Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / MEDİA / Üzü Qarabağa...

Üzü Qarabağa...

24.06.2022 [10:13]

Ağalı kəndinin 428 sakinin çoxu doğma yurda qayıtmaq istəyir

Nicat

İşğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq-quruculuq işləri uğurla davam etdirilməkdədir. Ali Baş Komandan İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq illərdir həsrətilə yaşadığımız dədə-baba yurdlarımız dünyanın ən gözəl şəhər və rayonlarına çevrilir. Böyük Qayıdışın ən qısa zamanda reallaşması, keçmiş məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtmaları üçün bütün zəruri addımlar atılır. Bu istiqamətdə görülən işlər, həyata keçirilən uğurlu layihələr barədə ölkə ictimaiyyətinə mütəmadi olaraq məlumatlar verilir. 

Sadalananların parlaq nümunələrindən biri kimi ötən ayın 27-də dövlət başçımız tərəfindən açılışı olan Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsini misal gətirmək yerinə düşər. Ən qısa zamanda sakinlərini qarşılayacaq Ağalı kəndi ən müasir texnologiyalarla təchiz edilib. Kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzində  “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir. Məsələn, kənd sakinlərinin “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq. Eyni zamanda, “Ağıllı kənd” ölkə üzrə orta sürətdən dəfələrlə artıq sürətə malik internetlə də təmin edilib. Bundan başqa, Ağalı kənd meydanında “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri də mövcuddur.

Bir sözlə, əhalinin yaşam səviyyəsinin ən yüksək standartlara uyğun olaraq təmin edilməsi bir daha onu deməyə əsas verir ki, Azərbaycan siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tədbirlər bir çox dünya ölkələrinin, beynəlxalq qurum və təşkilatların da diqqət mərkəzindədir. Həmin ərazilərdə gedən abadlıq-quruculuq işlərinə cəlb olunmaq, Qarabağımıza sərmayə yatırmaq üçün xeyli sayda müraciətlər daxil olur.

Ötən gün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri xanım Dragana Koyiç ilə görüşüb. Bu barədə “Yeni Azərbaycan” qəzetinə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial inkişaf xətti, o cümlədən məcburi köçkünlərlə iş üzrə dövlət siyasəti haqqında qonağa ətraflı məlumat verilib. Bu kateqoriyadan olan vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluğunun artırılması istiqamətində mühüm işlər görüldüyü qeyd edilib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın məcburi köçkünlərin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərdiyi bildirilib. Uzun illərdir doğma yurdundan didərgin düşmüş insanların işğaldan azad edilmiş ərazilərə könüllülük, təhlükəsizlik və layiqli həyat şəraitinə təminat prinsipləri əsasında qayıdışına hazırlıq görüldüyü diqqətə çatdırılıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə yaratdığı Əlaqələndirmə Qərargahının bu istiqamətdə zəruri iş apardığı vurğulanıb.

Məcburi köçkünlərin qayıdışı ilə əlaqədar həyata keçirilən layihələrdə beynəlxalq təşkilatların, həmçinin BQXK-nın iştirakının əhəmiyyəti qeyd edilərək bildirilib ki, Dövlət Komitəsi bu mərhələdə də əməkdaşlığın səmərəli olacağına böyük ümid bəsləyir. İşğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndində “ağıllı kənd” layihəsinin icra edildiyi, yeni salınan müasir tipli yaşayış məntəqəsinə əhalinin köçürülməsinə hazırlıq görüldüyü xatırladılaraq diqqətə çatdırılıb ki, kəndin 428 nəfər sakini arasında keçirilən sorğu zamanı onların böyük əksəriyyəti doğma yurda qayıtmaq istəyini ifadə edib.

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır

Paylaş:
Baxılıb: 76 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30