İntensiv addımlar atılır...
06.07.2023 [10:58]
İnsan hüquqlarının müdafiəsi dövlətin prioritet vəzifələrindən biridir
Yeganə BAYRAMOVA
İnsanların hüquq və azadlıqları ölkəmizdə Konstitutsiya ilə təmin olunur. Hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi dövlətin əsas prioritet istiqamətlərindəndir. Bu istiqamətdə tədbirlər Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunu daha da artırır.
Vətəndaşların siyasi mədəniyyətinin, sosial siyasi fəallığının yüksəldilməsi çox vacibdir. Dövlət qəbul etdiyi qanunlarla, Konstitutsiya, ratifikasiya etdiyi beynəlxalq sənədlərlə bu istiqamətdə töhfələrini verir. Azərbaycan bu yöndə çox dərin, məzmunlu, hüquqi prinsiplərə əsaslanan qanunvericilik bazası formalaşdırıb.
Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də qətiyyətli addımlar atır. Sözün həqiqi mənasında dövlət başçısının insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər bu gün dünya birliyində də yüksək dəyərləndirilir.
Ekspertlər hesab edirlər ki, Prezidentin bu istiqamətdə atdığı addımlar, əfv sərəncamları, cəmiyyətin müxtəlif təbəqələrinə yönəlik qayğı siyasəti deyilənlərə əyani misaldır.
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən Milli Məclisin üzvü Anar Məmmədov bildirib ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması yüksək səviyyədə təmin edilməkdədir. Hüquqi dövlət quruculuğu prosesinin əsas tərkib hissəsi sayılan vətəndaş hüquqlarının təmini və qorunması, fundamental azadlıqların təmini Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas prioritetlərindəndir. Deputat qeyd edib ki, Respublikamız müstəqillik qazandığı dövrdən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox böyük addımlar atılıb: “Azərbaycanın demokratik inkişafının əsas elementi rolunda çıxış edən ölkə Konstitusiyası hüquqi dövlət quruculuğu prosesinin əsasını təşkil edir. Bu mənada, Azərbaycan Konstitusiyası öz demokratikliyi və insan hüquq və azadlıqlarının təmini baxımından mükəmməlliyi ilə seçilir. Əsas qanunun müddəalarının təxminən yarıdan çoxu insan hüquq və azadlıqlarını əhatə edir. Eləcə də, bu gün Milli Məclisdə İnsan hüquqları daimi komitəsi, Ombudsman Aparatının fəaliyyəti ölkəmizdə demokratik prinsiplərə hörmətin göstəricisidir. Ölkəmizdə dini, irqi, etnik baxımdan ayrı-seçkilik yoxdur və Konstitusiya ilə bütün ölkə vətəndaşları qanun qarşısında eyni məsuliyyəti daşıyır. Bir sözlə, ölkəmizdə əsas fundamental insan hüquq və azadlıqları qanunvericiliyin tələbləri ilə qorunur, inkişaf etdirilir”.
Millət vəkili vurğulayıb ki, ölkəmiz insan hüquqlarının qorunması prinsiplərini özündə ehtiva edən beynəlxalq müqavilələri və konvensiyaları dəstəkləyib. BMT Baş Məclisinin 1948-ci il qətnaməsi ilə qəbul olunan “İnsan hüquqları haqqında” Ümumi Bəyannaməni dəstəkləyən Azərbaycan bu istiqamətdə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. O cümlədən Azərbaycan bu gün 50-yə yaxın beynəlxalq konvensiyanı dəstəkləyərək nəinki öz sərhədləri daxilində, bütün dünyada insan hüquqlarının qorunmasının keşiyində dayanır: “Dövlətimizin ali məqsədi insan hüquqlarının müdafiəsidir. Bu gün bizim hər birimiz belə bir ölkənin vətəndaşı olduğumuz üçün qürur duyuruq, eyni zamanda, bunun məsuliyyətini daşımalıyıq. Çünki dünyada insan hüquqlarının pozulması faktları kifayət qədər artmaqdadır. Dünyada gündəlik hüquqpozmalar, məişət zorakılığı, mənsubiyyətə görə fərqqoyma kimi mənfi hallarla üzləşdiyimiz bir dövrdə beynəlxalq təşkilatlar koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidirlər. Bunun üçün də geniş maarifləndirmə işləri aparılmalıdır”.
A.Məmmədovun sözlərinə görə, hər bir cəmiyyət üzvü öz hüquqları haqqında aydın təsəvvürlərə malik olmalıdır: “Azərbaycan Respublikası Milli Məclisində çoxsaylı qanun layihələri insan hüquqlarının inkişafı və möhkəmləndirilməsi məsələlərini əhatə edir. Parlamentdə davamlı olaraq insan hüquqları ilə bağlı mövcud qanunvericiliyə əlavə dəyişikliklərin edilməsi baş verir, bu istiqamətdə müxtəlif müzakirələr həyata keçirilir. Təbii ki, praktiki müstəvidə keyfiyyət dəyişikliyini təmin etmək üçün keyfiyyətli qanunvericilik bazasının olması vacibdir. Bu baxımdan düşünürəm ki, insan hüquqlarının qorunması istiqamətində ölkəmizdə qanunvericilik bazasının inkişaf etdirilməsi istiqamətində intensiv addımlar atılır. Fikrimcə, bu da insan hüquqlarının qorunması istiqamətində keyfiyyət dəyişikliyini təmin edir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19
Siyasət
11 İyun 23:51
Dünya
11 İyun 23:49
İdman
11 İyun 23:21
Sosial
11 İyun 23:21
Dünya
11 İyun 22:46
Dünya
11 İyun 22:34
Sosial
11 İyun 22:19
Sosial
11 İyun 21:55
Dünya
11 İyun 21:52
Siyasət
11 İyun 21:48
Dünya
11 İyun 21:28
Dünya
11 İyun 21:10
Dünya
11 İyun 20:41
Dünya
11 İyun 20:16
Sosial
11 İyun 19:52
Dünya
11 İyun 19:20
Xəbər lenti
11 İyun 19:04
Dünya
11 İyun 18:26
YAP xəbərləri
11 İyun 18:08
YAP xəbərləri
11 İyun 18:08
11 İyun 18:07
YAP xəbərləri
11 İyun 18:06
İqtisadiyyat
11 İyun 18:00
İqtisadiyyat
11 İyun 17:17
Xəbər lenti
11 İyun 16:52
YAP xəbərləri
11 İyun 16:39
Dünya
11 İyun 16:39
Elm
11 İyun 16:29
İqtisadiyyat
11 İyun 16:28
Sosial
11 İyun 16:26
Siyasət
11 İyun 16:03
YAP xəbərləri
11 İyun 15:55
Dünya
11 İyun 15:54
Sosial
11 İyun 15:42
Xəbər lenti
11 İyun 15:30
YAP xəbərləri
11 İyun 15:27
Sosial
11 İyun 15:05
YAP xəbərləri
11 İyun 15:04
YAP xəbərləri
11 İyun 15:03
YAP xəbərləri
11 İyun 14:59
YAP xəbərləri
11 İyun 14:57
YAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53

