Butası doğulduğu gündən verilən sənət
30.07.2022 [10:25]
MÜŞFİQƏ
Yaşamın simvolu, həyatımızın naxışı olan buta həm də yaranışın ilk rüşeymini xatırladır. Butanın tarixi qədimlərdən gəlir. Onun yaranma tarixi və mənası ilə bağlı alimlər müxtəlif fikirlər söyləyirlər. Buta sözünün bir mənası “qönçə”dir. Həqiqətən, bir çox xalça naxışları kimi, buta da qönçəni, gül ləçəyini xatırladır.
Həyatın və əbədiliyin simvoludur. İlahidən gələn tale kimi də qəbul edilir. Atəşpərəstlik dövrünə məxsus bəzək forması olması ehtimalı yüksəkdir. Bəzi tədqiqatçılar alov diliminə bənzədiyinə görə butanı od, alov rəmzi kimi qəbul edirlər. Qədim inanclara görə, iki tərəfdə yandırılmış tonqalların ortasından keçirilən insanı od pis ruhlardan təmizləyirdi. Novruz bayramında tonqalın üstündən tullanmaq, həmin inancın təzahürüdür. İndi də Novruz bayramının rəmzləri sırasında buta önəmli atributlardan sayılır. Bayram sovqatlarının və geyimlərin bəzənməsində “buta” elementi və ona oxşar formalardan geniş istifadə, milli ənənənin varis elementlərinə çevrilib. Bu varisliklə “od”un timsalında istiliyi, “tumurcuq”un yetişməsində azuqə və bolluğu və artımı, “qönçə”nin simasında sevgini aşiqliyi ifadə etməklə milli yaddaşın sirli qatlarını əhatə edibdir.
Əsrlərdir ki, Azərbaycan türklərinin simvoluna çevrilən butanın ən çox sərv ağacı, şabalıdı, insanın həyat və məişətinə aid olan növlərindən istifadə edilir. Dünyada 6 rəqəmini xatırladan üç tikili: Misirdə, Mesopatomiyada və Bakıda yerləşir. Fikir vermisinizsə, Qız Qalasına yuxarıdan baxdıqda 6 rəqəminə bənzəyir. Əfsanəyə görə, butanın sirrinin gözləndiyi məkanlar arasında Qız Qalası da var.
Azərbaycan butalarının öz mənaları var. Maraqlıdır ki, xalq arasında üz-üzə əks olunmuş butalara “sevgili buta”, arxa-arxaya dayanmış butalara isə “küsülü buta” deyilir.
Buta bizim tariximizin bir hissəsidir desək, yanılmarıq. Çünki bütün qədim xalçalarımız, memarlıq abidələrimiz buta nişanəsi ilə bəzədilib. Bu gün də zərgərlik məhsullarında, eləcə də bəzi binaların fasadında buta elementlərinə rast gəlmək olur.
Geyimlərimizdə, yaylıqlarımızda buta...
Yeri gəlmişkən, butadan milli geyimlərdə geniş istifadə olunması ənənə halını alıb. Milli geyimlərimizdə ən çox istifadə olunan naxışlardan biridir. Gəlinlərin və bəylərin toy paltarında butanın olması mütləq vacib idi. Keçmişdən bəri qadın baş örtüklərində rəng və element münasibətlərinin həm yaş, həm də təbiətin fəsillərinə ahəngdar şəkildə uyğunlaşdırılması, püxtələşmiş mədəniyyət göstəricisidir. İndi də Azərbaycanda butalı təsvirləri ilə ağ, qırmızı, noxudu və sürməyi rəngli kəlağayılar, qız, gəlin, ana və nənə obrazını, təbiətin yaz, yay, payız və qış çalarlarını əks etdirməkdədir.
Butaya xalçalarda daha çox rast gəlinir
Azərbaycan türklərinə məxsus buta təsvirlərinin bəzisi inanc və təbiət, xasiyyət və könül, məişət və yer adları, digərləri isə tayfa və boyları ifadə edən ayrı-ayrı formalarla kodlaşaraq xalçalarda öz əksini tapıbdır. Butanın həm də bəd ruhlardan və pis gözlərdən qoruyan vasitə olduğu da düşünülürdü. Buna görə də azərbaycanlıların evləri üzərində buta şəkli olan xalçalar və başqa əşyalarla bəzədilirdi. Hazırda üzərində buta təsviri olan yüzlərcə Azərbaycan xalçası dünyanın məşhur muzeylərinin salonlarını bəzəyir. Bakı, Gəncə, Ərdəbil, Təbriz, Naxçıvan, Salyan, Muğan xalçalarında, binaların daxili bəzəkləri və digər sənət nümunələrində butadan geniş istifadə edilir.
Butanı tovuz quşunun təsviri ilə əlaqələndirənlər var. Doğrudan da, qədim xalçalarımızda bu quşun təsvirinə tez-tez rast gəlmək olar. Güman etmək olar ki, sonradan tovuzun rəsmi sadələşdirilmiş və buta ilə əvəz edilib.
Türk xalçaçılığının hikmət xəzinəsinin zinəti olan butaların, bir çoxu boyların adını daşıması ilə tarixi həqiqətlərə işıq salır. Bu butalar Azərbaycan və digər Türk xalqlarının xalçalarında “Əfşar buta”, “Bayandur buta”, “Şahsevən buta”, “Yazır buta” və digər boyların adı ilə öz izlərini saxlayıb. Bəzən unudulmuş tayfa “buta”larının adlarını “Muğan buta”, “Aran buta”, “Gəncə buta”, “Hilə buta”, “Mil buta”, “Şirvan buta”, “Bakı buta” və bu kimi başqa butalar, yer yurd adları ilə əvəz olunub.
Həmçinin forma etibarı ilə Azərbaycanın dekorativ-tətbiqi incəsənət ənənəsində çox sayda buta növü var: “qarmaqlı-buta”, “qədim-buta”, “qotazlı-buta”, “bala-buta”, “həmli-buta”, “balalı-buta”, “evli-buta”, “qoşaarvadlı-buta”, “cıqqa-buta”, “lələk-buta”, “küsülü-buta”, “qovuşan-buta”, “saya-buta”, “əyri-buta”, “dilikli-buta”, “qıvrım-buta”, “şabalıd-buta”, “zərxara-buta”, “badamı-buta”, “qotazlı-buta”, “çiçəkli-buta”, “yanar-buta” və s.
Buta folklorumuzun əsas simvolu kimi
Buta sadəcə təsviri incəsənətimizin deyil, eyni zamanda, folklorumuzun, şifahi xalq ədəbiyyatımızın əhəmiyyətli ünsürlərindəndir. Qədim zamanlardan şifahi və yazılı ədəbiyyata türk etnosunun mifoloji düşüncəsinin bir simvolu kimi daxil olub. Onun elementlərindən bu gün də istər incəsənətdə, istərsə də məişətdə naxış kimi geniş istifadə edilir. Forma etibarilə 4 qrupa bölünür: xalça bəzəyində istifadə edilən butalar, ailə həyatı və məişəti ifadə edən butalar, rəmzi məna daşıyan butalar və müxtəlif formalı butalar. Sonunculara zərxara, yanar, qıvrım, çiçəkli və s. butalar daxildir. Buta bir çox qədim əsərlərimizdə də adı çəkilən bir nişanədir. Onda nənələrimizin sığalı, tariximizin izi var. Bütün dünya bilir ki, bu tarixi naxış məhz Türk-Azərbaycan mənşəlidir.
Türk dastanlarında “buta almaq”, “məhəbbət aləminə girmək” və digər “ruhi sovqat”ların verilməsi ilə baş verir. “Kitabi Dədə-Qorqud” dastanının “Qazan xanın evinin yağmalanması boyu”nda, “Oğlum Uruz ox atanda buta qalmış”, yaxud “Bamsı Beyrək boyu”nda, “Məgər Sultanım, Dəli Qarçar dəxi... yoldaşları ilə buta atıb oturardı” və başqa kəlmələr simvolik səciyyə daşımaqla gücləndirilib.
Buta Azərbaycan dastanlarında aşiq və məşuq arasında xəyali təmas rolunu da oynayıb. Azərbaycan məhəbbət dastanlarının strukturu, təməli də buta üzərində qurulub. “Səni mənə buta verdi yaradan” - sədası Aşıq Qəribin, Kərəmin naləsində folklor dünyasının günəşinə çevrilib. Məhəbbət dastanlarına görə buta almış aşiq igidliyi və dürüstlüyü ilə də seçilir. Aşiqə buta verilməsi qəhrəmanın yuxusunun ardınca gedib xoşbəxtliyə qovuşması anlamına gəlir. Butadan sonra qəhrəman tamamilə dəyişir, bütün sınaqlardan mərdanəliklə çıxır. Ümumiyyətlə, folklor nümunələrinin araşdırılması göstərir ki, hər kəsə buta verilmir. Buta vermə yalnız seçilmişlərə xasdır. Göründüyü kimi, məhəbbət dastanlarında buta və yuxu bir-birini tamamlayan əsas elementlərdir.
Yüz illərdir ki, hamını sehirləyir-sözlərdən, bayatılardan, dastanlardan keçirib aparır, nəğmələrə çevrilir. Rənglərdə göyqurşağı qədər əlvanlıq, füsunkarlıq yaradır. Bir sözlə, buta folklorumuzda da, libasımızda da, evimizdə də, qabımızda da, bəzəyimizdə də kimliyimizdən, keçmişimizdən, ulularımızdan, elimizdən, arzumuzdan xəbər verir. Həzin bir sevgidən, aşiqin ilahi sevdasından soraq verir. Ulularımızdan nə qalıbsa onlar bizim üçün əvəzsizdir, toxunulmazdır. Bu milli irsi öyrənib, yaşatmaqsa hər birimizin mənəvi missiyasıdır.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32

