Dövlətin təmin etdiyi azad bazar institutu
08.04.2022 [10:36]
İqtisadi inkişafın Azərbaycan modeli uğurla nəticələnir
Günel ABBAS
Hər bir ölkənin iqtisadi tərəqqisində onun azad biznes və sahibkarlıq mühitinin vəziyyəti vacib rol oynayır. Bazar iqtisadiyyatının əsas prinsiplərindən olan azad biznes və özəl sektora dövlət dəstəyi faktorları ümumi inkişafın göstəricisinə çevrilir. Dövlətin təmin etdiyi azad bazar institutu ölkədə sahibkarlığın inkişafını stimullaşdırır, ona geniş meydan verir. Eyni zamanda, ölkədəki xarici sərmayəçilərə yaradılan mühitin şəffaflıq dərəcəsi iqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri hesab olunur. Bu mənada bazar iqtisadiyyatını əsas istiqamət seçən Azərbaycan hökumətinin biznes mühiti ilə bağlı həyata keçirdiyi tədbirlər böyük əhəmiyyət daşıyır.
İqtisadi inkişafın Azərbaycan modeli uğurla nəticələnir, aydın perspektivlərlə səciyyələnir. Hazırda ölkəmizdə yeni iqtisadi meyarlara uyğun islahatlar aparılır və dövlət-biznes münasibətləri müasir müstəvidə qurulmaqdadır. Bu tədbirlərin nəticəsi kimi sahibkarlar üçün lisenziyaların verilməsi, qrant müqavilələrinin alınmasının elektron qaydada aparılması, bu sahədə müvafiq rüsum və ödənişlərin elektronlaşdırılması həyata keçirilməkdədir. Yeni xidmətlər dövlət strukturlarının sahibkarlıq sektoruna müdaxiləsinə imkan vermir. Elektron xidmətlərin çeşidinin artırılmasında da məqsəd sahibkarlıq sektorunda şəffaf mexanizmlərin tətbiqinin genişləndirilməsidir.
Azərbaycanda sahibkarlıq istiqamətində müstəqillikdən bəri müxtəlif yönümlü addımlar atılıb, bir sıra layihələr həyata keçirilib. Bu layihələrin tərkibində kənd təsərrüfatı fermerleri üçün subsidiyaların, sahibkarlara güzəştli kreditlərin verilməsi, pay torpaqlarının ayrılması, onların fəaliyyətinin genişləndirilməsi və s. müəyyən dəstəkverici fəaliyyətlər olub.
Milli Məclisin deputatı Elnur Allahverdiyev “Yeni Azərbaycan”a açıqlamasında dövlətin sahibkara verdiyi nümunəvi dəstəkdən danışıb. Bildirib ki, azad sahibkarlığın durumu və inkişafını ölkəmizdə hökumət tərəfindən son illər ərzində həyata keçirilən köklü iqtisadi islahatlar müəyyən edir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə xüsusilə pandemiya dövründə həyata keçirilən tədbirlər inqilabi xarakter daşıyır və özəl sektorun gələcək inkişafında, keçəcəyi yolda bir növ mayak rolunu oynayır. Düşünürəm ki, vergi və gömrük sistemində reallaşdırılan şəffaflaşdırma tədbirləri həm ümumən milli iqtisadiyyatımıza, həm də sahibkar-dövlət münasibətlərinə olduqca müsbət təsir göstərib”.
Onun sözlərinə görə, dövlət azad sahibkarlığın ayaqüstə durmasına, fəaliyyətini genişləndirməsinə hər cür dəstək verir: “Əslində, bu, elə dövlətin də maraqlarından irəli gəlir. Cənab Prezidentin elan etdiyi enerji daşıyıcılarından asılılığın azaldılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi kursunun əsas istiqamətlərindən biri özəl sektorun inkişafının təşviqidir. İnvestisiyaların təşviqi istiqamətində təqdim edilən güzəştlər inqilabidir. Bir müddət əvvəl müstəqillik tariximizin ən böyük büdcəsini qəbul etdik. Büdcədən görünür ki, ölkə iqtisadiyyatında, o cümlədən ixracat prosesində qeyri-neft sektorunun çəkisi nə qədər artıb. Təbii ki, buna azad sahibkarlıq və özəl sektorsuz nail ola bilməzdik”.
Deputat qeyd edib ki, dövlət sahibkarlığın investisiya təminatı barədə düşünür: “Bunun üçün güzəştli maliyyə dəstəyi mexanizmi işə salınıb. Özəl sektorun istehsal etdiyi məhsulun xaricə ixracında maraqlıdır və bunun üçün tələb olunan köməkliyi göstərir. Sahibkarlığın fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə keçməsi baxımından sənaye məhəllələri, parkları, xüsusi iqtisadi zonaların yaradılmasını mütləq qeyd etməliyik. Ermənistan 30 il torpaqlarımızı işğal altında saxlayıb, bir daşı daş üstündə qoya bilmədi. Biz isə Qarabağı azad edəndən dərhal sonra orada iqtisadi quruculuq işinə başlamışıq. Bu gün həmin ərazidə sənaye parkı və azad iqtisadi zona quruculuğu işləri gedir və təbii ki, özəl sektorun burada yeri və rolu böyükdür. Təsadüfi deyildir ki, məsələn, Prezident Ağdamda sahibkarları azad edilmiş torpaqlara maliyyə yatırmağa səslədi. Yəni mənzərə budur ki, azad sahibkarlığın inkişafı üçün dövlət üzərinə düşən və hətta, digər ölkələrdə görünməyən dəstəyi verir. Ona görə də özəl sektorun gələcək inkişafına böyük ümidlər var. Düşünürəm ki, sahibkarlığın milli iqtisadiyyatda çəkisi və önəmi getdikcə artacaq”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

