Payıza hazırsınız?
29.09.2023 [16:33]
M.BAYRAMLI
Artıq payız fəslini duyuruq. Yayın enerjisindən yorulan və payızın sakitliyini qucaqlayan Bakı qulağımıza pıçıldamağa başlayır: “Dəyişiklik etmək vaxtıdır!”. Dəyişimə dəriyə qulluqla başlaya bilərsiniz. Soyuq havaların düşməsi dəriyə bir qədər də qulluq tələb edir. İsti havaya nisbətən soyuq və şaxtanın dəriyə daha pis təsir etdiyinə görə, xüsusilə bu mövsümdə məsləhətlər yerinə düşür.
Dermatoloqlar və kosmetoloqların sözlərinə görə, payızda dəri özünə daha diqqətli münasibət, diqqətli qulluq və rəfdə yeni məhsullar tələb edir. Onların sözlərinə görə, yüngül təmizləyici vasitəyə keçin. Yay aylarında spirtli toniklər və yüngül losyonlar yağlı parıltı ilə mübarizə aparmağa kömək edərdisə, payızda onlar uyğun deyillər. Artıq quru havası olan otaqlarda çox vaxt keçirdiyimiz zaman dərini daha da qurutmaq olmaz. Buna görə kremli bir quruluşa malik yumşaq təmizləyiciləri seçin – yuyulmaq üçün yüngül köpük və ya hidrofilik yağ, makiyajı çıxarmaq üçün süd ola bilər.
Bundan başqa, dərini mütəmadi olaraq nəmləndirmək lazımdır. Yay yüngül kremləri daha yağlı teksturlar ilə əvəz olunur. Üz maskalarını alın - onlar əlavə nəmləndirməni təmin edir. Təsiri hiss etmək üçün maskanı həftədə iki dəfə tətbiq edin.
Qidalandırıcı krem tətbiq edə bilərsiniz. Kremin SPF olması vacibdir. Əlbəttə ki, oktyabrda qaralmayacaqsınız, amma hiperpiqmentasiya əldə etmək həqiqətən mümkündür. Buna görə də payızda, gündüz saatlarında üz dərisində 15-20 səviyyəli qoruyucu faktor olmalıdır.
Həftədə bir pilinq edin. Dəriniz normaldırsa, həftədə bir dəfə kifayət edər, yağlıdırsa – həftədə iki dəfə, quru dərilərdə pilinq iki həftədə bir dəfə edilməlidir.
Ən nəhayət, pəhrizinizdə dəyişiklik edin. Menyunuza omeqa 3 yağ turşuları, mövsümi tərəvəzlər, meyvələr, giləmeyvə və dənli bitkilərlə zəngin qidalar daxil edin. Avokado, kurkun, təzə yaşıl tərəvəz və meyvələr, qızılbalıq, kivi, zeytun yağı, yaşıl çay – bütün bunlar pəhrizdə olmalıdır. Şirin və nişastalı qidalardan tamamilə imtina etmək daha yaxşıdır – bu məhsullar sızanaq görünüşünə səbəb olur.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50

