndirən amil kimi
Bu gün regionlarımızın inkişafını şərtləndirən əsas amil odur ki, onlar ölkənin ümumilikdə həyata keçirilən sosial-iqtisadi inkişafı strategiyasından təcrid edilmir. Azərbaycanda regionların inkişafına ölkənin davamlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi baxılır. Məhz bu yanaşmanın nəticəsində regionların inkişafı üzrə ayrıca dövlət proqramları hazırlanaraq icra edilir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar davamlı olaraq, bir-birinin ardınca həyata keçirilməkdədir. Hazırda regionların inkişafı üzrə sayca 4-cü dövlət proqramı icra edilir.
Günel QABİLQIZI
İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın əsas məqsədi regionların, o cümlədən kənd yerlərinin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlərin növbəti illərdə də davam etdirilməsi, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, yerlərdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir.
Hazırda regional inkişaf prosesi uğurla davam etdirilir. Regionların inkişafı üçün maliyyə vəsaitləri yalnız dövlət proqramları çərçivəsində ayrılmır. 2004-cü ildən sonra regionların sosial-iqtisadi inkişaf layihələrinə 4,5 milyard manatdan çox vəsait yönəldilib. Lakin bununla bərabər Prezidentin sərəncamları ilə rayon və şəhərlərin inkişafına da milyon manatlarla vəsait ayrılıb ki, bu vəsaitlərin ayrılması da regionların sosial inkişafında mühüm rol oynayıb.
Regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilmiş, insan amili daim diqqət mərkəzində saxlanılmış, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüşdür. Təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açıb.
Ölkəmizin şəhər və rayonlarının davamlı və tarazlı inkişafının təmin olunması məqsədilə qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində şəhər, qəsəbə və kəndlərimizin siması köklü şəkildə dəyişmiş, regionların iqtisadi potensialı artmış, infrastruktur təminatı, əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.
Bu mənada yeni qəbul olunmuş investisiya haqqında qanun layihəsi regionlarda iqtisadi inkişafı sürətləndirən amil kimi dəyərləndirilə bilər. Milli Məclisin Deputatı Vüqar Bayramov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, investisiya fəaliyyəti haqqında qanunun məqsədi həm yerli, həm də xarici investisiyanı təşviq etməkdən ibarətdir: “Nəzərə alsaq ki, bu qanun layihəsi xarici sərmayənin cəlb edilməsini də nəzərdə tutur. Bu baxımdan, belə bir qanun layihəsinin qəbuluna ehtiyac var idi. Bir sıra ölkələr, o cümlədən Cənubi Koreya və Avropa ölkələrinin təcrübəsini nəzərə alaraq xarici investisiya haqqında ayrıca qanun qəbul edilməlidir. Güman edirəm ki, gələcəkdə bu məsələyə də baxıla bilər. Xüsusən də xarici investisiyanı cəlb etməyi prioritet hesab edən ölkələrdə bu qanun ayrıca qəbul edilir. Oxşar praktikanın Azərbaycanda da tətbiqi məqsədəuyğun olardı”.
Onun sözlərinə görə, qanun bütövlükdə investisiyanın cəlb edilməsini və müdafiəsini özündə ehtiva edir: “Burada mülkiyyət hüququnun qorunması ilə bağlı konkret mexanizm təklif olunur, əsas məqsəd də sərmayənin qorunmasından ibarətdir. Qanunla nəzərdə tutulan maddələr və istiqamətlərə uyğun olaraq xarici investisiya ilə bağlı işlər sürətləndiriləcək. Bu gün rayonlara investisiya cəlb edilməsi prioritetdir. Ancaq investisiyanın cəlb olunmasında əhəmiyyətli hissə Bakıya düşür. Ona görə də sərmayənin bölgələrdə cəlb edilməsi, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərin dərinləşdirilməsi vacib idi. Bu kontekstdən qanunun qəbul edilməsi regionlarda investisiyaya şərait yarada bilər”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19

