Dövlət daima onların yanındadır
12.04.2022 [10:20]
Azərbaycan diasporu dövlətimizin xarici siyasətinin vacib amilidir
Məlik MƏMMƏDOV
Beynəlxalq münasibətlərin ənənəvi aktorları ilə yanaşı, dünya proseslərinin yeni iştirakçıları da meydana çıxır. Bu yeni aktorlardan biri də diasporlardır. Məsələ bundadır ki, qloballaşma şəraitində miqrasiya prosesləri müasir beynəlxalq sistemin formalaşmasına mühüm təsir göstərir. Miqrasiya miqyasının artması və immiqrantların eyni vaxtda birləşmək istəyi dünyada diasporların sayının davamlı artmasına səbəb olur. Dövlətlər diasporun resursundan milli maraqların reallaşdırılması üçün, məsələn, xarici tərəfdaşlarla münasibətlərin qurulmasında istifadə edə bilərlər. Diaspora onu qəbul edən cəmiyyətin həyatında birbaşa iştirak edir və öz vətəninin müsbət imicini yaratmaq imkanı əldə edir.
Azərbaycan müstəqillik qazandıqdan sonra dünyada diaspor quruculuğu və lobbiçilik işini təşkil etmək üçün kifayət qədər güc sərf edib. Ölkəmizin diaspor quruculuğu sahəsində əldə etdiyi uğurların müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Xarici səfərlərdə olarkən Ümummilli liderimiz mütəmadi olaraq vaxt tapıb həmin ölkədə yaşayan həmvətənlərimizlə görüşür, onları dinləyir, məsləhətlər verir, həmişə Azərbaycanla, eləcə də digər ölkələrdə yaşayan soydaşlarımızla six əlaqədə olmağı tövsiyə edirdi. Beləliklə, diaspor quruculuğu Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilirdi.
Heydər Əliyevin 2002-ci il iyulun 5-də imzaladığı “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərmanı ilə lobbiçiliyin mütəşəkkilləşmə dövrü başlandı. Bu siyasi xətti Prezident İlham Əliyev də əsas götürdü. Lobbiçiliyin həyata keçirilməsi üçün ilk növbədə, xarici dövlətlərdə güclü diasporun formalaşdırılması, eləcə də qurumun fəaliyyətinin daha da təkmilləşdirilməsinin əhəmiyyətini nəzərə alan Prezident İlham Əliyev 2008-ci il noyabrın 19-da “Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında” fərman imzaladı. Bununla da tam hüquqi baza yaradıldı.
Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycanla bağlı həqiqətləri dünyada beynəlxalq ictimaiyyətə çatdırmaqla yanaşı, dünyada ermənilərin yalançı, təxribatçı hərəkətlərinə qarşı da mübarizə aparmalı olur. Hər il dünyanın müxtəlif şəhərlərində tədbirlər keçirilir, Azərbaycanla bağlı siyasi həqiqətlər dünyanın diqqətinə çatdırılır, ölkəmizin turizm məkanı kimi tanıdılması, Azərbaycan mədəniyyətinin təbliği istiqamətində işlər aparılır. Dövlət Komitəsinin rəhbərliyi digər ölkələrdə yerli diaspor təşkilatlarımıza dəstək olur, soydaşlarımızla görüşlər keçirir, onların problemləri ilə maraqlanır, bununla da Azərbaycan dövlətinin harada olur-olsun, daim onların yanında olduğunu nümayiş etdirir.
44 günlük Vətən Müharibəsində həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında, ölkəmizə qarşı yayılan dezinformasiyaların təkzib edilməsində Azərbaycan diasporunun, dünya azərbaycanlılarının həmrəyliyinin böyük rolu olub. Bu gün isə münaqişədən sonrakı dövrdə Qarabağ ətrafında vəziyyətin dünyanın diqqətinə çatdırılması istiqamətində fəal iş aparılır. Belə ki, bu yaxınlarda Cenevrə mətbuat klubunda “Azərbaycanda minaların məhvinə aparan yol: beynəlxalq çağırış” mövzusunda panel iclası keçirilib və Avropa mediası Azərbaycanın mina probleminə həsr olunmuş Cenevrə konfransından geniş bəhs edib. Haaqada 31 Mart soyqırımı qurbanlarının xatirəsi yad edilib. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Londonda yürüş keçirilib və s.
Eyni zamanda, hazırda hərbi əməliyyatlar gedən Ukraynadan vətəndaşlarımızın təxliyəsində Diasporla İş üzrə Dövlət Komitəsi və yerli diaspor təşkilatlarının mühüm rolu var. Hökumət tapşırığı ilə digər dövlət orqanları ilə koordinasiyada işləyən Dövlət Komitəsi Ukraynada yaşayan soydaşlarımızın təxliyəsi üçün bütün imkanları səfərbər edib, operativ qərargah yaradılıb. Ukraynanın digər şəhərlərindən Lvova gələn azərbaycanlılar üçün səyyar qida məntəqələri yaradılıb. Eyni zamanda, Azərbaycan diaspor təşkilatları ukraynalılara hər cür köməklik göstərirlər. Azərbaycan Evi - Ukrayna Azərbaycanlıları Radasının mərkəzi aparatı bu gün kiyevlilərin ümid yerinə çevrilib.
Bu gün dünyadakı nüfuzumuz getdikcə artır. Azərbaycan lobbisi dünyanın ən güclü lobbilərindən birinə çevrilməkdədir. Vaxtilə xəyal kimi görünən məsələlər bu gün tamamilə bizim xeyrimizə dəyişir. Bu, Azərbaycan hökuməti və diasporamızın birgə fəaliyyətinin gücünün göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi və tövsiyəsi ilə müdafiə mövqeyindən hücum taktikasına keçən lobbimizin yüksək fəallığı nəticəsində artıq haqq səsimiz dünyada eşidilir. İftira və yalan üzərində qurulan erməni lobbiçilik mifi isə iflasa uğrayır, günü-gündən zəifləyir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

