Dövlətin ali məqsədi!
29.08.2023 [11:28]
İnsan hüquq və azadlıqlarının təminatı...
Yeganə BAYRAMOVA
Hər bir dövlətin demokratik olması üçün başlıca meyar insan hüquq və azadlıqlarının təmin olunmasıdır. Ölkəmizdə hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verilir. İstinasız olaraq hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəlik insan hüquqlarına hörmət etmək, onları müdafiə etmək, dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir.
Bu baxımdan Azərbaycan Respublikası Konstitusiyasının bütöv bir fəsli insan hüquqlarına həsr olunub. Konstitusiyamızın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratdı. Məlumdur ki, müxtəlif illərdə referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklər edilib. Bütün bunlar isə insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratiyanın genişlənməsinə və inkişafına yönəlib.
Hüquqşünas Adəm Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və qəbul etdiyi əvəzsiz nailiyyətdir. Onun sözlərinə görə, tarixi hadisələr də təsdiq edib ki, insan hüquqlarına hörmət və bu sahəyə dövlət səviyyəsində diqqət yetirmək müasir dünyaya qovuşmağın əsas yoludur.
Hüquqşünas qeyd edib ki, həqiqətən ölkəmiz demokratik dəyərlərin mənimsənilməsi, Avropaya inteqrasiya, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində mühüm uğurlara nail olub: “Bütün bunlar isə gələcəyə daha inamla baxmağa imkan verir. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini, vəzifələrini əhatə edir. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları var”.
A.Məmmədov vurğulayıb ki, dövlətimiz hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir: “Hakimiyyətin bütün qollarına şamil edilən bu öhdəliklər insan hüquqlarına, azadlıqlarına hörmət etmək, onları müdafiə etmək və dəstəkləmək, eləcə də həyata keçirmək vəzifələrini ehtiva edir. İnsan hüquqları, azadlıqları dedikdə, bütün insanların malik olduğu hüquqlar başa düşülür. Bu hüquq və azadlıqları insan doğulduğu andan əldə edir. Konstitusiyanın müvafiq maddəsində qeyd edilir ki, hər kəsin doğulduğu andan ayrılmaz, pozulmaz, toxunulmaz hüquq və azadlıqları var. Bu hüquq və azadlıqlar onların cəmiyyət və digər şəxslər qarşısında öhdəliklərini özündə əks etdirir. İnsan hüquqları içərisində ən mühümü yaşamaq hüququdur. Bütün digər hüquqlar yaşamaq hüquqları ətrafında cəmləşir. Hüquqi dövlətdə bütün vasitələrlə insanın yaşamaq hüququ müdafiə olunur. Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir”.
Hüquqşünasın sözlərinə görə, bu gün də Azərbaycanın inkişafına, dünyada artan nüfuzuna xələl gətirmək niyyətində olan qüvvələr də var: “O qüvvələr insanların mədəni siyasətdən uzaqlaşması üçün var gücü ilə çalışırlar. Xaricdə oturub özlərini “jurnalist”, “bloqer” adlandıranların vasitəsilə Azərbaycan qənim kəsilmiş qüvvələrin əlaltısına, Azərbaycana qarşı qüvvələrinin nökərinə çevrilənlərin böhtan, şantaj, söyüş kampaniyası başlayıb. Aydındır ki, bütün bunlar ilk növbədə Azərbaycanın artan nüfuzuna xələl gətirmək məqsədilə edilir. Eyni zamanda, belə qüvvələr çalışırdılar ki, siyasi mədəniyyət səviyyəsini tamamilə aşağı salsınlar. Elə həmin dairələr tərəfindən sosial şəbəkələr üzərində çox böyük anarxiya, xaos bu gün də hökm sürür. Bu da ümumi inkişafa təsir edən amildir. Digər tərəfdən, bəzi radikal dindarlar öz çirkin əməllərini Azərbaycanda həyata keçirmək üçün din pərdəsi arxasında gizlənərək siyasi mədəniyyət səviyyəsini aşağı salmağa cəhdlər edirlər. Bütün bunların fonunda biz cəmiyyət olaraq belə şər qüvvələri tamamilə təcrid etməliyik. Onların qarşısını yalnız həmrəyliyimiz, birliyimiz, ölkə başçısının ətrafında sıx birləşməklə almalıyıq. Belə olan halda Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi istiqamətində inkişaf daha da sürətlənəcək”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığın artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00

