Yeni kurikulum...
14.04.2022 [10:50]
Sənəd məktəbəqədər təhsilə hansı yenilikləri gətirir?
Nardar BAYRAMLI
Hər bir ölkənin tərəqqisini şərtləndirən mühüm amillərdən biri təhsilin inkişafıdır. Bir çox ölkələrin təcrübəsinə nəzər saldıqda görürük ki, təhsil sahəsində sistemli və kompleks xarakterli tədbirlərin həyata keçirilməsi ümumi inkişafa xidmət edir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan yaradır. Bu baxımdan təhsil sahəsində Azərbaycanın təcrübəsi də nümunəvi xarakter daşıyır. Prezident İlham Əliyevin “neft kapitalının insan kapitalına çevrilməsi” tezisi əsasında görülən genişmiqyaslı işlər ölkədə təhsil sisteminin XXI əsrin çağırışlarına uyğun inkişafını təmin edir.
Ümumiyyətlə, ölkədə həyata keçirilən islahatlar, müasir infrastrukturun yaradılması nəticəsində təhsil sahəsində də yeni keyfiyyət dəyişiklikləri yüksək səviyyədə təmin olunub. Təsadüfi deyil ki, son illər ərzində təhsilin maddi-texniki bazasının böyük dərəcədə yenilənməsi artıq həll olunub, 3600-dən çox məktəb ya yenidən tikilib, ya da əsaslı təmir edilib. Azərbaycanda təhsil infrastrukturunun yenilənməsi bilavasitə dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. Bu istiqamətdə paytaxtda və regionlarda intensiv iş aparılır. Ölkəmizin iqtisadi potensialının, maliyyə imkanlarının artmasına adekvat olaraq təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilən vəsaitlərin həcmi də getdikcə artırılır.
Onu da qeyd edək ki, təhsil sahəsində islahatlar çərçivəsində məktəbəqədər təhsil sistemində də bir sıra yeniliklər həyata keçirilib. Bu sistemin inkişafı ilə əlaqədar müxtəlif proqramlar reallaşdırılıb. Srağagün isə bəzi media subyektlərində təhsil naziri Emin Əmrullayevin məktəbəqədər təhsildə kurikulum sisteminin ləğv edilməsi barədə əmr imzalaması haqda məlumat yayıldı. Amma çox keçmədən Təhsil Nazirliyi məsələyə aydınlıq gətirərək kurikulum sisteminin ləğv olunmadığını bəyan etdi. Nazirliyin sözçüsü Cəsarət Valehovun açıqlamasında qeyd olunur ki, Təhsil naziri Emin Əmrullayevin imzaladığı “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın təsdiqi barədə əmr ictimaiyyətdə müəyyən çaşqınlıq yaradıb: “2017-ci ildə “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin Qanuna əsasən, “Məktəbəqədər təhsilin dövlət standartı və proqramı” yenilənərək Nazirlər Kabinetinin 8 avqust 2019-cu il tarixli 351 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartı” təsdiq edilib. Dövlət standartı əsasında “Məktəbəqədər təhsil proqramı (kurikulum)” hazırlanıb və Təhsil nazirinin əmri ilə təsdiq edilib. Bu səbəbdən 2012-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında məktəbəqədər təhsil proqramı (kurikulumu) (3-6 yaş)” ləğv edilmiş hesab olunur. Bir daha vurğulayırıq ki, bu, 2012-ci ildən tətbiq edilən kurikulumun yenilənməsi deməkdir”. Nazirin imzaladığı əmrdə Təhsil İnstitutuna “Məktəbəqədər təhsil proqramı (kurikulum)”nın əsasında metodiki tövsiyələrin hazırlanması da tapşırılıb.
Bəs yeni proqram bu sahədə nələri dəyişəcək? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən “Gənclər üçün Təhsil Mərkəzi”nin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, bu gün ölkəmizdə təhsilin bütün pillələrində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. Ümumilikdə, ölkədə həyata keçirilən islahatlar, müasir infrastrukturun yaradılması nəticəsində təhsil sahəsində də yeni keyfiyyət dəyişiklikləri yüksək səviyyədə təmin olunub.
Yeni “Məktəbəqədər təhsil proqramı (kurikulum)” haqda fikirlərini bölüşən ekspertin fikrincə, bu sənəd də təhsil sahəsində aparılan islahatların tərkib hissəsi hesab oluna bilər: “Burada uşaqların inkişafı üçün yeni imkanlar öz əksini tapır. Məktəbəqədər təhsil müəssisələri üçün bu dəyişikliklər uşaqların bilik və bacarıqlarına müsbət təsir göstərəcək. Sənəddə bu yöndə standartlar təkmilləşdirilib, uşaqların inkişafı yeni, müasir tələblərə uyğunlaşdırılıb. Yeni kurikulumla tərbiyəçilər, müəllimlər də tanış olanda görəcəklər ki, sənəddəki fərqlər standartların daha təkmil formada olmasıdır. Sənəd müəllimlərə daha yaxşı işləmək üçün şərait yaradır. Bütün bunlar imkan verir ki, onlar uşaqları daha yaxşı inkişaf etdirə bilsinlər. Amma bunun üçün yeni kurikulum düzgün tətbiq edilməlidir. Əks halda, bu sahədə indiyədək qarşılaşdığımız problemlər yenə də qala bilə bilər”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxElm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04

