Təmiz ətraf mühit və “yaşıl” artım ölkəsi
10.01.2024 [10:47]
Azərbaycan COP29-u yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçirəcək
Günel ABBASOVA
Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin qarşısının alınmasına xüsusi əhəmiyyət verir. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin təzahürüdür.
Yeri gəlmişkən, iqlim dəyişmələrinin qarşısının alınması sahəsində Azərbaycanın həyata keçirdiyi fəaliyyət beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Məhz bu səbəbdən, iştirakçıların sayına və səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) dünya ölkələrinin yekdil qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək.
Azərbaycan beynəlxalq ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan bu nüfuzlu sessiyanın yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə bütün zəruri tədbirləri görəcək.
Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Məşhur Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) iqlim böhranının həlli istiqamətində səylərin əlaqələndirilməsi, onun aradan qaldırılması, strategiyaların işlənib hazırlanması və iştirakçı ölkələri bir araya gətirmək üçün çox mühüm beynəlxalq arenadır: “COP29 iqtisadi cəhətdən də çox dividend gətirə biləcək beynəlxalq platforma hesab olunur. Azərbaycan COP29-u yüksək beynəlxalq standartlara uyğun səviyyədə keçirəcək. Konfrans həm miqrasiya və turizm sahələrinin inkişafı nöqteyi-nəzərindən çox vacib tədbirdir. İqtisadi cəhətdən nəzər yetirsək, COP29-da müxtəlif dövlətlərin pavilyonları fəaliyyət göstərəcək. Hər dövlət öz nailiyyətlərini nümayiş etdirdiyi kimi, eyni zamanda, Azərbaycan da “yaşıl energetika” sahəsində öz nailiyyətlərini təqdim edəcək. Bu müxtəlif korporasiyalar şirkətlərarası, dövlətlərarası və hökumətlərarası yeni əlaqələrin qurulması və inkişaf etdirilməsi, təcrübə və nailiyyətlərin mübadiləsi və bundan irəli gələn müəyyən sənədlərin imzalanması və digər məsələlər nöqteyi-nəzərindən mühüm əhəmiyyət kəsb edir. Həmçinin iqtisadi tərəqqi meyillərinin məhz həmin istiqamətdə formalaşmasına səbəb ola biləcək mühitin yaradılmasına gətirib çıxaracaq. Ümumiyyətlə, ölkəmizdə COP29-la bağlı sənədlərin qəbul olunması gözlənilir”.
Onun sözlərinə görə, bu həm də turizm sektorunun inkişafı ilə bağlı olan məsələdir. Çünki əgər həmin sessiyalarda 100 min nəfər iştirak edəcəksə, həmin ölkənin infrastrukturu da çox qısa müddətdə o parametrlərə cavab verməlidir. Bu baxımdan aidiyyəti strukturlar turizm infrastrukturunun inkişafı ilə bağlı müəyyən işlər görürlər. Paralel olaraq digər sahələr də mövcuddur ki, bu da ölkənin bu sahədə çalışacaq vətəndaşlarının rifahının yaxşılaşdırılmasına gətirib çıxaracaq. Çünki infrastruktur olacaqsa, xidmətdə çalışan işçilər də olmalıdır. Bu, həm də yeni iş yerləri deməkdir.
COP29-u keçirməklə ölkəmizin reallıqlarını həmin platformadan irəli gələrək daha yaxşı şəkildə təqdim edilməsi üçün əlverişli mühit qazandıq. Prezident İlham Əliyevin Sərəncamı ilə ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan A.Allahverənov bildirib ki, bu sənəddə Azərbaycanın energetika sahəsində, xüsusilə də sosial-iqtisadi inkişafın beş milli prioritetlərdən biri hesab olunan təmiz ətraf mühit və yaşıllıqların artırılmasına dair fəaliyyətlərə nəzər salınır. Xüsusilə də həmin innovativ yanaşmalarla bağlı olan məsələlərə işğaldan azad olunmuş ərazilərdə “Ağıllı şəhər”, “Ağıllı kənd” və digər layihələr aiddir”.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində enerji məsələlərinə münasibət bildirərək deyib: “Yaşıl enerji” keçidi bizim prioritet məsələmizdir və bu il Azərbaycanda bölgənin ən böyük bərpaolunan elektrik enerjisi stansiyası istifadəyə verilmişdir - 230 meqavat gücündə Günəş elektrik stansiyası artıq bizim enerji sistemimizə tam inteqrasiya edilmişdir. İmzalanmış kontraktlar və anlaşma memorandumları əsasında yaxın bir neçə il ərzində Azərbaycanda 10 min meqavat bərpaolunan enerji növləri, enerji mənbələri yaradılacaq və bu sahədə də Azərbaycan dünyada liderlər sırasında olacaqdır. Əlbəttə ki, COP29 - iqlim dəyişikliyinə həsr edilmiş bu beynəlxalq konfransın Azərbaycanda keçirilməsi bir daha bu sahədə bizim uğurlarımızı əyani şəkildə göstərir.
Kimliyindən, çalışdığı sahədən asılı olmayaraq, 2024-cü ildə “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanda keçiriləndə həmin sahələr üzrə də müəyyən ixtisaslaşmalara nəzər salsaq, burada hətta təhsil sistemi ilə bağlı olan məsələlərin də əhatə olunduğunu görərik. Misal üçün, “yaşıl enerji” növlərinin yaradılması ilə bağlı müəyyən elmi, konseptual yanaşmalar sonrakı mərhələdə təhsil sistemində geniş şəkildə tətbiq oluna bilər. COP29-un digər aspektlərinə də bağlı olan məsələlərdən biri yol infrastrukturunun, kommunikasiyaların və nəqliyyatın inkişafı ilə əlaqədardır. Kommunikasiya infrastrukturunun yaradılması, “yaşıl enerji”nin Qərb bazarlarına çıxarılması ilə bağlı sənayenin ayrı-ayrı istiqamətləri üzrə sahələrinin inkişafına ehtiyac yaranır. Yəni COP29 kifayət qədər genişhəcmli, çoxşaxəli, hərtərəfli olan siyasi yanaşmanın formalaşmasına gətirib çıxaran konfransdır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxGündəm
13 İyun 23:20
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11

