Qlobal istiləşmənin fəsadları
22.02.2024 [10:53]
Himalay buzlaqlarının əriməsi 1,9 milyard insanın şirin suya çıxışına təsir edir
Günel ABBAS
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-a bu il Azərbaycan ev sahibliyi edir. COP iqlim dəyişikliyi ilə mübarizədə çox vacib və dünyanın ən əhəmiyyətli tədbirlərindən biridir. Azərbaycanın bu tədbirə Şərqi Avropa Qrupu ölkələri arasından yekdil qərarla ev sahibi seçilməsi ölkəmizə yüksək etimadın göstəricisidir. Azərbaycan artıq beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində özünə yetərincə müsbət imic qazanıb. Bu tədbir Azərbaycanın neft-qaz ölkəsi olmaqla yanaşı, yaşıl iqtisadiyyatı nə dərəcədə prioritet sahə kimi gördüyünü bütün dünyaya nümayiş etdirir. Tədbirin Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa və asan çatdırılmasına böyük təkan verəcək.
Buzlaqların əriməsi...
COP29 həm də ona görə əhmiyyətlidir ki, əsas mövzusu olan qlobal istiləşmə və onun yaratdığı problemlər bu gün planetimizin qarşılaşdığı ən ciddi problemlərdən biridir. Qlobal istiləşmənin fəsadlarından biri də buzlaqların əriməsidir.
Yeri gəlmişkən, bu yaxınlarda verilən məlumata görə, Himalay buzlaqlarının 2010-cu ildən əvvəlki onilliklə müqayisədə 65 faiz daha sürətli əriməsi və qlobal istiləşmə nəticəsində qar örtüyünün azalması regionda yaşayan təxminən 2 milyard insanın şirin su ehtiyatlarına çıxışına mənfi təsir göstərə bilər.
Katmanduda yerləşən İnteqrasiya edilmiş Dağ İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICIMOD) dərc etdiyi hesabata görə, Hindukuş Himalaya dağlarının buzlaqları görünməmiş sürətlə əriyir. İstixana qazı emissiyaları sürətlə azalmasa, Himalay buzlaqları 21-ci əsrdə öz həcminin 80 faizini itirə bilər.
Himalay dağlarında buz itkisinin sürətlənəcəyi, daşqınların, uçqunların və buzlaq daşqınlarının növbəti illərdə artacağı gözlənilir. Bu vəziyyətin dağlar ətrafında yaşayan 240 milyon insana, eləcə də Hindistan, Pakistan, Çin və digər ətraf ölkələrdə yaşayan 1 milyard 650 milyon insana mənfi təsir göstərəcəyi təxmin edilir.
Qeyd edək ki, buzlaqlar təxminən 2 milyard insan üçün şirin su mənbəyi olan çayları qidalandırır.
İqlim böhranının təsirləri bölgədə hiss edilir
Dağlıq bölgələrdə yaşayan əhali dünyanın digər yerlərində yaşayanlarla müqayisədə iqlim dəyişikliyindən daha çox təsirlənir. İqlim dəyişikliyinin təsirləri bölgədə görünməyə başlayıb. İlin əvvəlində Hindistanın dağlıq Coşimat şəhərini su basmağa başlayıb və onun sakinləri təxliyə edilib. Qlobal istiləşmə ilə əlaqədar Hindukuş Himalay bölgəsində buzlaqlarda, qarda və donmuş ərazilərdəki dəyişikliklər böyük səviyyəyə çatıb. Beynəlxalq Kriosfer İqlim Təşəbbüsünün (ICCI) direktoru Pam Pearson bildirib ki, Himalayın ətraf bölgələrində əriyən buzlaqların yenidən donmamasını təmin etmək çox çətin olub. Dünyadakı buzlaqların intensiv əridiyini göstərən son araşdırmalar, Everest dağının buzlaqlarının yalnız son 30 ildə 2000 illik buz itirdiyini müəyyən edib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
08 İyun 16:10
YAP xəbərləri
08 İyun 15:57
YAP xəbərləri
08 İyun 15:42
Siyasət
08 İyun 15:41
YAP xəbərləri
08 İyun 15:33
Dünya
08 İyun 15:27
YAP xəbərləri
08 İyun 15:13
Dünya
08 İyun 15:09
Dünya
08 İyun 14:48
Dünya
08 İyun 14:34
İdman
08 İyun 14:30
Dünya
08 İyun 14:26
Dünya
08 İyun 14:05
Xəbər lenti
08 İyun 14:05
Dünya
08 İyun 13:38
Dünya
08 İyun 13:10
Sosial
08 İyun 12:55
Dünya
08 İyun 12:51
Dünya
08 İyun 12:45
Dünya
08 İyun 12:25
İqtisadiyyat
08 İyun 12:21
Sosial
08 İyun 12:20
YAP xəbərləri
08 İyun 12:09
Dünya
08 İyun 11:42
YAP xəbərləri
08 İyun 11:34
İdman
08 İyun 11:19
İqtisadiyyat
08 İyun 11:02
Elm
08 İyun 11:01
Dünya
08 İyun 10:57
Sosial
08 İyun 10:56
Dünya
08 İyun 10:22
Dünya
08 İyun 09:45
YAP xəbərləri
08 İyun 09:27
Dünya
08 İyun 09:17
Dünya
08 İyun 08:50
Dünya
08 İyun 08:25
Dünya
08 İyun 07:46
Dünya
08 İyun 07:30
Hadisə
07 İyun 23:42
Dünya
07 İyun 22:30
Siyasət
07 İyun 21:23
Dünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37

