Möhtəşəm və əsrarəngiz...
07.05.2024 [11:19]
Bakı Kristal Zalın açılışından 12 il ötür
Dünyanın iri şəhərləri, xüsusilə paytaxt şəhərlər məxsus olduqları dövlətlərin, bütövlükdə, siyasi-iqtisadi və tarixi-mədəni inkişaf səviyyəsini, həmçinin şəhərsalma mədəniyyətini özündə əks etdirir. Paytaxtımız Bakı da özünəməxsus şəhərsalma ənənələrinə malik məkandır. Son illərdə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin həcmi daha da artıb. Hər zaman tarixi və bir-birindən maraqlı, diqqətçəkən tikililəri ilə göz oxşayan Bakının adı bu gün yeni-yeni möhtəşəm və bənzərsiz tikililəri ilə dünyanın ən gözəl və müasir şəhərləri sırasında yer alıb.
Belə tikililərdən biri 7 ay ərzində inşa olunan, Bayraq Meydanında yerləşən, möhtəşəm Bakı Kristal Zalıdır. Düz 12 il öncə mayın 7-də binanın açılışı olub. Keçmişə səyahət edərək arenanın keçdiyi yola nəzər salaq.
Hər şey 2011-ci ildə Azərbaycanın Avrovisiya musiqi yarışında qalibiyyətindən sonra başladı. Müsabiqədə 1-ci yeri tutan ölkəmizin qarşısında mühüm məsələ dayanırdı-yarışmanın keçiriləcəyi ərazi... Binanın həcmi çox böyük olsa da, zaman qısa idi. Tikilinin üç hissəsinin-arenanın, fasadın və tavanın tikintisinə eyni zamanda başlanılır. 23 min tamaşaçı tutumu olan zalın inşasında 1600 nəfər çalışırdı. Layihələndirmə və əsas tikinti işini aparan şirkətlər əcnəbi şirkətlər idi. Lakin yerli mütəxəssislər də işə cəlb olunmuşdu. Bakı Kristal Zalın inşası isə 2012-ci ilin aprel ayında yekunlaşdı. Arena 22-26 may tarixnlərində Avroviziya 2012 mahnı müsabiqəsinin yarımfinallarına və finalına ev sahibliyi etdi.
2012-ci ildə ilk dəfə bu arenadan bütün Avropaya salam göndərildi. İşıqlandırma, dekor, səhnə elementləri nəninki yerli tamaşaçıları, eləcə də əcnəbiləri heyran etmişdi.
Bakı Kristal Zalı nəhəng görüntüsü, memarlığı və dizaynı ilə valehedicidir. Kompleksin ətrafındakı dəhliz iki simmetrik yerə bölünür və hər tərəfə 15 olmaqla, ümumilikdə, 30 girişi var. Hər sektorda bir ədəd olmaqla ümumi 2 nəqliyyat girişi, hər sektorda 5 ədəd olmaqla ümumi 10 arena girişi və hər sektorda 8 ədəd olmaqla ümumi 16 tribuna girişi mövcuddur. Arenanın arxasında idmançılar və artistlər üçün nəzərdə tutulan xüsusi otaqlar var. Bakı Kristal Zalın tarixinə nəzərə salsaq, görərik ki, burada bir sıra dünya ulduzları möhtəşəm şoularını nümayiş etdiriblər. Burada genişmiqyaslı konsert tədbirləri ilə yanaşı, idman yarışlarının həm komanda, həm də ayrı növləri keçirilib. 2015-ci ildə ilk Avropa oyunlarında arena, eyni zamanda, 3 idman yarışına ev sahibliyi etmişdi.
12 il öncə açılışı olan Bakı Krsital Zalı bundan sonra da orijinal arxitekturası ilə paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verərək, mötəbər tədbirlərə ev sahibliyi edəcək...
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37

